Bir gün yuxudan durub görürsən ki, bağın ağacları yerində yoxdur. Onların kölgəsində tikilmiş ev də yoxa çıxıb, dağlardan birbaşa həyətə axan bulağın belə izi qalmayıb.
— Bəs dağlar?
— Dağlar da qeybə çəkilib.
— Bəs bağ?
— Bağ da… Hər yer ağdır.
— Necə oldu bunlar?
— Qar yağdı.
www.youtube.com/watch?v=XbgvPEkpbYI