Möminin niyyəti, onun əməlindən üstündür

Möminin niyyəti, onun əməlindən üstündür

Həzrət Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı və kafirin behiştidir”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dua — möminin silahıdır”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin niyyəti möminin əməlindən üstündür”.
İmam Əli (ə) buyurur: “Hikmət — möminin itmişidir”.
Rəsulallah (s) buyurur: “Namaz — möminin nurudur”. Möminin niyyəti, onun əməlindən üstündür
İmam Əli (ə) buyurur: “Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin nicatı — dilini saxlamasındadır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin şərəfi — gecə oyaq qalmasındadır”.
İmam Əli (ə) buyurur: “Mömin düz danışan və ayıq ürəklidir”.
İmam Səccad (ə) buyurur: “Möminin mömin qardaşının üzünə sevgi ilə baxması — ibadətdir”.
İmam Muhəmməd Təqi (ə) buyurur: “Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir”. (Tebyan/Deyerler.org )
 
 
Müəllif: Deyerler.org
Top