Bir nəfər gənc New York, Mərkəzi Parkda gəzərkən, birdən quduz bir itin kiçik bir qıza hücum etdiyini görür. Qaçır və itlə boğuşmağa başlayır. Xeyli uzun bir çabadan sonra üzəri qan içində qalsa da iti öldürür. Balaca qızın da həyatını qurtarır. Son anda bu səhnəni görən polis təngənəfəs vəziyyətdə hadisə yerinə qaçır və adamın yanına gəlir. Qucaqlayıb təşəkkür etdikdən sonra "Sən bir qəhrəmansan, sabah bütün qəzetlər səni yazacaqlar" deyir. Və davam edir: "Görəcəksən başlıq da belə olacaq; "Cəsur New Yorklu kiçik qızın həyatını qurtardı". Gənc "Amma mən New Yorklu deyiləm!" deyir. Polis "Fərq etməz, o zaman qəzetlər bunu yazacaqlar; "Cəsur Amerikalı kiçik qızın həyatını qurtardı". Gənc artıq çaşaraq "Amma mən Amerikalı da deyiləm" deyir . Polis "Bəs, o zaman sən haralısan?" deyə soruşduqda gənc cavab verir; "Mən İraqlıyam!" polis gəncə başqa heç bir şey söyləmir. Amma gənc sabahısı gün qəzetləri alanda belə bir başlıqla qarşılaşır;
"Radikal İslamçı, günahsız Amerikan itini öldürdü."
P.S.:
Onlar qəzetdə xəbər başlığına lazım olanı yazmasalar da mən öz xəbərimin başlığını lazım olan şəkildə qeyd etmək istədim..