Dur, bax, düzəlt və hərəkətə keç

Dur, bax, düzəlt və hərəkətə keç

«Həyəcan» hiss etmək məncə, müvəffəqiyyət üçün ən vacib şərtdir. Karieranızda isə müvəffəqiyyət üçün isə ən əsas tələblərdən biridir. İşinizi böyük bir həyəcan və sevgiylə görürsünüzsə, hər gün kreativ fikirlər axtarırsınızsa, qarşınıza çətin hədəflər qoyub ona çatmağa çalışırsınızsa, deməli siz sizin üçün ən doğru olan işdəsiniz.
İşinizdən həyəcan duyduğunuz, işinizi sevgiylə gördüyünüz müddətcə siz müvəffəqiyyətli olacaqsınız.

“Stop, look, correct, take action” yəni «Dur, bax, düzəlt və hərəkətə keç» Yalnız bir an dayanıb, hisslərinizi yoxlayın. Xoşbəxtsinizsə davam edin, tərəddüdləriniz çox, həyəcanının azdırsa bəlkə nəzarəti ələ alıb, hərəkətə keçmək zamanıdır. Unutmayın, işinizdə xoşbəxt və müvəffəqiyyətli olmağınız, yalnız sizdən asılıdır.

Ürəyi Evdə, Ağlı İşdə Olmaq
Həm iş qadını, həm də anasınızsa, böyük bir ehtimalla sizin də çox vaxt '' ürəyiniz evdə, ağılınız işdədir''. Çalışan qadın olmaq çətindir, ana olmaq çətindir, amma çalışan ana olmaq ən çətinidir… Nədənsə əl çəkmək məcburiyyətində deyilsiniz. Siz qadınsınız və güclüsünüz. Çox rahat şəkildə həm uşağınıza analıq qayğısı göstərə bilər, həm də öz iş sahəsinizdə uğurlara imza ata bilərsiniz. Yeganə şərt İnamın olmasıdır.

Siz də bir brend ola bilərsiniz!
Günümüzdə insanlar müvəffəqiyyətli olan hər şeyə ehtiyac duyurlar. Sizin uğurlu olmağınız axtarılan insan olmağınıza səbəb ola bilər. Ama ilk öncə kim olduğunuzu, nə edə bildiyinizi və nə istədiyinizi bilməlisiniz. Uğur isə bundan sonra yanınıza gələcək. Unutmayın başda dediyim kimi hər şeydən əvvəl işinizə sevgi və həyəcan olmalıdır.

Top