Gənclik və İslam

Gənclik və İslam

Xüsusilə son illərdə pozitiv anlayışlar insanı inanclardan və axirət bilgisindən uzaqlaşdırmışdır. Dunyəviləşən insanın əlindən tutub Rəbbiylə görüşdürülməsi və təkrar ona axirət bilgisinin verilməsi zəruridir.
Bütün çirkinliklərin təməlində inamsızlıq durur. Xüsusilə də axirət məlumatından uzaqlaşan insanlar, daha asan pislik edirlər və günah işləyirlər.Dünyəviləşmə gün keçdikçə artmaqda, insan zövq ardınca qaçmaqda və sadəcə özünü təmin etməyi düşünməkdədir.
Dünyəviləşən zəmanəmizin insanı nəfsini təmin üçün hər bir yola baş vurur. Zövq mədəniyyəti, insanlar arasındakı əlaqələri bir mücadilə zəminində ələ almaqdadır.
Bugünün gəncliyinə baxdığımız zaman azğın bir hirs və böyük bir həvəs içərisində dünyaya bağlanmaqdadırlar.
Xüsusilə zəngin ailə uşaqları satanizm və ateizm kimi azdırıcı yollarla özlərinin xoşbəxtliklərini axtarırlar.
Bugünün gənc nəsillərində ideal yoxdur. Çünki yanlış müasirlik gənclərin idealsız yetişmələrinə səbəblərdən biridir.
İslam dini gəncliyə və gənclərin yetişməsinə çox böyük önəm vermişdir. Çünki, gənclər bir millətin gələcəyinin təminatıdır.
Bugünün gəncləri sabahın böyükləri deməkdir. Gənclərini yaxşı yetişdirən millətlərin gələcəyi daima aydınlıq olar.
Gənclərin imanlı yetişdirilməsi İslamın gələcəyi baxımından da çox önəmlidir. Gənclik böyük bir inanc boşluğu içindədir. Bildiyimiz kimi insan bədən və ruhdan meydana gələn bir varlıqdır.
Bədənin həyatı davam etdirməyi üçün yeməyə, içməyə və dincəlməyə ehtiyacı varsa, insan ruhunun da bir qidaya ehtiyacı vardır.O qida da dindir. İman və ibadətlə insan ruhu təmin edilməzsə, o zaman bir boşluq yaranır və insan o boşluğu daha fərqli tərəflərdən doldurmağa çalışır.
Sağlam bir din təhsili almış, Yaradanını, Kitabını və Peyğəmbərini tanıyan iman və ibadət sevgisiylə böyüyən gənclər, heç vaxt yollarını azmazlar.
Gənclik çağları, insanın qanının qaynadığı hərəkətli bir çağlarıdır.
Bu illərdə insan, hisləri, duyğuları hakim olduğu üçün dəqiq düşünmədən tələsik qərar verir.
Bu zaman gənclərin asanlıqla səhv etmək və xətalarla rastlaşmaq ehtimalı vardır.
Gənçlərimizi iman və ibadət sevgisiylə yetişdirməliyik. Çünki, iman və ibadət sevgisiylə yetişən gənclər, gənclik dönəmlərini sıxıntısız və problemsiz keçirirlər.
Demək ki, gənclik dönəmini sıxıntısız və problemsiz keçirə bilmək üçün uşaqlıq illərində lazım olan dini bilginin verilməsi və gənclərə ibadətin vacib olduğu çatdırılmalıdır.

Peyğəmbər (s):
"Uşaqlarınıza, onlar yeddi yaşına çatdıqda namaz qılmağı əmr edin." buyurmuşdur.Uşaqlara yeddi yaşında namazı əmr etməkdə məqsəd, namazı və digər ibadətləri öyrətmək və onları gənclik çağlarına hazırlamaqdır.
Uşaqları gənc yaşlarında satanizm və ateizm kimi bir çox azğın qruplardan uzaq tutmaq istəyiriksə, onları kiçik yaşlarindan etibarən dinlərini öyrənmələri üçün lazımi din təhsilini gözəl şəkildə öyrətməliyik.
Əks halda dini təhsildən uzaq olaraq yetişən gənclər, mənəvi böhran içinə düşməkdə və ruhlarındakı boşluğu, günümüzdə bir çox gəncin etdiyi kimi azğın quruplaşmaların içində doldurmağa çalışırlar.
Əgər gənclər, yetərli dini bilgiləri almayıb və dinin gözəl olduğunu başa düşməyibsə, əxlaqi məsələlərdə də problemləri olur.
Zina, oğurluq , anarxiya və terror kimi cəmiyyətin rahatlığını alt- üst edən pis hərəkətlər meydana cıxır.
Fəqət namaz qılan və oruç tutan, dini ibadətlərini qaydasıyla yerinə yetirən gənclər yalan, qiybət, iftira, hiylə, aldatma, içki, qumar, narkomaniya, əxlaqsızlıq və oğurluq kimi haramlardan, pis söz və kobud davranışlardan uzaq olurlar.
Namaz, Allahı yad etmək üçün qılınır.
Allahı yad etmək əlbətdə ən böyük ibadətdir. Allahı düşünərək namaz qılmaq, insan ruhunu təsirləndirər, onu yaxşılıqlara tərəf yönəldər, əxlaqını düzəldir.
İslam dini evlilikdən kənar münasibətləri tamamilə qadağan etmiş və haram buyurmuşdur:
"Zinaya yaxınlaşmayın, çünki zina son dərəcə çirkin bir iş və çox pis bir yoldur." (İsra 17/32)
Hz. Peyğəmbər (s) də gəncləri zina və əxlaqsızlıqdan qorumaq üçün onlara bunu tövsiyə etmişdir:
"Gənclər, sizdən gücü çatan evlənsin. Çünki evlənmək, gözü harama qarşı qoruyar, namusunu, iffətini mühafizə edər.
Evlənməyə gücü yetməyən də oruc tutsun, çünki oruç şəhvəti qırar."
Təəssüf ki, günümüzdə gənclər, bir qisim film, gəzet, jurnal, televizor və bəzi vasitələrə əxlaqi və mənəvi dəyərləri zədələyici şəkildə yetişdirilməkdədirlər.
Məsələn: Mediyada tez-tez gündəmə gətirilən və normal evlilik yerinə, birlikdə yaşamaq, birdən artıq insanla birlikdə olmaq, gecə kulubları, ailədən uzaqlaşan gənclərin sərbəstliyi, geyim tərzləri, çılpaq görüntülər, erotik və ədəbsiz məzmunlu filmlər gənclərin əxlaqı və mənəvi dəyərlərinə təsir edir və gənclər bu sahələrə yönləndirilirlər. Bu təsir və yönəlmələr ilə ailələrindən qaçan, uşaqlarını atan əxlaqsızlıq və narkomaniya bataqlığına düşən gənç qızlara rast gəlirik.
Nəticə olaraq deyə bilirik ki, insan hayatında gənçlik çox dəyərli bir zamandır. Bu zamana laqeyid olmaq və yaxşı dəyərləndirməmək daha sonrakı illərin sıxıntılı keçməsinə səbəb ola bilər.
Top