Azarbaycan ədəbi dilinin ümumxalq dili asasında formalaşması dövrünün ilk mərhələsini (XIII-XIV əsrlar) Nəsimi yaradıcılığı yekunlaşdırır. Onun fəaliyyəti ilə ədəbi-bədii dil özünün tarixi gücünü bütünlüklə nümayiş etdirir. Azarbaycan dilinin formalaşdığı bir dövrdə yaşayıb-yaradan Nəsimi adəbi dilimizin xüsusiyyətlərini əks etdirmiş, onun sabitlaşməsinə, inkişafına əsaslı təsir göstərmişdir. «Şair zəmanəsinin irəli sürdüyü problemləri həll etmək təşabbüsündə olmuş, ədəbi dilə xas olan keyfiyyətlari gözləmiş, xalq dili ilə özündən əvvəlki yazı dili arasında bir vəhdət yaratmış, onların vahid ədəbi normada birləşdirilmasində mühüm rol oynamışdır,» Nəsimi leksikası üzərində geniş tədqiqat işi aparmış Cahangir Qəhrəmanov belə bir faktı bir daha təsdiq edir ki, «dilimizin milli xüsusiyyətini, onun orijinallığını özündə mühafizə edən leksik vahidlərin əksəriyyəti birinci növbədə feillərdən ibarətdir.
Nəsimi leksikasında əsas yer tutan feillər öz məna xüsusiyyətlərina görə müasir dilə uyğun gəlir.» «l.Nəsiminin əsərləri klassik fəlsəfi şeir dilimizin tipik nümunəsidir. Onun əsərlərinda alınma sözlər işlənsə də, klassik poeziya dilində xəlqi qat kimi işlənir.»
Qeyd olunanlardan aydın görünür ki, Nəsiminin anadilli əsərləri dilimizdaki səs dəyişmələrini öyrənmak üçün əsas mənbə kimi istifadə oluna bilər. Aparacağımız tədqiqatda İ.Nəsiminin anadilli əsərlərindən istifadə etməklə səs tərkiblərində olan dəyişmələri görəcəyik. «O» əvəzliyinin işlənmə formaları. İ. Nəsiminin anadilli əsərlərində «o» əvəzliyinin bir cür işlənmə formasina rast gəlinir:«ol».
Hər kim ki, tövhhid əhlidir, ol didu vadid əhlidir,
Ruzi-əzəldan to əbəd istər kəmali-müntəha. və s.
İşarə əvəzliyi olan «bu», biz bilirik ki, Türk dilində «şu» kimi da işlədilir. Amma Nəsiminin əsərlərinda «şu»nun «şol» kimi işləndiyini görürük.
Șol :
Kirpiyin navək oxudur, qaşların çaçi kəman Uğramaz aşiqdan özgə şol ozün peykanına və s.
«Ki» bağlayıcısının «kim» formasında işlənməsinə rast gəlinir:
«Aşiq bəla yolunda gərək kim, hamul ola Məşuqədən ana nə gəlirsə, qəbul ola.» və s.
Bir çox şeirlərində müasir zamanda işlənə formasına da rast gəlirik:
«Cəhd edərəm ki, alinə könlümü verməyim, vəli Həm bilirəm ki, aqibət alina könlüm alına»
«Əgər» bağlayıcısının iki cür işlənməsi İ. Nəsiminin əsərlərində özünü göstərir: «gər» və «əgərçi»
Gər ;
«Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola? Şol günəşi tələtli ayə gər qəmər dersəm, nola?
Əgərçi;
Kimsə əgərçi istəməz düşməgi fitnəyə, vəli
Şükr edirəm ki, düşmüşəm alə gözünün alına.»
Bəzi əsərlərdə «gərçi» sözünə də rast gəlinir. Amma bu söz «əgər» bağlayıcısının işlənmə forması deyil. «Gerçək», «həqiqətən» sözlərinin işlənmə formasıdır. Hal-hazırda «gərçi» sözü türk dilində işlənməkdədir, Məs:
«Surətdə gərçi adı bəşərdir Nəsiminin
Mənidə gör ki, zati-mütəhhar degilmidir?»
(Həqiqətən, insanın həm zahiri, həm də daxili gözəlliyi bir-biri ila vəhdət təşkil edir.) «Ki» bağlayıcısının bir cür işlənmə formasına təsadüf olunur: «kim»
«Eşqə düşənlar bilir həm yenə eşqin qədrini
Ol aşiq aşiqmidir kim,olmadı rüavayi-eșq» və s.
«Üçün» qoşmasının da iki cür işlənməsinə rast gəlinir: «içün» və «çün»
İçün;
«Siyahdil gözlərin qan tökmək içun
Çəkibdir tiğini manəndi-cəllad.» və s.
çün;
Əmr çün galdi bəşarətlər bizə
Min həbibi indəhü elmül-kitab» və s.
«Çünki» bağlayıcısının işlənmə forması olan «çün» ilə «üçün» qoşmasının işlənmə forması olan
«çün» səhv salınmamalıdır. Bunlardan hansının işləndiyini bilmək üçün həmin beytin mənasi düzgün açılmalıdır.
«İlə» qoşmasının «ilən» kimi işlənməsini görürük. Amma bir fakt da qeyd olunmalıdır ki, bu hal i.Nəsiminin əsərlərinda çox az rast gəlinir.
«Barmaq» ilan göstərirlər kim, üzündür qibləgah
Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.»
«İsə» bağlayıcısının da bir cür işlənmə forması var: «isən»
«Qaşı yayını qurmuş, qanın tökər billah,
İnanmaz isən baxgil qolları boyasına. »
«Çünki» bağlayıcısının üç növ işlənmə forması var ki, bunların üçünə də İ.Nəsiminin əsərlərində rast gəlinir: «çün», "çün kim» və «çü»
«Çün»
Xəstə Nəsimi, yarın əhvalını sormaz,
Sormağına çün gəlməz, bari gələ yasına.
«Çün kim»
Canı, cahanın sənsizin neylər Nəsimi xəstədil
Səndən müdam ehsan umar, çün kim, gədadır binəva.
«çün»
Qalü bəladan yar ilə qövlü çü qıldın, ey könül,
Qövlündə sadiqdir ki, mən inanmışam iqrarına.
İmadəddin Nəsimi dili 70-80% xalq dilinə əsaslanmışdır. Əgər biz Nəsiminin əsərlərinə müqayisəli-tarixi metod tərəfindən baxsaq onu da qeyd etməliyik ki,onun şeirlərində xalq dilinə mənsub şəkilçi olan gil şəkilçisi də işlənib. Məmmədağa Şiraliyev özünün «Azərbaycan dialektologiyasının əsasları kitabında qeyd etmişdir ki, «-qil, -gil səkilçisi məna etibarı ilə «qıl» feilindən əmələ gəlmişdirr. «Qıl» feili get-gedə öz müstəqil məna və vurğusunu itirmiş və nəhayət, sözə bitişərək əmr şəkilçisinə çevrilmişdir. Bu şəkilçilərə türk dillərinə aid bir sıra qədim yazılı abidələrdə rast gəlinir.»
Qədim yazılı abidə kimi İmadəddin Nəsiminin əsərlərindən misal gətirmək olar.
«Yarin liqasını istəgil, canını vergil vəslinə
Kim, şol nigara, çox degil, sən qalma dünya varina.»
Müasir dövrdə dialekt va şivələrimizdə -qil-gil şəkilçisi [-qınan], [ginən] kimi işlənilir. Əsasən
şimal-şərq dialektində geniş istifada olunur. [M. Şiraliyev «Azərbaycan dialektologiyasının əsasları. Səh.191). Yuxarıdakı beytda bir məqam da diqqəti çəkir ki, o da «deyil» əvəzinə «degil» sözünün işlənməsidir. M.Şirəliyevin qeyd etdiyinə göra, «1936-ci ilə qədər ədəbi dildə söz ortasında «g» səsinə, 1936-ci ildən sonra «y» səsinə üstünlük verilmişdir. Buna görə də y>g hadisəsindən danışarkən bu gün ədəbi dildə tətbiq olunan orfoqrafiya qaydaları nəzərə alınmışdır»
Nəsiminin əsərlərində təkcə «degil» sözü ilə yox, bu kimi bir çox sözlə qarşılaşırıq. Məs; dəgmə, gögün, ürəgim, gerçəgin və s. Ədəbi dildə işlənməsə də, g «Daş *alubəni* dilbər, könlüm şişəsin atar
Qarşu tutaram, sişə bilməm qala ya sina.»
Onun poeziyasında bir məqamı da görürük. Sözə artırılan şəkilçi axırıncı hecanınsaitina uyğun olmur. Yəni, ahəng qanunu gözlənilmir.
«Payənda degil dövləti, ey xacə, cahanin
Əsbabina aldanma, gəl andan güzar eylə
Bütün nümunələrdən aydın görünür Nəsimi, ana dilində bariz qəzəllər yazmışdır. Ə. Dəmirçizadə göstərir ki, Nəsiminin Azərbaycan sözlərindən istifadə etməsinin mahiyyətindən bəhs edərkən belə bir faktı da göz önünə gətirir. «onun əsərlərində Azərbaycan sözləri nitq hissələri baxımından da zəngindir. Bu əsərlərdə feillərlə yanaşı isimlər, sifətlər, saylar, əvəzliklər hətta köməkçi nitq hissələrinə mənsub sözlər də məna incəliklərini ifadə etmək üçün müxtəlif qrammatik vasitələrlə formalaşdırılmış vahidlər halında rəngarəng üslubi məqamlarda işlənilmişdir.» Məsələn:
Qaşü kiprik yeddi oldu saçıyla
Həqq kitabı uş bu babdan açıla
Munca huyü hayü, munca bu
Üç arıx oğlanimiş içi quru
Nəsimi, şimal-şərq bölgəsində Şamaxı şəhərində anadan olmuşdur. Əsərlərində işlətdiyi ahəng qanununun pozulma halları,g-y əvəzlənməsi, -ubən, -übən feili bağlama şəkilçisi şimal- şərq dialektinə xas olan xüsusiyyətdir. Tofiq Hacıyevin qeyd etdiyinə görə, « Nəsimi dilini xalq dilinə yaxın edən başqa bir cəhət də əsərlərində xalq dilindən gələn məsəl və atalar sözlərinin geniş şəkildə işlənməsidir: Sınuqa vacib degildir munca atmaq daşlar= yıxılana balta vurmazlar.» Bundan başqa o, Nəsiminin daha türkcə olmasını iki faktla əlaqələndirir. Birincisi, XIII əsrdə ərəb, fars dillərinin məngənəsindən çıxmağın coşqunlug əhvalı hələ də qalırdı, hələ M. Kaşğari milliyətçiliyi ilə əlaqə üzülməmişdi. İkincisi, Nəsimi ideya yayırdı, dili canlı danışıq türkcəsinə uyğun olmalıydı. Şeirini yazanda Nəsimi bunu düşünürdü ki, o, öz şeirlərini filosoflar üçün yox, geniş xalq kütləsi üçün yazır. Nəsimi dili sonradan yazılan anadilli əsərlər üçün münbit zəmin rolunu oynayıb.
Müəllif: Zeynəb Əliyeva
Mənbə: kaspi.az