Aşıq Ələsgər məktəbinin yetişdirdiyi ən istedadlı aşıqlardan olan Növrəs İmanlıdan söz açmaq istəyirik.
29 il yaşamış aşıq Növrəs İmanın həyatı haqda maraqlı faktları təqdim edirik:
Növrəs İman Məşədi Saleh oğlu 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Məşədi Saleh Aşıq Ələsgərin qardaşıdır.
İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində alıb. Onun çox zəkalı bir uşaq olduğunu görən atası Məşədi Saleh oğlunu vaxtından əvvəl mollaxanaya qoyub. İman molla məktəbində təhsil alarkən dövrünün məşhur dini-ədəbi tarixi kitablarını oxuyaraq özünü daha da təkmilləşdirib.
Vaxtilə İmanla mollaxanada oxuyan Aşıq Bəhman sonralar deyib ki, İman öz zəkası ilə hamını heyran qoyarmış.
Aşıq Ələsgərin şeirlərini əzbər bilən İman yeniyetmə yaşlarından şeir yazmağa başlayıb və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşıb.
Bir gün Aşıq Ələsgərə İmanın şeirini oxuyurlar. Aşıq Ələsgər şeirə qulaq asandan sonra onun yanına gətirilməsini istəyir. İman gəlir, bir şeir, iki şeir oxuyandan sonra görürlər ki, Aşıq Ələsgərin gözündən yaş axır. İman soruşur ki, Dədə, niyə ağlayırsan? Aşıq Ələsgər deyir ki, oğul, sənin halına ağlayıram. Bu təb ki səndə var, bu səni axırda puç eləyəcək, ona indidən ağlayıram.
Növrəs İman nadir istedad sahibi olduğundan tezliklə Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri kimi ad qazanır. Bədahətən şeir demək qabiliyyətinə malik olan el aşığı saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şeirlər yazıb. Deyilənlərə görə, onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şeirlərinə cavab yazıb, açılmamış qıfılbəndləri açıb.
Təəssüf ki, o, xəstələndikdən sonra bu sənət əsərlərinin əksəriyyətini öz əli ilə məhv edib.
Növrəs İmanın bu istedadına baxmayaraq, ailə həyatında bəxti gətirmir. Belə ki, öz kəndindən bir qızla nişanlı olan İman qardaşı Qurbanın gənc yaşında vəfat etməsi səbəbilə onun həyat yoldaşı Gülsümə ilə evlənməyə məcbur olur. Bu, İmana dərindən təsir edir və o, heç kəsi görmək istəmir. Bu evlilikdən bir oğlu olmasına baxmayaraq, İman 1930-cu ildə əsəb xəstəliyinə tutulur və 1932-ci ildə itkin düşür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.
Növrəs İmanın 1932-ci ildə itkin düşməsi isə hələ də böyük müəmma olaraq qalmaqdadır. Hətta onun repressiyaya məruz qalaraq öldürüldüyü də deyilir. Çünki Növrəs İman bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləyib.
ədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o ,xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.
Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub.
Kitabları
«Növrəs İman» (toplayanı: İslam Ələsgər) Bakı, 2004.
Şərəcəsi
- Heydər
- Əbdüləzim
- TəhməzTalıbxan
- Allahverdi
- Alməmməd kişi
- Məşədi Saleh
- Növrəs İman
Dini təhsil alan Növrəs İman məscidlərin bağlanması, Quranın yandırılması və din xadimlərinin təqiblərə məruz qalması kimi hadisələrə görə Sovet rejiminə qarşı çıxmışdı. Bu səbəbdən o, kənd sovetinin katibi vəzifəsindən istefa vermişdi.
Bir çox tədqiqatçı N.İmanın Sovet rejiminə nifrət bəsləməsi və tənqidi şeirlər yazması səbəbindən onun repressiya qurbanı olduğunu ehtimal edir. Bu səbəbdən Növrəs İmanın nə ölüm tarixi, nə də məzarı bilinir.
Mənbə: axar.az