Əhalisinin iyirmi yeddi milyon nəfərə çatdığı Özbəkistan respublikası, əhalisinin sayına görə mərkəzi asiyada birinci yeri tutur. Bu ölkə Seyhun (Sıradərya) və ceyhun (Amudərya) adlı iki çay arsında yerləşmişdir. Şimal və şimalqərb tərəfdən Türkmənistan, şərq və çiamlşərq hissədən Tacikistan, cənubqərb zonadan Türkmənistan və Cənub tərəfdən isə, Əfqanıstan bu ölkənin qonuşuları sayılır. Özbəkistan respublikası 1991-ci il 31 avqustda sovetlər ittifaqının dağılması ilə öz müstəqilliyini yenidən əldə etdi.
1992-ci il 8 dekabrda konstitusiya qəbul edərək, tam ciddiliklə fundamental dəyişikliklər istiqamətində öz hərəkətinə başladı. 1991ici ildən etibarən ölkənin prezidenti İslam Kərimovdur. Qeyd edək ki, 2002-ci ildə Özbəkistan konstitusiyasında yaranan dəyişikliklərə əassən, prezidentlik müddəti 5 ildən 7 ilədək uzadıldı. Bununla da İslam Kərimov hakimiyyəti üçün 2014-cü ilədək zəmin yarandı. Kərimov 1938-ci il yanvarın 30-da tarixi Səmərqənd şəhərində dünyaya gəldi. TAsı tacik, nası isə özbəkdir. Ali təhsilini iqtisadiyyat üzrə başa vurdu. Sovet dövründə bir çox vəzifələrdə çalışmışdır. Keçmiş irsə diqqət Özbəkistan respublikası öz istiqlaliyyətini qazandıqdan sonar, daima mədəniyyət sahəsində öz keçmişlərinin şərəfli yolunu davam etdirmişdir. Çünki sezmişdir ki, cəmiyyətin mədəni-mənəvi tərəqqisi, keçmişlərin hazırkı nəslə tapşırdığı tarixi və mədəni olaylardan xəbərdar olmaqla sıx əlaqədədir.
Bu baxımdan müstəqilliyin ilk günlərindən etibarən, cəmiyyətin mədəni-mənəvi məsələləri ilə məşğul olmaq, dövlətin əsas proqramları sırasında özünə yer tuturdu. Bu barədə ölkə prezidenti bildirmişdir: “maddi-iqtisadi islahat yönümündə xalqın maddi tələbatını ödəmək mümkündür, lakin dünyada mənəvi islahat və babaların adət-ənənələrini dirməltmək qədər olduqca çətin və eyni zamanda şərəfli heç bir iş yoxdur”.
Bu üzdən dövlət Yunesko elmi-mədəni təşkilatının himayəsi ilə, Özbəkistana xidmət göstərmiş alimlərin, dini və siyasi şəxsiyyətlərin yubileyini keçirmiş, mühüm tarixi şəhərlərin salınma gününü qeyd etmiş və dini mərkəzlərin tarixi abidələrinin tikilişi və təmirində xüsusi səy göstərmişdir. Bunlardan bəzilərinə işarə edirik:
İmam Buxarinin 1205 illiyi, 1998-ci ildə Əhməd Fərağaninin 1200 illiyi, 1998-ci ildə …… Mərğilan şəhərinin 2000 illiyi, 1994-cü ildə Buxara və Xivə şəhərlərinin 2500 illiyi, 1997-ci ildə Səmərqənd şəhərinin 2750 illiyi, 2007-ci ildə Xarəzmdə Məmun kademiyasının 1000 illiyi ……
Eləcə də, Əlişir Nəvai, Sədrəddin Eyni, Əbdürrəhman Cami, Züherüddin Məhəmməd Babir kimi ədib, şair, yazıçıların xatirisinə festivalların keçirilməsi, son illərdə həyata keçmiş dövlətin və Özbəkistan xalqının digər təqdirəlayiq işləri sırasındadır.Məsnəvi və şahnamənin oxunması, Bidilin, Nəvainin və Hafizin şerlərinin oxunması Səmərqənd camaatı arasında keçmişdən rəsm olaraq qalmaqdadır. Səmərqəndin mədəni əhəmiyyəti haqda bunu demək yetər ki, Yuneskoya tabe məərkəz də bu şəhərdə yerləşir. Bunu da əlavə edək ki, hazırda bütövlükdə Özbəkistanda təqribən 50-yə yaxın elmi, mədəni və tədqiqat mərkəzi fəaliyyət göstərir. 2006-cı ildə nəşr edilən 12 cildlik Özbəkistan milli ensiklopediyasını, ölkə müstəqilliyinin önəmli mədəni nəticəsi bəhrəsi adlandırmaq olar.
Prezidentin fərmanı ilə bir qrup mədəniyyət və incəsənət adamlarının o cümlədən: mərhum professor Hitmetov, professor Bəy Əli Qasımov, Seyfəddin Rəfiəddinov, İrgiş Eçilov, akademik Əzim Hacıyev, professor Əbülhəmid Nurmanov, professor Nizaməddin Mahmudov, doktor Əbdülvəhhab Mədəliyev və başqalarının əli ilə hazırlanan bu bu milli sənəddə, “ümumi məlumatlar, təbiət, Özbəkistanın milli sərvətləri, əhali, dil və yazı, Özbəkistanın dini, adət-ənənələr, dəyərlər, Özbəkistanın ənənəvi geyimləri, Özbəkistan ədəbiyyatı, ana yasa, siyasi təşkilatları yer alıb.