Xaricdə istirahət etməyə gedərkən çox vaxt həmvətənlərimiz orada ətrafdakılara necə təsir bağışlaya biləcəklərinə diqqət yetirmirlər. Halbuki hər bir xalqın onlara qonaq gəlmiş xaricilər haqqında öz şəxsi fikri var.
Yəqin ki, turistlər haqqında ən çox hotel sahibləri danışa bilərlər. Seçim meyarları olaraq qonaqların davranışı, dəqiqliyi, xəsisliyi və ya əliaçıqlığı, eleqantlıq və bir çox başqa xüsusiyyətləri çıxış etmişdir. Qonaqların yerli dili öyrənmək və yerli mətbəxi dadmaq həvəsi də bu meyarlara aid edilmişdir. Ümumilikdə dünya üzrə 4000 menecer və hotel sahibi arasında sorğu keçirilmişdir.
Ən yaxşı turistlər yaponlar hesab olunur. Ikinci yeri alman və ingilislər öz aralarında paylaşır, onların ardınca isə kanadalı və isveçrəlilər gəlir. Amerikanlar top onluğa düşməmiş, on birinci yer tutmuşlar. Yekun nəticəyə görə, amerikanlar ən əliaçıq qonaq hesab olunur. Kanadalılar və ruslar onlardan bir qədər geri qalır, fransızlar, britaniyalılar və hollandlar isə “xəsis” qonaq reputasiyasına sahibdirlər. Britaniyalılar, amerikanlar və italyanlar, hotel işçilərinin fikrincə, ən səs-küylü qonaqlardır, fransız və almanlar isə hoteli tərk etdikdən sonra ən çox zibil qoyanlardır.
Ən yaxşı turistlərin onluğu belə düzülüşə malikdir.
1. Yaponlar
2. Britaniyalılar/ almanlar
3. Kanadalılar
4. İsveçrəlilər
5. Hollandlar
6. Avtraliyalılar/ isveçlər
7. Belgiyalılar
8. Norveçlilər
9. Avstriyalılar/ daniyalılar/ finlər
10. Yeni Zelandiyalılar