Spirtli içkilərin qəbulu da yasaqdır. Buna baxmayaraq, el arasında «hacı pivəsi” adı ilə içkilərin satışına rast gəlmək mümkündür. Bəs dindarların alkoqolsuz pivə içməsi nə dərəcədə düzgündür?
Dini yazar, ekspert Kənan Rövşənoğlu sözügedən spirtsiz içkinin, yəni „hacı pivə”sinin qəbulunu məqbul sayır.
“Bu pivə növü də arpadan istehsal olunur. Spirtsiz olduğuna görə, ondan istifadəyə şəriət icazə verir. Dini baxımdan heç bir qadağa yoxdur. Tərkibində alkoqol olmayan içkinin istehlakı məqbuldur. Quran və hədislərdə yalnız ağlı başdan aparan, insan iradəsinə təsir edən içkilər, xüsusilə şərab haramdır”.
Kənan Rövşənoğlunun sözlərinə görə, „hacı pivəsi”nə görə dindarlara irad tutulması yanlışdır. “Tərkibində qadağan olunan maddə, yəni alkoqol yoxdursa, buna görə insanı necə tənbeh etmək olar? Ümumiyyətlə, dindar olan adamlar üçün istinad nöqtələri var. Əgər tərkibində müsəlman üçün haram heç nə yoxdursa insanlar niyə onu qəbul etməsin?!”
Mənbə: ailem.az