Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Bab-əl-Məndab boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Amma əsirlərlə davranış çox gözəldir, son 10 ildə 200-ə yaxın turist oğurlansa da, onlar hökumət tərəfindən bəzi şərtlərin yerinə yetirilməsi vədi müqabilində buraxılıblar. Buna görə də yerli hökumət bəzi abidələri silahlı konvoy olmadan gəzməyi qadağan edib, iri turist qruplarının yanında isə adətən yerli müdafiə xidməti əməkdaşları gəzir. Ölkədə cinayətkarlıq gemək olar ki, yoxdur. İri şəhərlərdə cibgirlərə az hallarda rast gəlinir. Mehmanxanada, bütün ölkələrdə olduğu kimi, qiymətli əşyalarınızı qoymayın.
Yəməndə mağazalar şənbə günündən çərşənbə gününədək səhər saat 0:8-dən 13:00-dək və 16:00-dən 21:00-dək işləyir. Bazarlar isə həmişə açıq olur. İctimai və hökumət təşkilatları cümə axşamı və cümədən başqa, hər gün saat 8-dən 15-dək açıq olur. Ramazan ayı ərəfəsində təşkilatlar saat 10-dan 15-dək işləyir. Bütün ərəb ölkələrində olduğu kimi, Yəməndə də qiyməti aşağı salmaq olur. Burada çoxlu yüksək səviyyəli piyada ekskursiyaları təşkil olunur. Amma nəzərə almalısınız ki, yerli iqlim çox sərt olduğundan istirahət infrastrukturu heç inkişaf etməyib. Hətta xəritələr belə çatışmır, gəzinti üçün rəsmi nəqliyyat isə yoxdur. Amma bu region fəal istirahət üçün çox yararlıdır və əhali də turistlərə qarşı mehribandır. Yəməndə su idman növləri demək olar ki, yoxdur, baxmayaraq ki, dəniz sahilləri və çoxlu sayda ada buranı ekstremal idman növləri və istirahəti üçün ideal məkan edir. Bab-əl-Məndab boğazını «gəmilərin qəbiristanlığı» adlandırırlar, belə ki, boğazın dibində minlərlə gəmi qalıqları var. Buna səbəb isə mütəmadi əsən küləkdir. Yəmən mətbəxi bütün ərəb ölkələrinə xas xörəklərlə zəngindir. Yeganə yerli fərq dəniz məhsullarından və ədviyyatlardan (ölkə yüzlərlə ədviyyatın vətəni hesab olunur) çox, düyüdən isə az istifadədir. Milli xörəklərdən ən dadlısı «saltadır» - toyuq əti mərcimək, yaşıl noxud və ədviyyatlardan ibarətdir və yanında qarnir kimi düyü verilir. «Xaradxa» və ya «arada» ədviyyatlı qiymədir, ondan piroqların içliyi kimi də istifadə olunur. Ürəyinizdən şorba yemək keçsə, «maraq» adlı şorbanı sifariş verin. Yəmən mətbəxində digər ərəb ölkələrindən fərqli olaraq souslardan az istifadə olunur. Onu bitki yağı, sirkə və bitki qarışıqları əvəz edir. Yemək süfrəsini çay tamamlayır. Çayı nanə və digər otlarla içirlər. Burada «qışr» da çox populyardır - qəhvə qabığı və ədvalardan ibarətdir. Yəmən «mokko» qəhvəsinin vətənidir. Onu, adətən əncir və müxtəlif ədviyyatlar əlavə olunmuş halda içirlər.
Ölkəyə səyahətin ən yaxşı zamanı oktyabrdan aprel ayına qədərdir. Amma bu aylarda da ölkədə boğucu rütubətli hava, qum fırtınası, ayaz müşahidə olunur. Ölkəyə gələn kimi səfirlikdə qeydiyyatdan keçmək lazımdır. Küçədə gəzərkən qadınları, polisləri, hərbçiləri, həmçinin infrastruktur və müdafiə obyektlərini çəkmək qadağandır. Yəmən planetin ən kasıb ölkələrindəndir. İstənilən kafedə şirniyyatla çayı 0,1 dollara içə, naharı isə 2-3 dollara, yaxşı restoranda isə 15 dollara edə bilərsiniz. Oteldə bir günlük haqq 5-12, orta səviyyəli oteldə 20-40, yüksək səviyyəli oteldə isə 150-300 dollardır (adətən bu qiymətə avtomobil kirayəsi və digər xidmətlər də daxildir). Taksidə paytaxtı gəzmək 1,15 dollar, taksini gündəlik kirayəyə götürmək isə 40-50 dollardır. Gediş qiymətini taksiyə oturmamışdan müəyyənləşdirin. Çaypulu hesabın 10-15%-ni təşkil edir, çox zaman xidmət haqqı ümumi hesaba daxil edilir. Amma özəl məkanlarda çaypulunun miqdarını özünüz müəyyənləşdirməlisiniz. Mənbə: "Aysel" jurnalı UPD. 7 milyon il əvvəl Afrikadan qoparaq, ada halına gəldiyi təxmin edilən Sokotra dünyanın başqa heç bir yerində görülməyən 200-dən artıq bitki və heyvan növünə ev sahibliyi edir. Adanın ən diqqət çəkici hissəsi isə yuxarıdan baxıldığında göbələyə, aşağıdan baxıldığında isə yadplanetlilərin gəmisinə oxşayan ağacları, fil ayağına bənzəyən çöl gülləridir. Hind okeanındakı adaya ən yaxın yer 250 km uzaqlıqdakı Somalidir. Ancaq iki bölgə arasında kiçicik də olsa bir bənzərlik yoxdur. Adanın simvolik bitkisi isə "Əjdahanın qanı ağacı"dır. Onun tərkibindəki təbii qırmızı sudan qədimdən bu yana boyaçılıqda istifadə olunurmuş. Yarasalar da Sokotranın vaz keçilməyən "sakinləridir". Əhalinin demək olar ki, böyük hissəsi Hadiboh şəhərində yaşayır. Adı Sanskrit dilində "xoşbəxtlik adası" anlamını verən bu əsrarəngiz ada isminin xüsusiyyətini daşımaqdadır. 2004-cü ilə qədər asfalt yolu belə olmayan adada sadəcə 40 min nəfər yaşayır. 1967-ci ildə Mahra Sultanlğı ləğv olunduqdan sonra Sokatra Yəmən Xalq Demokratik Respublikasının tərkibinə keçmişdir. Hər il bura turistlər axın edirlər.Yəməndə ticarət
Yəmən mətbəxi
Yəməndə turistlərə məsləhət
Sokotra adası