Baxışlar insanın bəzi xüsusiyyətlərini bəzən tamamilə aşkara çıxarır. Elə məhz çox hallar da bu baxışların altında gizlənir. Hər baxışın arxasında insanın niyyəti durur və elə hər şey bundan asılıdır. ELə məhz ramazan ayında insanların Oruc olması təkcə yemək-içməkdən çəkinmək deyil və həmçinin onun bütün bədən özvülərinin oruc olması əsasdır. Mövzuya əlavə olaraq danışığın da baxış qədər önəmli olmasını vurğulamağa ehtiyac var. Belə ki, danışıq qədər insanların xarakterlərini, duyğularını, düşüncələrini ya da səmimiyyət dərəcələrini biruzə verən bir başqa göstərici də baxışlardır. İnsan daxilən nə yaşayırsa, ürəyində nə saxlayırsa, ya da ağlından hər nə keçirirsə bu çox vaxt baxışlarına əks olunur. Bu, əslində xalq arasında da bilinən bir gerçəkdir və "gözlər ürəyin aynasıdır" deyimiylə ifadə edilir. Bu səbəbdən insanların bir-birlərini tanıyıb anlamalarında baxışların əhəmiyyətli bir yeri vardır.
Allah Quranda baxışların insanların daxili dünyasını əks etdirən əhəmiyyətli bir ölçü olduğu bildirir. Baxışlara diqqət çəkilən ayələrdən bəziləri belədir: Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr... (Qələm Surəsi, 51)Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir! (Mömin Surəsi, 19). Yuxarıdakı ayələrdə də göründüyü kimi, ikiüzlü insanların gerçək ruh hallarını və düşüncələrini baxışları ortaya çıxarır. Belə insanlar daxilən yaşamadıqları gözəllikləri yaşayırmış kimi görünməyə səy göstərirlər. Məsələn, nəfslərinə ziddolan bir hadisə olduğunda dərhal qəzəblənirlər, amma Quran əxlaqında qəzəblənməyin yeri yoxdur; bu səbəblə daxillərindəki qəzəbi gizlətməyə çalışırlar. Belə edərək həm öz əxlaqsızlıqlarına şəxsən özləri şahid olur və bunun çətinliyini yaşayır, həm də gərəksiz yerə şiddətli qəzəb kimi hisslərlə öz-özlərinə əzab verirlər.Səmimi insanın baxışları isə, onun dürüstlüyünü əks etdirir. Özlərinə zülm edən insanların əksinə daxildəki hüzurlu ruh halları gözlərində də bir canlılıq və dərinlik olaraq özünü göstərir.