Bali adası

Bali adası

Bali adası İndoneziyanın 27 əyalətindən biridir və 8 inzibati ərazi idarəetmə dairəsinə bölünüb. Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-başa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalını xatırladır. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.

Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Malay arxipelaqına daxil olan, Yava və Lombok adaları arasında yerləşən Balinin ərazisi 5561 kvadratkilometrdir. Adada hündürlüyü 3142 metr olan Aqunq vulkanı yerləşir. Müəyyən fasilələrlə püskürən bu vulkanın ətrafı sanki Mars planetini xatırladır və ona görə də turistlərin diqqətini daim özünə cəlb edir. Bali island mapBali adası İndoneziyanın 27 əyalətindən biridir və 8 inzibati ərazi idarəetmə dairəsinə bölünüb. Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-başa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalını xatırladır. Yaşıl düyü plantasiyaları, gözoxşayan çəmənliklər, gursulu çaylar və yayda belə, soyuqluğu ilə insanı heyrətə gətirən göllər, başı göylərə ucalan palma və tropik iqlimə xas olan ekzotik meyvə ağacları, qızılıqumlu çimərliklər Baliyə gələn turistləri maqnit kimi özünə cəlb edir. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.

Balinin havası da turistlərin dincəlməsi üçün olduqca əlverişlidir. Belə ki, adada ekvatorial-musson iqlimi üstünlük təşkil edir. Burada quru (iyun-oktyabr) və nəm (noyabr-mart) iqlim üstünlük təşkil edir. Yayda adada əsasən quru cənub-şərq, noyabrda isə şimal-şərq küləkləri özünü daha çox hiss etdirir. Adanın ekvator yaxınlığında yerləşməsi onun iqliminə güclü təsir edir. Belə ki, adada orta illik temperatur 28 dərəcədir.

Adanın özünəməxsus və onu turistlər üçün cəlbedici edən digər xüsusiyyətləri də var. Məsələn, adada tropik leysan yağışları, adətən, gecələr yağır, gündüzlər isə onu günəşli hava əvəz edir. Yağışdan sonra parlayan günəş şüaları çoxsaylı göy qurşağının əmələ gəlməsinə səbəb olur. Bu heyrətamiz mənzərəni seyr edən adama elə gəlir ki, Bali adası əbədi göy qurşaqları məskənidir.

Yaşıl möcüzə

Bali adası həm də dünyada təbiətin şedevr məkanlarından biri kimi tanınmaqdadır. Adanı nəinki İndoneziyanın və Asiyanın, həm də dünyanın yaşıl möcüzəsi hesab edirlər. Bu da əsassız deyil. Adada insanı cavanlaşdıran onlarla mineral su mənbələri, canlı orqanizmi həmişə gənc saxlayan, onu qocalmağa qoymayan və vitaminlərlə zəngin bitki növləri, meyvələr, tərəvəzlər var. Bu da İndoneziya mətbəxini dünyanın ən zəngin mətbəxlərindən birinə çevirir. Təsadüfi deyil ki, adada istirahət edən turistlər zəngin İndoneziya mətbəxini çox sevir və müxtəlif çeşidli yeməklərdən doymaq bilmirlər. Qərbin, adətən, az yeməyə üstünlük verən və belə demək mümkünsə, bununla özlərini daha mədəni hesab edən ölkələrindən adaya dincəlməyə gələn turistlər burada sanki qarınqululara çevrilir və doymaq bilmədən yeyirlər.İnsan əli dəyməyən və min illər bundan əvvəl olduğu kimi, öz gözəlliyini və təbiiliyini qoruyub saxlayan Bali, bir sözlə, insanı özünə mat qoymaqda davam edir.

Bali island tourism

Denpasar

Bali adasının inzibati mərkəzi, daha dəqiq ifadə etsək, ana şəhəri Denpasardır. Denpasar adanın cənubunda dəniz sahillərində olduqca mənzərəli bir yerdə yerləşir. Şəhərdə çoxlu sayda məbədlər, ultra müasir binalar, eyni zamanda çoxsaylı tipik kənd evləri var. Bu da şəhərə özünəməxsus bir gözəllik və ekzotik rəngarənglik verir. Denpasarda Cənub-Şərqi Asiya ölkələrinə xas olan Çin, Yava və Avropa mədəniyyətləri daha parlaq şəkildə özlərini hiss etdirməkdədir. Üç fərqli mədəniyyətin qovşağı olan Denpasarın memarlığının əsasını onların sintezi təşkil edir. Denpasarda Şərq və Qərb memarlığı qovuşaraq onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

Balidə həm də çoxsaylı ticarət mərkəzləri var. Bu ticarət mərkəzləri səhərdən axşama kimi insanlarla dolu olur. Ticarət mərkəzlərində arı südündən tutmuş, can dərmanı olan müalicəvi ot bitkilərinə, dünyanın hər yerindən gətirilən müxtəlif supertexniki avadanlıqlara, yüngül sənaye mallarına, əllə və maşınla toxunan keyfiyyətli toxuculuq məhsullarına rast gəlmək mümkündür. Bu məhsulların qiymətləri də ucuzdur. Qiymətlərin ucuz olması turistlərin diqqətini dərhal cəlb edir. Adətən, mal almaqda daha çox xəsislik edən Qərb turistləri belə, Balidən vətənə ağır alış-veriş çamadanları ilə qayıdırlar. Denpasar özünün məşhur gecələri ilə də dünyada tanınır. Dünyanın əksər kurort mərkəzlərində olduğu kimi, Denpasarda da həyat səhərə kimi qaynayır. Gecələr xüsusi təyinatlı texniki avadanlıqlarla şəhərin başı üzərində göy qurşağını xatırladan rəngarəng işıq fonu yaradılır. Bu rəngarəng və insana nağılları xatırladan parlaq işıqlar sanki rəqs edirlər. Şübhəsiz ki, Denpasarda çoxlu sayda şirkətlər və onların filialları, məşhur bankların yerli nümayəndəlikləri, müxtəlif təyinatlı elmi-texniki müəssisələr də kifayət qədərdir. Yeri gəlmişkən, onu da deyək ki, Denpasara dünyanın 150 ölkəsindən müntəzəm olaraq təyyarə uçuşları həyata keçirilir. O qədər də ölkələrin aviaşirkətlərinin Denpasarda yerli nümayəndəlikləri var.

Həyat səviyyəsi

Bali adasında yaşayan yerli insanların həyat səviyyəsi Avropa ölkələrindəkinə yaxındır. Burada adambaşına düşən illik gəlir 18-25 min ABŞ dolları arasındadır. Həyat səviyyəsinin bu qədər yüksək olması isə, qeyd etdiyimiz kimi, ora axışan çoxsaylı turistlərlə bağlıdır. Adanın gəlirinin 90 faizi məhz turizmdən əldə edilir.

Balinin digər ənənəvi kurort şəhərləri Cimbaran, Kuta, Tuban və Seminyak şəhərləridir. Son illərdə adaya daha çox turist axınını təmin etmək, həmçinin günü-gündən sayı çoxalan turistlərin ehtiyaclarını ödəmək məqsədi ilə dəniz sahillərində müasir tipli Nusa Dua adlı yeni kurort şəhəri inşa edilib. Bu şəhər hər il 300 min nəfərdən artıq turisti qəbul edə biləcək. Yeri gəlmişkən, onu da deyək ki, hər il dünyanın müxtəlif ölkələrindən Baliyə dincəlmək üçün 7-8 milyon turist gəlir. Bir sözlə, Balidə 1 ay istirahət etmək insana on ilin yorğunluğunu yaddan çıxarmağa kömək edir.

Mənbə: Zaman qəzeti

Müəllif: Əziz Mustafa

Həmçinin bax: Maldiv adaları

Top