Elimizin bayramı olan Novruzun əməlləri

Elimizin bayramı olan Novruzun əməlləri

İmam Sadiq (ə) buyurur: “Novruz — elə bir gündür ki, Allah bəndələrindən əhd almışdır ki, ancaq tək olan Allaha pərəstiş edəcəklər. Ona şərik qoşmayacaqlar, rəsullara, İlahi hüccətlərə, İmamlara (ə) iman gətirəcəklər. Bu, o gündür ki, Nuhun (ə) gəmisi Cudi dağında oturmuşdu”. (Tebyan)
Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Növruz — o gündür ki, İbrahim Xəlil (ə) bayram keçirmək üçün şəhərdən çıxmış millətin bütlərini sındırmışdı”. Elimizin bayramı olan Novruzun əməlləri
Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, Novruz, İslam dinindən əvvəl də möhtərəm və ehtiram olunası bir gün olmuşdur. İslam dini gələndən sonra isə şöhrəti daha da artdı. Bu bayramın əməlləri İslam dininin təlimləri ilə ziddiyyət təşkil etmədiyindən, Məsumlar (ə) tərəfindən bəyənilmiş və qəbul edilmişdir.
Hətta həmin günün özünəməxsus ibadətləri də vardır ki, onlara işarə edək:
İmam Sadiq (ə) Məala ibni Xənisə buyurur: “Növruz günü olan zaman qüsl et və ən pakizə paltarını geyin. Ən yaxşı ətirlərlə özünü ətirləndir. Həmin günü oruc tut. Əvvəlki və sonrakı və nafilə namazlarından ayrılandan sonra 4 rükət namaz qıl. Birinci rükətdə “Həmd”dən sonra 10 dəfə “Qədr” surəsini oxu. İkinci rükətdə “Həmd”dən sonra 10 dəfə “Kafirun” surəsini oxu. Üçüncü rükətdə “Həmddən” sonra 10 dəfə “İxlas” surəsini və dördüncü rükətdə isə “Həmddən” sonra 10 dəfə “Nas” və “Fələq” surələrini oxu. Namazdan sonra şükür səcdəsi et və bu duanı oxu:
 اللّهمَّ صلِّ على محمد و آل محمد الاوصیاء المرضیین و على جمیع انبیائك و رسلت بافضل صلواتك و بارك علیهم بافضل بركاتك وصل على ارواحهم و اجسادهم. اللهم بارك على محمد و آل محمد و بارك لنا فى یومنا هذا الذى فضّلته و كرّمته و شرّفته و عَظّمت خطره. اللهم بارك لى فیما انعمت به علىّ حتى لا اشكر احداً غیرك و وسّع علىَّ فى رزقى یا ذاالجلال و الاكرام. اللهم ما غاب عنّى فلا یغیبنَّ عنى عونك و حفظك و ما فقدتُ من شى‏ءٍ فلا تفقد نى عونك علیه، حتى لا اتكلَّف ما لا احتاج الیه یا ذاالجلال و الاكرام»

Əgər belə etsən, 50 illik günahların bağışlanar. Və bu zikri çox de: یا ذاالجلال و الاكرام(Ya zəl-cələli vəl-ikram)”.

 
Mənbə: Deyerler.org
Top