Ərazisinə görə ABŞ-ın ən böyük ştatı olmaqla yanaşı, Alyaska həm də ən az əhalisi olan ştatdır. Alyaska Şimali Amerika qitəsinin şimal-qərbində yerləşir, şərqdən Kanada, qərb və cənubdan Sakit okean, şimaldan isə Şimal Buzlu okeanı ilə həmsərhəddir. Rusiyadan Berinq boğazı ilə ayrılır. Alyaska ABŞ-ın tərkibinə 1867-ci ildə daxil olub. Məhz bu vaxt Rusiya imperiyası onu Amerika Ştatları İttifaqına 7 milyon dollara satdı. 1900-cü ildə isə Alyaskada qızıl yataqları tapıldı. Məşhur qızıl həyəcanı tez bir zamanda bütün Amerika qitəsini bürüdü. Vaxt keçdi və buraya varlanmağa gələnlər Alyaskada məskunlaşıb buranı ABŞ-ın ən mühüm iqtisadi ərazisinə çevirdilər. Müasir zamanda Alyaska torpaqları zəngin mineral və yanacaq resursları mənbəyidir. 1959-cu ildə ştat elan olunan Alyaskanın paytaxtı Cuno şəhəridir.
Alyaska qeyri-adi gözəlliklərə malikdir: qarlı dağlar, buzlaqlar, meşə cığırları (cənubda), vulkanlar, ucsuz-bucaqsız tundra (şimalda) hər bir turisti heyrətləndirir və vəhşi təbiətin çağırışını hiss etdirir. Alyaska təbiət ziddiyyətlərinin məskənidir, belə ki, burada gah şiddətli külək əsir, gah günəş çıxır, gah yağış yağır, gah qar, gah istidir, gah soyuq. Müasir Alyaska özündə köhnə və yeniliyi harmoniyalı şəkildə birləşdirir. Burada hələ də trapperlər - it qoşqusunda səyahət edərək Qaradamı ovçuları, həm də müasir kommunikasiya vasitələri sənayesi ilə bağlı çağdaş şəhərlər var. Alyaskaya səyahət zamanı ştatın ən böyük şəhəri olan Ankaricə mütləq baş çəkəcəksiniz. 1915-ci ildə Kuka körfəzində salınan müasir şəhər hər tərəfdən qoruq və təbii parklarla əhatə olunub. Burada siz nəinki təbiət gözəlliklərinə tamaşa edəcək, həmçinin ov və balıqçılıq edə bilərsiniz. Alyaskanın iqlimi çox sətrdir, çünki ərazisinin 30%-i qütb dairəsinin arxasında yerləşir. Şimal və mərkəz rayonlarında hava - 45-50 dərəcəyədək enir. Yayda isə yağıntıların az olduğu zamanlar hava +16-20 dərəcə olur. Cənub rayonlarında isə orta temperatur yayda +18 dərəcə (bəzən +30 dərəcə də olur), qışda isə -6, + 4 dərəcə olur. Alyaskanı səyahət etməyin ən yaxşı mövsümü yaydır. Amma bu vaxtlarda da soyuq Arktika küləkləri və yağışlar az olmur. Ştatda məskunlaşma az olmasına baxmayaraq, buraya 1970-ci ildə neft sənayesi və nəqliyyatda boş iş yerlərini doldurmaq üçün çoxlu yeni sakin gəldi. Əhalinin 75 %-i ABŞ əhli olan ağdərililərdir. Ştatda təqribən 88 min yerli sakin - hindular, eskimoslar, aleutlar, həmçinin rus nəslindən olan dindar əhali yaşayır. Son 20 ildə əhali ənənəvi olaraq respublikaçıların lehinə səs verir. Alyaskaya dəmiryolu, hava, çay və dəniz yoluyla getmək mümkündür. Turist turları çərçivəsində siz Şimali Amerikanın ən böyük dağının yerləşdiyi Denali Milli parkına, buzluq dərə və fiordları (qayalı sahilləri olan körfəz) olan Buzluq buxtasına, Alyaskanın ən böyük milli parkı sayılan Eliasa, vəhşi heyvanlara tamaşa etmək üçün Kenay fiorduna, dəniz macəralarının mərkəzi olan Ankaricə, paxtaxt Cunoya baş çəkəcəksiniz. Alyaskanı görməyin ən yaxşı üsulu kruiz - gəmi səyahətidir. Həmçinin kruizlər özündə alpinizm, dağ velosipedi, trekkinq, raftinq, banc-campinq kimi tədbirlər üçün daxili marşrutları da birləşdirir. Alyaskada turizm sənayesinin inkişafı burada gözəl otellərin inşasına və yüksək səviyyədə qidalandırmaya səbəb oldu. Gəzmək üçün nəqliyyatı istəyinizə görə seçirsiniz. Amma ən yaxşı kruiz odur ki, siz Alyaskanın vəhşi təbiətinin bütün gözəlliklərini: qartalları, ayıları, balinaları görə bilərsiniz. Mənbə http://anspress.comTuristlərə məsləhət
Alyaskanın iqlimi
Alyaskada görməli yerlər