Duyğusallıq, insanlara sıxıntılı bir həyat yaşadan və eyni zamanda Allahın Quranda bildirdiyi anlayışa uyğun olmayan, ancaq insanların böyük bir əksəriyyətinin görəbilmədiyi əhəmiyyətli təhlükədir. Hətta, duyğusal olmaq insanlar arasında bəyənilən xüsusiyyətdir. Duyğusallıq sevginin bir təzahürü zənn edilir, halbuki Quran əxlaqından uzaq insanların yaşadıqları daxili bir əzabdır. Gerçək sevgi səmimidir və ürəkdən, açıq-aydın, çəkinmədən, qürur olmadan göstərilən səmimi bir duyğudur. Duyğusallıq isə sevginin gizlənməsindən və ya Allaha duyulmalı olan sevginin insanların şəxsinə yönəldilməsindən qaynaqlanır. Bu şəkildə davranan insanlar sevgilərini yönəltdikləri kəsləri sahiblənir, hətta onları bütləşdirəcək hisslər bəsləyirlər. Bu səbəblə də davamlı iztirab içində yaşayırlar. Duyğusallıq dinə müxalif olan duyğudur.
Quran əxlaqı insanlara, hadisələrigerçək dünyagörüşüylə görmək və ağıllı şəkildə qiymətləndirmək qabiliyyəti qazandırır. Duyğusallıq isə insanları gerçəklərdən uzaqlaşdıran, məntiqsiz düşüncələrə sövq edən və yalnış qərarlar almağa yönəldən duyğudur. İmanı və Quran əxlaqını qavrayan insanlar üçün, duyğusallığın zövq alınacaq heç bir tərəfi yoxdur. Onlar bunun insanları hüzün, hüsran və məhvə aparan düşüncə olduğunun şüurundadırlar.Bu səbəblə nə açıq, nə də gizli olaraq ürəklərində belə bir zəifliyə yol vermirlər. İman etdikləri halda duyğusallığın Qurana müxalif olan bu cəhətlərinin fərqində olmayan, ya da bunlara əhəmiyyət verməyən insanlar isə, belə bir mövzuda zəiflik göstərə bilərlər. Bəzən yalnız öz özlərinə daxilən yaşadıqları bu duyğu, bəzəndə davranışlarına hakim olar. Bu duyğunun ən diözünü ən çox biruzə verdiyi hal, bu kəslərin heç cür önünə keçə bilmədikləri ağlamağa olan meylidir. Ağlamaq, adamınkədərlənməsindən olur ki, bu da o adamın Allahın yaratdığı qədərə rahatlıqla və məmnuniyyətlə təvəkkül edə bilməməsindən qaynaqlanır.
Duyğusallığın təsiriylə bu kəslər daima hüzünlü olurlar. Yaşadıqları hər hadisədə kədərlənəcək birşey mütləq tapırlar. Buna görə həyatlarını daima ağlamağa meylli yaşayarlar. Ancaq ağlamaq deyilincə ağla yalnız adamın gözyaşı tökərək ağlaması gəlməməlidir. Bəzən həqiqətən bu şəkildə ağladıqları da olur. Amma bəzən də fiziki mənada gözyaşıolmadığı halda ağlamaq davam edir; bu bədənin ağlamasıdır. Bu ruh halında adamın bəzən gözləri xəfif nəmlənərkən, bəzən də heç islanmaz. Amma üzündə hüznün səbəb olduğu solğunluq görünər. Səsində, taqət və canlılıq yoxdur. Baxışları donuq və kədərlidir. Üzərində bir ağırlıq və əldən düşmüşlük, danışığında isə qəti bir ümidsizlik hakimdir. Bədənləri, möhkəm stressə görə funksiyalarını gərəyi kimi yerinəyetirə bilməz. Bu səbəblə bu kəslər ruhi pozuqluqları ilə yanaşı fiziki olaraq da ciddi narahatlıqlar yaşayırlar. Bu ruh halına qapıldıqları anlarda önlərinə dünyanın ən gözəl nemətləri belə qoyulsa, bunların heç birindən gerçək mənada zövq ala bilməzlər.Heç biri onları bu çətinlikdən qurtarmaqda təsirli olmaz.
İmanın və təvəkkülün hüzurunu və rahatlığını yaşamaq var ikən, öz əlləriylə özlərinə sıxıntılı bir dünyaqurarlar. Halbuki Allah Quranda inkar edənlər üçün, 'Qoy onlar etdikləri (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar.'(Tövbə Surəsi, 82) deyə buyurur. Yəni ağlamaq, kədərlənmək inkar edənlərə aid xüsusiyyətdir. Eynişəkildə, Quran ayələrində həmişə inkarçıların, cəhənnəm əhlinin bədbəxtliklərindən, bədbinliklərindən, sıxıntılı həyatlarından bəhs edilir. Möminlər isə Quranda həmişə şən olmağa təşviq edilməkdə, bir çox ayədə dünyada və axirətdə sevinəcəkləri mövzularla müjdələnirlər. Bu zaman iman etdiyini söyləyən biri əgər davamlı sıxıntılı, ya da ağlamağa meylli bir ruh halındadırsa, bu onun təvəkkül mövzusu başda olmaqla bir çox mövzunu səthi qiymətləndirdiyini və dini tam şəkildə yaşamadığını göstərir. Bu səbəblə dindar olduğunu söyləyən insan, hər nə səbəblə olursa olsun kədərlənməyi, sıxılmağı normal qarşılamamalı, bir mömin olaraq belə davranmaqdanAllaha sığınmalıdır. Allah ilə dost olmağın, ONA güvənib dayanmanın hüzurunuyaşamaq var ikən, belə əzab dolu həyat yaşamağı məqbul qarşılamamalıdır.Allahın Quranda, "Onlar deyəcəklər: "Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən də, zalım olarıq". (Mu'minun Surəsi, 106-107) ayələriylə diqqət çəkdiyi kimi, dünya həyatında bədbəxtliklərinə məğlub olub axirət həyatlarını peşmanlıq içərisində keçirən kəslərin halından ibrət götürməli və gerçək sarsılmaz imanı qazanmağa niyyət etməlidir.