Fransa, ABŞ, İspaniya, İtaliya, Türkiyə dünya turistlərinin ən çox sevdikləri istirahət məkanlarındandır. Bu ölkələrə ildə milyonlarla turist üz tutur. Lakin dünyada turistlərin diqqətini cəlb etməyən onlarla gizli məkan var.
Ağ qumlu çimərliklər, mavi sular, fərqli mədəni kolorit, möhtəşəm mənzərə...
BMT-nin turizm idarəsi ən yaxşı halda bir neçə min turistin diqqətini çəkən 10 məkanın siyahısını hazırlayıb.
10. Palau (Sakit okean)
Palau respublikası ada dövlətdir. Fillipin dənizindəki bu dövlət 328 adadan ibarətdir. Ada mərcan rifləri, batan gəmi qalıqları, sualtı mağaralarla zəngindir. Bu mağaralarda sualtı gəzintini sevənlər tropik balıqlar, nəhəng molyuskalar tapa bilərlər. Quruda isə ekzotik quşlar, orxideyalar, timsahlar, dostcanlı yerli xalq insanı valeh edir.
9. Moldova
Şərqi Avropada yerləşən bu ölkə Rumıniya ilə Ukrayna arasındadır. Əslində bura iqtisadi cəhətdən o qədərdə güclü inkişaf etmiş region deyil. Amma mədəni-tarixi baxımdan çox zəngindir. Lakin bu gözəl ölkəni ötən il cəmi 96 min turist ziyarət edib.
8. Şərqi Timor
Timor adasının şərq hissəsini tutan eyniadlı dövlətdir. Keçmiş Portuqaliya müstəmləkəsi olan bu adada günəş,dəniz, dağlar turistlərin vazkeçilməzlərindən ola bilər.
7. Dominik
Bura sualtı turizmi sevənlər üçün əla yerdir. Dominiki Dominikan respublikası ilə qatmaq lazım deyil.
6. Sent Vinset və Qrenadin
Karib dənizində kiçik dövlət 32 kiçik adadan ibarətdir. Ağ qum, mavi dəniz hətta «Karib dənizinin quldurları» filminin rejissorlarını da ilhamlandırıb. Buranı banan cənnəti də adlandırmaq olar.
5. İngiltərə
Mərcan lifli məkanlarda turistlər fərqli hisslər keçirə bilərlər.
4. Lixtenşteyn
Dünyanın ən kiçik dövlətlərindən biridir. İsveçrə ilə Avstrya arasında yerləşir. Möhtəşəm təbiət, rəngarəng görüntü turistlərə unudulmaz tətil yaşada bilər.
3. Niue (Sakit Okean)
Niuedə 1,5 minə yaxın insan yaşayır. Adanın 20% meşələrdən ibarətdir. Burada internet pulsuzdur. Belə ki, Niue 2003-cü ilsə pulsuz WiFi şəbəkəsi quran yeganə adadır.
2. Monserrat
Böyük Britaniyanın Karib dənizindəki daha bir adası. Bir zamanların çox məşhur kurort zonası olub. Lakin 1989-cu ildə «Hyuqo» qasırğası buranın 90 faizini dağıdıb. Buna baxmayaraq əla vəziyyətdə olan çimərliklər hələ də az da olsa turistin diqqətini cəlb edir.
1. Kiribati (Sakit okean)
Kribati resbublikası 33 kişik adadan ibarətdir ki, onların 20-i kəşf edilməyib. 1979-cu ildə Britaniya müstəmləkəsindən azad edilib.