Ədəbi söz

Ədəbi söz

Sözün obrazlıq xassəsi və ədəbi növlər

Ədəbi əsər sözlə yazılmış əsər, sözlərdən istifadə və onlar sayəsində yaradılan dünya obrazı deməkdir. Ona görə bütün əsərlər sözlərdən ibarətdir. Hər bir əsərin digərindən fərqi onun formasından və s. əvvəl onda sözlərin az və ya çoxluğu ilə şərtlənir. Ona görə ədəbi əsərlərin mətn təbiətinə görə iki növü fərqləndirilir: birinci sözləri müəyyən ritmlə oxumaya, ikinci isə birinci şəxsin ikinci şəxsə informasiya ötürmək üçün mətnyaratmaya əsaslanan növlüdür.

Sözü ritmlə oxuma (nəğmə) ikinci şəxsə yox, ibtidai insan sürüsünə, sonralar tayfaya və çoxluğa aiddir. Məhz aiddir, ünvanlı deyil. İbtidai oxumada fərdi heç nə yox idi, o kollektivdə olmanın, kollektiv oxumanın bir hissəsi idi. Hər bir səs və nidanı oxuma ən qədimlərdə kollektiv və mənşəcə instinktiv oxumadan törəmədir. Hər bir oxuma kollektivdə olma hissinin sublimasiyasından qalıbdır. Ədəbiyyat nəzəriyyəsində bu lirik növ adını alıb.

Beləliklə öz təbiətinin emosional və informativ istiqamətliliyinə görə ədəbi mətnlər iki qismə ayrılır:

  • 1. Nəğmə mətnləri və ya lirik növ.
  • 2. Birinci şəxsin mətnyaratması və ya epik növ.

Peşəkar müəllif yaradıcılığı yaranandan sonra lirik növ də birinci şəxsin mətnyaratmasının bir şəkli ola bilir. Lakin ədəbi mətnin müəllif tərəfindən yaradılan lirik növü onun ilkin nəğmə təbiətini saxlayır. Ona görə şairlərin müəllif mətni ikili təbiətə malik olur: onda həm nəğməlik əlamətləri, həm də birinci şəxsə aid mətnyaratma əlamətləri olur. Buna poeziya deyilir. Poeziya oxuma təbiətli müəllif yaradıcılığı formasıdır. Ona görə aşağıda biz poeziyanın mənşəyi və təkamülü haqqında ayrıca bəhs edəcəyik. İndi isə onu qeyd edək ki, nəğmə (oxuma) ilə poeziyanı eyniləşdirmək olmaz. Nəğmə, oxuma mətnyaratma prosesi deyil, bu, kollektivdə olmanın emosional və instinktiv ifadə formasıdır. Poetik mətn isə mətnyatarma prosesinin nəticəsi olur.

Birinci şəxsin mətnyaratmasından yazı dilində törəyən nəsr təhkiyəsi isə yazı dilindən törəmədir. Nəsr növünə aid ədəbi əsər, ilk növbədə, sözlərin çoxluğuna, həcminə görə fərqlənir. Nəsr növü həmişə mətndir. Lirik növ isə bədihə də, bənzətmə də ola bilir, yaddaşda çox vaxt şifahi saxlanır. Lirik növün rüşeymi olmuş ən qədim mərasim nəğmələri hələ tam mənada mətn olmayıb, insanların mövsüm bayramlarındakı ovqatlarını əks edən ifadəli, ritmli səslər olub. O zaman müasir, aydın fonetik səslər hələ yox idi və kollektiv oxuma müəyyən mənada, müasir sözdən, mətn sözündən əvvəl də mövcud olmuşdur.

Həm dilin mənşəyi, həm də obraz olmaq baxımından sözün tarixini iki mərhələyə ayırmaq olar: yazıya qədər və yazıdan sonra. Başqa sözlə dünyanı şifahi təsvir edən işarə söz və yazılı obraz söz.

Yazıya qədər yaranan bütün nida səslər ad və işarə idi, sözün bu iki xassəsi hələ ayrı deyildi. Ona görə yazıyaqədərki sözyaratma da yazı dilindəki sözyaratmadan prinsipial şəkildə fərqlənir. Yazıya qədərki söz-yaratma iki cəhəti ilə fərqlidir: o, birinci dil qanunlarını hələ tanımır, ikinci isə dünyanı konkret şeylərə parçalayıb işarə və təcrid edir. Sözün işarəvilik təbiətinin inkişafı, sözdən kollektiv istifadə edənlərin sayının artması onu obrazlılığını doğurur, çünki o bir şeyi yox, eyni cinsli şeylər çoxluğunu işarə edir. Bu işarə olmağın, bu funksiyanı icra etməyin yeni səviyyəsidir. Lakin dildə ilk sözlər şübhəsiz ki adlar kimi yaranmışdır və sonradan adlardan işarə kimi də istifadə edilməyə başlanmışdır. Lakin adda da işarəvi təbiət var idi və bəlkə də bunları ayırmaq doğru deyildir. Ad birünvanlı işarədir, konkretin işarəsidir.

Beləliklə, yazıya qədər dildən yox, sözdən ibtidai işarə sırasının bir növü kimi danışmaq daha doğrudur. Bu çözlər dünyanı təsvir edən ad-obrazlardan ibarət idi: yağış, külək, su, torpaq, ağac, ay, günəş, at, it və s. Bəs dil qanunları olmadan sözlər necə yaranırdı? Məlumdur ki, heyvanlar belə mənalı səslərdən istifadə edir. Bu qovuşuq səslərdən işarəvi məna yaradan əsas vasitə intonasiya və təkrar olmuşdur. Yeni sözlər, ilk növbədə, məlum səslərin yeni intonasiya ilə təkrarından doğurdu. Sözün təkrarı vasitəsi ilə mənalar yaratmaq indi də bütün dillərdə qalır. Təkrarla, ilk növbədə çoxluq, böyüklük, kəmiyyət və zərflik mənaları yaradılır.

Sözyaratmanın digər forması təkrarın forması olan təqliddir. Səslərə və hərəkətlərə təqlid də sözlərin, səslərin yaranmasına səbəb olmuşdur. Müəyyən mənada intonasiyanın özü də təkrarın bir şəklidir: lakin ibtidai insan müxtəlif emosional halda eyni səs qovuşuğunu təkrar edəndə fərqli variantlar alınırdı. Deməli, sözlərin intonasiyadan asılı olaraq yaranan yeni variantları da yeni sözlərin səbəbi ola bilirdi. Müasir dilçilikdə bu heç də həmişə düzgün izah edilmir və fleksiya adı almışdır. Əslində fleksiya intonasiya vasitəsi ilə mənayatma qaydasının yazı dilində normalaşmasıdır.

Yazıya qədər və yazının ibtidai formalarında hələ dil qanunları yox idi. İbtidai insanlar ad-işarələri yaradaraq dünyanı təsvir etmək, insan yaddaşında olan obraz və mənzərələri adlandırma yolu ilə bir-birindən fərqləndirmək istəyirdi. Bu fərqdən də dilin əsası olan təcrid və abstraksiya insan yaddaşının xassələri kimi onların özündən asılı olmayaraq ortaya gəlmişdir. Lakin biz bir fikrimizi inkişaf etdirməliyik: yazıya qədərki söz yaradıcılığının linqvistik qanunlar olmadan yaranmasını. Onda bəs sözlər necə yaranıb?

Bizcə, yazıya qədər söz yaradıcılığının əsas mənbəyi sosial səbəblərlə bağlıdır. Bu sosial hadisə səs variantlarının sözləşməsidir. Müasir terminlə desək, sözyaratmanın əsas mənbəyi alınma sözlər olmuşdur. Qədim insan sürüləri daim miqrasiyada, hərəkətdə idilər. İstər ilkin sürüdən ayrılan balaca sürülər, istərsə qohum sürülər kontakta girəndə, birləşəndə, hətta müharibə edəndə belə ilkin səs-çözlərin yeni variantları ilə üzləşirdilər və bu variantlar sözə çevrilir və yeni məna çalarları alır, tayfaların leksikonu qarşılıqlı olaraq zənginləşirdi. Lakin heç bir konkret sürü və tayfa ləhcələrin yaradıcısı deyildir. Əsas söz yaradıcısı insan sürülərinin sosial həyatı idi. Ona görə də xalqların sözlər, dillər yaratması barədə mifi unutmaq lazımdır. Sözlər ictimai hadisədir və onlarda etnik heç nə yoxdur. Eyni sözün ikinci, üçüncü dillər vasitəsi ilə ilkin dilə qayıtması faktları etimologiyada yaxşı məlumdur.

Yazıya qədər qədim dillərin zənginliyi tayfaların sosial həyatının zənginlik dərəcəsi ilə bağlı idi. Ən zəngin dillərdə 200-dən 600 qədər sözlər ola bilərdi. Lakin tayfalar hücumlara və məğlubiyyətə məruz qalandan sonra onların leksikonu də yoxsullaşa və sözlər yazı olmaması səbəbindən itib-bata bilirdi. Həmin tayfanın varisləri isə itmiş sözlərin yenidən başqa tayfalarda yeni sözlər kimi tapa bilirdilər. Variantların müstəqil sözlərə çevrilməsi dilin inkişafının, söz yaradıcılığının universal forması idi.

Beləliklə sözü yaradan və sayca artıran əsas stimul dünyanı idarə etmək, təsvir etmək idi. İşarə söz — ən qədimlərdə şeyin adı idi, onun digər şeylərdən fərqləndirən ünvan idi. Sözün adlığında hələ əsil obrazlılıq yoxdur. Sözün obrazlılıq xassəsi ad-işarə sözü eşidən ikinci şəxsin yaddaşında yaranır. Yağış sözü ikinci şəxsin yadında yağışı canlandırır. Səhra yerdə dağ sözü ikinci şəxsin başında dağın obrazını yaradır. Deməli, obrazın özü adamların yaddaşındadır: Söz — obrazı aktuallaşdırır, fərdin yaddaşında təzədən xəyal, xatirə və s. kimi canlandırır. Sözün obrazyarat-ma xassəsi də elə budur.

Hər bir ad-söz obrazdır. İki ad söz isə yeni obrazdır. Ağac — bir obrazdır. “Yaşıl ağac” yeni obrazdır. Deməli iki ad söz yanaşı qoyulanda (işlənəndə), yeni obraz yaranır. Yəni söz sırasının kəmiyyəti keyfiyyətə keçir, əslində yeni obrazlar yaradır. Ad sözləri bir birinə bağlamaqla yeni obrazlar yaranır. Hətta iki sözün sırasını dəyişəndə də yeni obraz yaranır: ağac yaşıl. Dilin ilk elementi iki obraz sözün yanaşı işlənməsi ilə yeni obrazların yaranmasıdır. Söz hətta təkrar olunanda da yeni obraz yaranır. Deməli dil — sözlərin sayını artırmaqla yeni obraz yaradıcılığı kimi təkamül edib.

Söz birləşməsi və ya cümlə müəyyən mənada eyni bir şeydir və ad sözlərin təyinlik, obrazlılıq xassəsindən istifadə ilə onları bir-birinə qoşmaqdır. Hər bir xəbər mübtədanın əlamətidir, təyinidir. Cümlədə hər nə qədər söz olsa da, onlar ya mübtədaya ya da xəbərə aid olur. Deməli cümlə ibtidai insanın iki sözü qoşmaqla yeni obraz yaratma bacarığının davamıdır, yeni formasıdır.

Yazıya qədər yaranan sözlər dünyanı işarə edən sözlərdir. Onlarda işarəvi və ayırma tərəfi aparıcı və əsas idi. İşarəvi sözlər insanın idrak prosesinin müəyyən mərhələsini əks edirdi. İbtidai insan maddi adəmi seyr etmək və öyrənməklə ilkin təcrid aparırdı: bu ilkin təcrid hələ maddi şeyləri fərqləndirməyə yönəlmişdi. Torpaq otdan, ot çiçəkdən, çiçək koldan, kol ağacdan fərqləndirilir və adlandırılırdı. Eyni zamanda, torpaq daşdan, adi qaya dağdan fərqləndirilirdi. Fərqləndirmə adlanma ilə bitirdi və bu, təfəkkürün inkişafı, beynin ilk təcrid əməliyyatları idi.

Sözün sözə qoşulması yazıya doğru addım idi: adların əlamətləri fərqləndirilirdi: məsələn suyun dəniz, çay, bulaq, göl formaları fərqləndirilməyə başlayanda yeni sözlərdə işarə tərəfi onun fərqləndirmə tərəfini üstələdi. Suyun növlərinin fərqləndirilməsi ilə təcrid qabiliyyəti, təbiət hadisəsini ağılda (gerçəkdə yox) parçalayıb birini digərindən fərqləndirmə qabiliyyəti inkişaf etdi. Əsil təfəkkür də budur: dünyanın bütövlüyü sözlərin köməyi ilə insan ağlında parçalanır. Sözlər bu parçalanmanı yaşadır və söz şəklində yeni nəsillərə ötürür. Artıq uşaq özü suyu dəniz, çay, göl kimi fərqləndirməyi öyrənmir, bu fərqi o dəniz, çay, göl sözləri ilə hazır şəkildə mənimsəyir. Yeni sözlər dünyanı öyrənmə və bilmə aləti olur.

Yazıya qədər, söz birləşmələrindən istifadəyə qədər sözlər əsasən fərqləndirici işarə idi, göstərmə təbiətli idi. Lakin söz sözə qoşulan kimi, sözün biri digər sözün təyini olan kimi sözün işarə təbiəti üstünləşdi. Sözün işarə funksiyasından istifadə etmək, onun vasitəsi ilə işarələr (son-ralar məlumatlar) göndərmək zərurəti bu işarələri təsvir etmək, yazmaq zərurəti yaratdı. Yazıya alınan işarə-sözün dərhal ən unikal və qiymətli tərəfi meydana çıxdı: yazıya alınan söz-işarənin insan çoxluğu içində yek-məna anlaşılması xassəsinə xidmət edən alət meydana çıxdı. Hər hansı şəkildə təsvir edilən sözün insan çoxluğunda, tayfada (cəmiyyətdə) eyni cür başa düşülməsi xassəsi təfəkkürün və dilin müasir formasının yaranmasına doğru addım idi.

Deməli, yazı sayəsində söz iki unikal xassə qazandı: o, obraz-işarəyə çevrildi, çoxluğu bildirə bilən simvolluq kəsb etdi. İşarəlik nida-səsdə yazıya qədər də qismən var idi. Lakin məhz şəkil, heroqlif və fonetik söz kimi təsvir (yazı) sayəsində onun insan çoxluğunda identik şəkildə başa düşülməsi üçün imkan açıldı. Məhz sonuncu xassə müasir dilin yaranmasına yol aşdı. Adamların sözləri identik səkildə başa düşmək qabiliyyəti çox güman ki, yazıdan sonrakı dövr ərzində təkamül edib. Dildən istifadə insan beyninin ən mürəkkəb funksiyasıdır və təkamül yolu ilə insanda bu xassənin inkişafı qısa bir vaxtda baş verə bilməzdi. Nəzərə alaq ki, çoxlu söz bilmək, yadda saxlamaq qabiliyyəti indi də insanların hamısında eyni dərəcədə deyil və çoxları bunu əziyyətlə öyrənirlər.

Mənalı səslərdən heyvanlar da istifadə edir, lakin heyvanlarda mənalı işarə təbiətli səslərin identikliyi yoxdur, ancaq instinktiv səstanıma qabiliyyəti vardır. Təfəkkürün, insanın unikal xüsusiyyətlərindən biri adamların ikinci şəxs rolunda (mətndinləmə zamanı) sözləri identifikasiya etmə qabiliyyətlərinin yüksək səviyyəsidir. İnsanlar omonim sözləri də identifikasiya edə bilirlər. Bu mətnoxumanın təkamülü nəticəsində yaranmış təfəkkür xassəsidir.

Deməli, söz yazılı formada işarə edilmədən onun işarəvi təbiəti tam açıla bilməzdi və ad dilindən söz birləşməsi dilinə, müasir dilə keçid ola bilməzdi. Bax bu mənada, mətn dili (ilk söz birləşməsi artıq şifahi mətn idi) yazıdan, sözləri maddi formada təsvir və işarə etmək mədəniyyətindən əvvəl yarana bilməzdi. Yazı hər şeydən başqa, müasir sözün identiklik xassəsini insan ağlında yaradan əsas cəhət və şərt olmuşdur.

İndi biz sözlə mətnin sərhədini göstərə bilərik. Söz ad-obrazdır və mətndən on min illər əvvəldən mövcud idi. Mətn isə iki və daha artıq sözü bir-birinin işarəsi və təyini kimi işlətməklə alınan yeni obrazdır və yazıdan sonra yaranmışdır. Söz yalnız digər sözün işarəsi və təyini olanda həqiqi işarəvilik xassəsini daşımış olur. Ona görə dillə mətnin tarixi eynidir, onlar sözə görə çox cavandırlar.

Sözün özü də mətnə qədər təsvir və təcrid aləti olmuşdur. Müasir dilçilikdə təsviri sözlərə əsas lüğət fondu deyilir. Burada həqiqət vardır, çünki ilkin yazı əsasən bu sözlərə əsaslanmışdır. Bədii dilin və bədii təsvirin əsasını da bu sözlər təşkil edir. Bədii dil obraz-sözlərə, ad sözlərə əsaslanır və mətn mədəniyyətində yaranan terminlərdən imtina edir. Ona görə ədəbi əsər informasiya daşıyıcısı olmaqdan əvvəl, dünyanın obrazlı mənzərəsini, real obrazını yaratmağa can atır. Elmi dil üçün, elmi təsvir üçün dünyanın konkret obrazı maraqlı deyildir, çünki konkret şeylər 218

həyatı proses kimi göstərə bilmir, ancaq fakt kimi göstərir. Terminlər ümumi məfhumların adıdır, ümumi məfhumlar isə, ilk növbədə, təkrarlanan hadisələrin, proseslərin obrazını yaradır. Elmin təsvir etdiyi şey xalis şəkildə, fakt şəklində yoxdur. Amma ədəbiyyatda təsvir edilən şeyin və hadisənin faktlıq, konkretlik iddiası vardır. Ədəbiyyat üçün bir dəfə olan fakt maraqlıdır və bu faktın unikallığı da onun yeganəliyində sayılır.

Müəllif sözü

Hər xalqın ədəbiyyatı onun öz dilində yaranıb inkişaf edir. Maarifin və yazının tarixi, qədimliyi baxımından müxtəlif dillər fərqlidir. Lakin bu fərqlə yanaşı yazılı dillərin hamısında ədəbi əsərlərin yazılmasından, həmin dildəki ədəbi mətn mədəniyyətindən və ənənəsindən xüsusi üslub yaranır. Bu üsluba ədəbi üslub və ya bədii dil də deyilir. Bədii dil yazıçı və şairlərin, müəlliflərin dilidir. Əsrlərlə bu dilin öz leksik zənginliyi, sintaktik gözəlliyi formalaşır və milli yazılı dillərin ən zəngin üslubi qolu olur və digər funksional üslubların yaranmasına böyük təsir göstərir, onlar üçün baza rolunu oynayır.

Ədəbi üslubun mühüm xüsusiyyəti onun yazılı olması və müxtəlif fərdi yazıçı üslublarını özündə birləşdirməsidir. Ədəbi mətnlərin istənilən fraqmenti ilk növbədə, konkret müəllif sözü və mətni olur. Yəni hər bir ədəbi əsərin müəllifi var. Hər bir müəllif isə təkrarsız və belə demək olarsa, bir nüsxədə olan fərddir. Müəllif fərdiyyəti onun bütün mətnlərində onun öz iradəsindən asılı olmayaraq öz izini qoyur. Müəllifin yazdığı mətnlərdə onun təkrarsız fərdiyyətini əks edən xüsusiyyətlərin məcmusu fərdi üslub adlanır.

Müəllifin fərdi üslubu ədəbi əsərin lüğət tərkibində, sintaksisində, intonasiyasında, mövzuya və personajlara münasibətində və s. öz əksini tapır. Parlaq yaradıcılıq fərdiyyəti olan yazıçıları və şairləri onların fərdi üslubundan tanımaq olur. Fərdi üslub nəsrə nisbətən poeziyada daha qabarıq olur. Ədəbiyyatın zənginləşməsində, onun tematik və süjet tükənməzliyində fərdi üslubun fundamental əhəmiyyəti vardır. Məsələn, bütün şairlər min illər ərzində sevgidən yazırlar. Amma bu mövzu tükənmir və tükənmiş sayılmır. Bunun əsas səbəbi şairlərin fərdi üslubudur. Fərdi üslub ədəbiyyatı tematik tükənmə təhlükəsindən xilas edir. Biz artıq qeyd etdik ki, oxucunun müraciət etdiyi istənilən mətn, ilk növbədə, dərdi üslubu, fərdi müəllif qələmini təmsil edir. Məhz bu fərdilik ədəbi əsərin və onun qavrayışının orijinallığını şərtləndirir. Orijinallıq — ədəbi mətnin həm də fərdi üsluba aidliyidir, onun təkrarsızlığı və bir nüsxədə olmasıdır. Orijinallığın az ya çoxluğu, onun dərəcəsi əsərin bədiiliyini artıran əlamət sayılır.

Müəllifin əsər yazması, birinci şəxs rolunda mətnyaratması danışığa və nitqə də bənzəyir. Ədəbi təsvirdən ibarət olan yazılı yazıçı nitqinə təhkiyə də deyilir. Təhkiyə ərəb sözüdür. Mənası nəql etmək, hekayət, hadisə söyləmək deməkdir. Azərbaycan folklorunda şifahi təhkiyəyə söy söyləmək də deyilir. Söy sözü söyləmə felinin köküdür. “Dədə Qorqud” dastanlarının dilində aydırmaq söyləmə felləri müxtəlif məna daşıyır. Aydırmaq dialoq zamanı ikinci şəxsə cavab verməkdir. Söy isə dastançı-nın əvvəlcədən əzbər bildiyi mətni oxumasıdır. Müəllif sözü mətndəki funksional məqsədlərinə görə üç formada olur.

  1. Poetik təhkiyə
  2. Prozaik və ya nəsr təhkiyəsi
  3. Dialoq

Elmi dildə bu terminlərin şərq poetikasına məxsus nəzm (şeir), nəsr (proza) və mükalimə (dialoq) terminləri də işlənir. Nəzm sözündən törəmiş mənzumə termini şeirlə yazılmış iri əsər, nazim isə şeiryazan, şair mənasında işlədilir. Şeir sözündən ərəb qrammatikasına uyqun yaranmış əşar (şeirlər) və şüəra (şairlər) terminləri də işlənir. Qədim dövrlərin ədəbiyyatında ədəbi təhkiyənin əsas şəkli poetik təhkiyə idi. Ancaq şeirlə yazılmış mətnlər daha istedadlı və daha təntənəli sayılırdı. Qədimlərdə tarixi əsərləri, lüğətləri də şeirlə qazmaq ənənəsi olub. Bu ənənə ilk növbədə nəsr təhkiyəsinin qeyri-bədii sayılması təsəvvürü ilə bağlı idi. Antik dövrdən başlayaraq Esxilin, Evripidin, Şekspirin, Kornelin bütün dram əsərləri şeirlə yazılıb. Bu ənənəyə uyğun olaraq H.Cavid və C.Vurğun da dram əsərlərini şeirlə yazırdılar. Şeir təhkiyəsinin hökmranlığı təxminən klassisizm epoxası ilə birgə qurtarmışdır, çünki keçmişin ədəbi qanun və qaydalarına təqlid etmək klassisizmin əsas prinsipi idi.

Həsr şəklində verilən müəllif təhkiyəsi müxtəlif formalarda ola bilir. Belə formalardan biri əsərin məktublar şəklində qurulmasıdır. Çox zaman bu məktubların müəllifi iki gənc sevgili olur. Məktublar şəklində yazılan əsərlərə epistolyar ədəbiyyat da deyilir. Nəsr təhkiyəsinin digər forması əsərin gündəliklər şəklində qurulmasıdır. Bu formalardan senti-mentalizm dövrünün yazıçıları daha artıq istifadə etmişlər.

Ədəbi təhkiyənin digər geniş yayılmış forması əsərin xatirə kimi qurulmasıdır. Belə əsərlərə memuar janrı və ya nəsri də deyilir. Bu formadan istifadə edən müəllif əsərin süjetini xatirə kimi qurur və birinci şəxs mövqeyindən təhkiyə aparır. Səyahətnamələr də təhkiyə formasınca xatirə janrına yaxındır.

Birinci şəxsin dilindən təhkiyə aparmaq müasir nəsrdə geniş yayılmışdır. Bu halda təhkiyə xatirə janrına yaxınlaşır və əsər daha inandırıcı olur. Məsələn İlyas Əfəndiyevin ən populyar romanları — “Körpüsalanlar”, “Söyüdlü arx” birincin şəxsin dilindən nəql edilir. Bir sıra hallarda müəllif nəinki hadisələri birinci şəxsin dilindən verir, hətta özünü də iştirakçılardan biri kimi əsərə daxil edir. Əsərdə müəllif obrazının yaranması müxtəlif formalarda baş verə bilir: o hadisənin iştirakçısı və ya şahidi olur, bəzən digər obrazlarla onun münasibətləri ortaya çıxır və s.

Bəzən bütün təhkiyə gedişində müəllif əsərdəki hadisələrə, adamlara, vəziyyətlərin və konfliktlərin əxlaqi, fəlsəfi, siyasi mənasına öz münasibətini bildirir. Buna adətən müəllif haşiyəsi deyilir. Haşiyədə deyilən sözlər yalnız müəllifin münasibətini ifadə edir və təsviri funksiya daşımır.

Lakin birinci şəxs bütün hallarda müəlliflə üst üstə düşmür. Çox zaman təhkiyə aparan birinci şəxs əsərin qəhrəmanlarından biri olur. Bəzi hallarda isə müəllif təhkiyəçi kimi müxtəlif peşə adamlarından istifadə edir, onların peşə biliyinə aid məlumatları əsərə gətirir. Sənədli kino ssenarilərinə isə müəllif özündən başqa ekspert kimi cəlb etdiyi mütəxəssislərin obrazını və səsini daxil edir. Radio və televiziyada ssenari mətnlərində bu üsuldan çox geniş istifadə edilir.

Müəllif təhkiyəsi ədəbi əsəri oxunaqlı edən əsas amillərdən biridir. Təhkiyə emosional, şirin, sadə və aydın olmalıdır. Bu keyfiyyətlər oxucunun mətə diqqətini artırır və davamlı edir, mütaliə prosesini emosional cəhətdən zənginləşdirir və cazibədar edir. Yazıcının oxucu toplamasında, nə dərəcədə populyar lamasında onun təhkiyəsinin keyfiyyəti mühüm rol oynayır. Təhkiyə müəllifin nitqidir, amma bu nitq adi danışıqdan aşağıdakı köklü fərqlərə malikdir.

  • 1. Bunlardan ən mühümü təhkiyənin yazılı nitq forması olmasıdır. Təhkiyə həmişə mətndir və özündən əvvəlki mətn mədəniyyətinə saysız tellərlə bağlıdır. Belə bağlılıq şeirdə bir cür, nəsrdə isə başqa əlamətlərdə olur. Poeziyada bu bağlılıq şeir üslubu, lirik forma, ovqat, fikir ritmi səviyyəsində olur. Nəsrdə isə təhkiyənin öz dövrünün proza ənənəsinə bağlılığı üslub, mövzu, süjet, qəhrəman, konflikt, dil ölçülərində daha artıq özünü göstərir.
  • 2. Təhkiyənin təsvirilik keyfiyyətləri obrazlı təbiətindən, müəllifin şüurlu surətdə öz fərdi dünya mənzərəsini yaratmaq istəyindən gəlir. Adi danışıqda bu yoxdur. Ədəbi təhkiyə həmişə müəllifin özünü və kənar dünyanı ifadə formasıdır. Müəllif bir tərəfdən masa arxasında sanki özü üçün yazır, elə bil özü ilə ünsiyyətdə olur. İkinci tərəfdən isə o, hər bir fərdi fəaliyyət kimi yazı prosesində yarışüurlu niyyətlərlə yüklənmiş olur. Hər bir mətnyaratma kimi, yazıçı təhkiyəsi də ikinci şəxsə istiqamətlidir.
  • 3. Təhkiyə müəllifin şüurlu estetik fəaliyyətidir: müəllif yazarkən insanların bədii tələblərini ödəmək üçün yazdığını bilir. Dilin, təsvirin gözəlliyi, hadisələrin cazibədarlığı, obrazların canlılığı onun üçün əsas yaradıcı impulslarıdır. Sözdən dəqiq istifadə mədəniyyəti və ustalığı bədahətən aparılan söhbətə nisbətən onu dəqiq edir.

Göründüyü kimi, ədəbi təhkiyə, ədəbi mətnyaratma prosesi mürəkkəb, çoxtərəfli bir hadisədir. Təhkiyənin yuxarıda göstərdiyimiz üç əlamətindən hər birini geniş şərh etmək olar. Lakin bu barədə yaradıcılıq prosesində həsr edilmiş fəsildə bəhs edilir.

Müəllif təhkiyəsinə qarşı təsviriliklə bağlı əsas tələblər onun əyaniliyi, dəqiqliyi və inandırıcılığı illə bağlıdır. Bu keyfiyyətlərə nail olmaq da yazıçının dilə bələdliyi, ondan ustalıqla istifadə edə bilmək məharəti ilə bağlıdır. Böyük yazıçılar, məsələn Ernest Hemenquey nəsr təhkiyəsinin dəqiqliyi üçün epitetlərdən mümkün qədər az istifadə etməyə çalışırdı və həmkarlarını da buna çağırırdı. Lakin orta əsrlərin müəllif dilinin əsas əlaməti dəbdəbəlilik və mübaliğəli epitetlərdən istifadə sayılırdı. Şairin üslubu nə qədər təntənəli idisə, onun əsəri o qədər sanballı sayılırdı.

Müəllif sözünün əyaniliyi — obrazın əyaniliyidir. Böyük klassiklər ədəbi obrazları — qəhrəmanları, məkanı, vəziyyətləri o qədər canlı təsvir edirlər ki, bunlar oxucuların fantaziyasında mənzərələr kimi illərlə, bəzən ömrü boyu qala bilir. Ona görə bir sıra klassik əsərlərin ekranlaşdırılması böyük mübahisələr doğurur və oxucuların bəzi qisminin etirazına səbəb olur. Bunun səbəbi romanı oxuyan zaman oxucu başında yaranan obrazların kinoda yaradılan obrazlarla üst-üstə düşməmişdir. Tamaşaçılar bir sıra hallarda mütaliə zamanı yaddaşda yaradılan obrazları daha canlı hesab edirlər. Belə hallar yazıçının sözlə təsvir sahəsindəki ustalığına, söz təsvirinin ecazkar imkanlarına dəlalət edir.

Buz ədəbi dillərin tarixindən danışanda yazı dilinin xalq dilinə təsiri və əks təsirindən bəhs etmişdik. Orta əsrlərdə yazılı dilin özü canlı danışıq dilindən uzaq idi və bu uzaqlıq bilərəkdən qorunurdu. Canlı danışıqla yazılı dilin fərqinin özü mətn üçün estetik məziyyət sayılırdı. Lakin realizm epoxasında ədəbiyyatın elitarlığı aradan getdi, o kütləvi istehlak obyekti oldu. Ona görə də realizm epoxasında yazıçı dilini canlı xalq danışıq dilinə yaxınlığı estetik məziyyət, dilin təbiiliyi hesab edilir.

Qəhrəmanların dili ilə müəllif sözü. Dialoq və replika

İki və daha çox qəhrəmanı olan epik əsərdə müəllif sözü parçalanmış olur. Müəllif sözü anlayışı ilkin mənada müəllifin öz mətnindəki məxsusi səsini nəzərdə tutur. Müəllif səsinin sabitliyi və özünəməxsusluğu anlayışından hətta fərdi üslub termini də doğmuşdur. Lakin iri hekayə povest, roman, dram və s. müəllifin sözü və səsi ikiləşir, parçalanır. Bu parçalanma iki halda təzahür edir:

  1. Müəllif səsinin təsviri təhkiyədə parçalanması.
    Müəllifin qəhrəmanın dili ilə verdiyi dialoqlarda iki və daha çox səsə çevrilməsi.

Müəllif səsinin təsviri təhkiyədə ikiləşməsi adətən obrazların yaradılması prosesində ortaya çıxır. Müəllifin obraza daxil olması çox dərinləşdikdə müəllifin səsi təhkiyədə qəhrəmanın səsinə qarışır. Müəllif obrazın dili və psixologiyası ilə danışmağa başlayır və bu onun mətnini də bəzən az, bəzən isə bir neçə səhifə yer tuta bilir. Qəhrəmanların sevgi, məhəbbət hisslərinin təsvirində bu çox zaman belə olur. Müəllifin nisbi təhkiyəçi obyektivliyi itir, yerini obrazın hissiyyatlarını ifadə edən subyektivizmə verir. Belə hallar yazıçı Əlibala Hacızadənin romanlarında çoxdur. Obrazın və yazıçı səsinin qarışmasının mühüm səbəbi bir sıra hallarda obrazların təsvirində müəllifin öz avtobioqrafik ömür faktlarından da istifadə etməsi ola bilir.

Lakin yazıçı çox zaman tipin nitqi ilə öz nitqini obrazı fərdiləşdir-mək, onun həyatı və fikir yükünü artırmaq üçün qarışdırır. Amma elə unikal hallar olur ki, yazıçı tipin yox, öz oxucusunun psixologiyasına yaxınlaşmaq üçün öz səsini onun səsinə bənzətməyə çalışır. Məsələn, Cəlil Məmmədquluzadənin hekayə və xüsusən felyetonlarında müəllif dili ilə oxucu dilinin və psixologiyasının qarışması çox səciyyəvi haldır. Mirzə Cəlil üçün bu şüurlu bir səs qarışdırma idi. O, sadə oxucuya yaxın olmaq, onunla məsafəni aradan götürmək istəyirdi, bu oxucu tərəfindən daha məhrəm eşidilməsini istəyirdi, ona görə öz oxucusunun dilinə və psixologiyasına yaxın olan bir təhkiyə tərzi yaratmışdı. Bizim nəsrin sonrakı inkişafında onun nəsr təhkiyəsi fərdi üslub olaraq qaldı, nəsrdə müəllif təhkiyəsinin bir şəkli kimi davam edə bilmədi.

Dialoq. Müəllif sözünün ikinci mühüm və ən mürəkkəb şəkli dialoji və ya dramatik təhkiyədir. Dialoqda müəllifin sözü iki və daha çox obrazların səsinə və dilinə çevrilir. Dialoq romanda da ola bilir, kiçik qəzəldə və ya satirik şeirdə də ola bilir. Dram əsərləri isə qısa remarkalar sayılmasa, başdan-başa dialoq şəklində yazılır. Bu hallarda iki obrazın danışığı müəllif sözünün spesifik bir forması kimi qarşımıza çıxır. Dialoq bir qayda olaraq dünyanın hadisəvi obrazlarını yaratmaq üçün istifadə olunan vasitələrdən biri kimi çıxış edir. Dialoq hadisəni, konflikti, prosesi təsvir edərkən onun zəruri bir hissəsi və epizodu olur.

Ədəbi əsərdə bir qayda olaraq dialoq qəhrəmanlar — insanlar arasında baş verir. Lakin bir sıra hallarda dialoqun subyekti alleqorik obraz şəklində şəxsləndirilir. Qədim dövrlərdən müəllif sözünün bir şəkli də cansız şeylərin və ya heyvanların bədii şərtilik kimi şəxsləndirilməsi formasında ola bilirdi. İlk alleqorik şəxsləndirmə mif idi: mifdə təbiət hadisələri şəxsləndirilirdi, onlara insan sifətləri aid edilirdi. Lakin alleqorik dialoqda məqsəd başqadır: burada müəllif insanların əməllərinə və münasibətlərinə obrazlı münasibət bildirir. Obraz rolunda isə şeylər və heyvanlar çıxış edir. Bu halda müəllif sözü heyvanların və əşyaların şəxs-ləndirilmiş sözünə çevrilir. Ona görə də müəllif sözünün alleqorik dialoq şəkli həm də dünyanı əks edən obraz formalarından biri sayılır. Heyvan və əşyaların şəxsləndirilməsi yolu ilə yaradılan süjetli əsərlər təmsil janrını təşkil edir və dünyanın obrazlı əksinin müstəqil üsulu sayılır.

Dünyanın sözlə təsvirindən elmdə və təhsildə də istifadə edilir və bu ənənə antik dövrdən məlumdur. Qədim Yunanıstanda Platonun, Sokratın dialoqları məşhur olmuşdur və indiyəcən populyardır. Fəlsəfi problemlərə həsr olunan dialoqda iki subyekt iştirak edir və onlar gah sual cavab, gah mübahisə edir, gah özlərinə xas haşiyələr söyləməklə problemin daha çoxcəhətli şərhinə nail olurlar. Müəllif öz sözünü və fikrini iki səs şəklində fərdiləşdirməklə dünyanın mürəkkəbliyini görmək üçün ikinci bir pəncərə, baxım nöqtəsi yaratmış olur. Bu mənada dialoq həm də dünyanın zənginliyini, mürəkkəbliyini, çoxüzlüyünü izah etmək üçün müəllifin istifadə etdiyi ən unikal obrazlılıq formalarından biridir. Ona görə epik əsərlərdə iştirakçı obrazların artması roman və dram janrlarında dünyanın hadisəvi obrazının zənginləşməsinə xidmət etmişdir.

Dialoqda müəllif sözü aşağıdakı formalarda özünü göstərə bilir:

  1. Replika — müəllifin dialoqda birinci, ikinci və üçüncü şəxs şəklində ola bilən danışığı, ifadələri və sözləridir. Replika müəllif sözünün həm də təsviri formalarından biridir, lakin bu təsvir vasitəlidir, müəllifin birbaşa səsi kimi deyil, obrazın sözü kimi verilir. Replikalar, müxtəlif surətlərin sözləri ilə müəllif canlı danışığın yazılı sözlə verilən obrazını yaradır. Bu mənada replikalardan təşkil olunan dialoqlar obrazlılıq forması sayıla bilər. Süjet hadisənin, surət insanın, dialoq insanların canlı ünsiyyətinin, replika isə canlı danışıq sözünün ya söz sırasının obrazıdır.

Ədəbi yaradıcılıqda replika ilə dünyanı və insanları, onların konflikt və problemlərini təsvir etmək ən çətin yaradıcılıq işi sayılır. Məsələn, Hollivud filmlərində süjeti bir ya iki müəllif işləyir, amma dialoqların yazılmasına dörd-altı ssenarist cəlb olunur. Bu surətin sözü olan qısa cümlələri düşünüb dəqiq və maraq doğurucu tərzdə yazmağın necə çətin bir iş olduğunu göstərir. Ssenarilərin peşəkarlıq səviyyəsi çox zaman yazıçının və ssenariçinin replika yazmaq ustalığından asılı olur.

Replika mətnin ayrılmaz hissəsi olsa da, o iki və daha çox adam arasında olan danışıq, nitq, ünsiyyət parçası sayılır. Birinci və ikinci şəxs arasındakı danışıq isə real həyatda həmişə şifahi mətnyaratmadır, şifahi nitqdir. Yazılı və şifahi nitqlər (mətnyaratma) isə bir-birindən köklü fərqlərə malikdir. Şifahi danışıqda sözün fitri əlamətləri olan intonasiya, ton, səs effekti kimi əlamətlər iştirak edir. Bunlar yazılı mətndə ifadə oluna bilmir. Lakin ssenari mətnində olan replikalar filmdə canlanır və şifahi nitqə çevrilir. Lakin əslində replika həmişə şifahi nitqin yazıda obrazı kimi yaradılır və mətn sayılır. Bu mənada replika və dialoq həmişə birinci şəxsdən aparılan yazılı təhkiyə mətninə şifahi nitq parçası daxil etməkdir.

Beləliklə, şifahi sözün obrazı kimi mətnə daxil olan replika, ilk növbədə, əsərdəki dünya obrazına canlılıq gətirir, bu obrazın konkretlik iddiasına xidmət edir. Romandakı və dramdakı replikalar elə ustalıqla, insan psixologiyasına bələdliklə yazılmalıdır ki, oxucu onları oxuyanda belə obrazların canlı səsini eşitsin, diri səs effektini duya bilsin. Aydın məsələdir: mətn ucadan qiraət ediləndə yazıda əksini tapmayan çoxlu emosional çalarlar kəsb edir, daha anlaşıqlı, təsirli, estetik cəhətdən zəngin olur.

  1. Monoloq — obrazın öz-özünə müraciəti kimi ürəyində və ya ucadan deyilən sözü kimi işlənən replika və müəllif sözüdür. Monoloq da ədəbi mətnə, yazılı mətnə canlı şifahi sözün obrazını yaratmaq vasitəsidir. Monoloqdan və daxili monoloqdan daha çox dram və digər epik janrlarda, məsələn romanda istifadə olunur. Poeziyada xüsusilə satira və siyasi lirikada monoloq yaratmaqla obrazlaşdırma üsulundan geniş istifadə olunur. Məsələn, M.Ə.Sabirin satiraları onun tənqid etmək istədiyi mənfi tiplərin şifahi monoloqu şəklində yaradılmışdır.

Onların şeir kimi dili, üslubu, sintaksisi, ironiyası Sabirə məxsusdur və onun söz ustalığını əks edir. Lakin məzmunca bu monoloqlar obrazın psixologiyasını və dünya baxışını ifadə edir:

Get vur çəkişin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-qinayə nə şeyindən?
Bir abbası gün muzdunu milyanmı sanırsan,
Axmaq kişi, insanlığı asanmı sanırsan?

(M.Ə .Sabir)

Bu Mirzə Ələkbər Sabirin şeir dilidir, onun poetik təhkiyəsidir. Lakin bu həm də uzun replikadır, canlı nitqin poetik söz-obrazıdır. Şifahi danışıq obrazı yaradan bu satiralar müəyyən sosial tipin, konkret tarixi 225 dövrə məxsus varlı sinif nümayəndəsinin psixologiyasını əks edən bir mətndir. Əslində burada dialoji təhkiyə görürük: bu satirik dialoqdur, obrazın ikinci şəxslə danışma formasıdır. Lakin ikinci şəxs burada obraz kimi yoxdur, o ancaq şərti olaraq vardır. Burada tipin sözlərinin bəzi hissələri monoloq, onun öz-özünə müraciəti, bəzi hissələri isə dialoq, yəni şərti ikinci şəxsə müraciət kimi fərqləndirilə bilər.

M.Ə.Sabir böyük söz ustası idi: “Molla Nəsrəddin”in oxucuları sadə, az savadlı adamlar olduğu üçün şair öz mənfi tiplərini publisistik dillə və anlayışlarla deyil, canlı və qeyri-rəsmi məişət məntiqi və psixologiyası ilə qələmə alırdı. Xalqın dilini, bu dilə hopmuş məişət psixologiyasını gözəl bilən şair təsvir vasitəsi kimi ağır klassik qəzəl dilini deyil, canlı və şifahi xalq danışıq dilini götürür və bu dilin həm intonasiya, həm də frazeologiyasından, sintaksisindən təsvir vasitəsi kimi istifadə edirdi. Bunun nəticəsi gözlənilməz bir partlayış yaratdı. Şair mənfi adamı qiymətləndirərkən öz mövqeyini gizlətdi, nəsihətçi və qiymətləndirici mövqedən imtina etdi. Bunun əvəzinə obrazın özünün dünyaya qiymət-ləndirici münasibətini canlı replika səciyyəsi daşıyan ironik və satirik formada qələmə almağa başladı. Burada müəllif dili üçüncü şəxsə çevrilir və xalis dialoji, dramatik təhkiyə xarakteri alır. M.Ə.Sabirin iki tipin danışığını əks edən dialoq formalı satiraları da vardır, lakin onların sayı azdır. Bir obrazın xarakterini şifahi nitq parçası kimi verilən canlı monoloq şəklində yaratmaq daha tutarlı idi və xarakteri fərdiləşdirmək və bit-kinləşdirmək üçün daha artıq imkan yaradırdı.

Epik əsərlərdə, iki və daha çox qəhrəmanın iştirak etdiyi əsərlərdə qəhrəmanların bir-biri ilə danışığının təsviri dünyanın hadisə və proses kimi göstərilməsi baxımından çox mühüm vasitədir. İki qəhrəmanın polemikası, bir birini təkzib edən sözləri dünya haqda iki həqiqəti, iki baxışı əks etməyə imkan açır. Lakin bu iki həqiqəti ifadə edən mətnin müəllifi birdir. Bu ədəbi şərtilikdi: vahid mətn müəllifinin söz obrazlar şəklində ikinci, üçüncü və s. şəxslər şəklində modifikasiya olması, çoxüzlü olması sözün işarə təbiətindən istifadənin açdığı imkandır. Müəllif on müxtəlif obraz yaratmaqla öz identikliyini şübhəsiz ki, itirmir. Onun yaratdığı mətn sırası maddi bir şey kimi müstəqil işarə kodluğu kəsb edir. Bu kodluq oxucunun yaddaşında və fantaziyasında müstəqil bədii obraza dönüb müstəqil həyata başlayırlar. Onlar milyonlarla oxucunun yaddaşında təzə və fərdi mənzərələr kimi ortaya çıxaraq dünyanın əlvanlığını, zənginliyini əks edən obrazlar kimi müstəqil yaşayırlar. Ona görə ədəbi obrazın ilkin müəllifi yazıcıdırsa, onun sonrakı qavrayış variantlarının müəllifləri fərdi oxucu olur.

Mütaliə — yaradıcı proses sayılır. Oxucu yaddaşında yenidən yaranan obrazla müəllifin mətndə yaratdığı obraz arasında ümumilik çox az və şərti olur. Lakin əsərdə ədəbi qəhrəmanların çoxluğu ancaq bununla qiymətli deyil. Hər qəhrəman dünyaya münasibəti, psixologiyası, taleyi, yaşayış tərzi, əsas tutduğu əxlaqi prinsiplərlə dünyanın mənzərə zənginliyinin bir daşıyıcısı olur. Müəllif ən çox öz qəhrəmanları vasitəsi ilə özünün göstərmək istədiyi fərdi dünya variantını parçalayır və əsərə çevirir. Obrazlar dünyanın çöxhəqiqətliliyinin əyani daşıyıcısı olur, bəzən ədəbi əsərdən kənar bir fərdi həyat qazanırlar. Servantesin Donkixotu, M.F.Axundovun hacı Qarası, C.Cabbarlının Sevili belə olub.

Lakin qəhrəmanların adi söhbəti məhəbbətə və ya məişət konfliktinə aiddirsə, heç kəs bunu ikiləşmə hesab etmirdi. Qədim dövrlərdə yaxşı və pis, xeyir və şər kimi universal anlayışlardan istifadə olunurdu. Bu anlayışların süjetli əsərlərdə personajlar kimi — insan surətləri kimi verilməyə başlanması insanın və cəmiyyətin bədii tədqiqində bir çevriliş, inqilab idi.

Bu inqilabın məzmunu və mahiyyəti ədəbi əsərlərdə dünyanın ikili, üçlü və çoxvariantlı obrazının yaranması idi. İki qəhrəman — həm də müəllifin təsvir etdiyi dünyanın bədii abstraksiya şəklində parçalanması və üst-üstə düşməyən iki mənzərəsinin ortaya çıxması idi. Şərti şəkildə olsa da, ikinci, üçüncü qəhrəmanlar dünyanın həqiqi əlvanlığını ədəbi əsərdə göstərməyə doğru addım idi. Bu əlvanlıq son nəticədə realizm erasında dünyanın prosesliyi haqqında bədii konsepsiya kimi ortaya gəldi.

Lakin intibah dövründən başlayaraq səciyyəvi insan sifətlərinin, xüsusilə qüsurlarını təmsil edən tipajlar meydana çıxdı. Bu tipajlar realist estetikada tiplər adı aldı. Tip — müəyyən sosial, psixoloji və fərdi adətlərin toplayıcısı olan qəhrəmanlar kimi təqdim edildi. Qəhrəmanın dili ilə verilən müəllif sözləri də tipikləşdirmə üsulu hesab edilirdi. Lakin əslində dialoji təhkiyə daha dərin bir hadisədir və ədəbi əsərdə dünyaya baxışın, onu anlamanın müxtəlif qütblərini əks etdirir.

Ədəbi əsərdə müəllif müxtəlif qəhrəmanlar yaradır və onların dialoqlarını və söhbətlərini qələmə alır, onların daxili aləmini, fikir və tərəddüdlərini qələmə alır. Bu zaman müəllifin özü də müəyyən mənada ikiləşir. Lakin buna ikiləşmə demək azdır, çünki pyesdə və ya iri romanda müəllif bir neçə qəhrəmanın daxili səsinə çevrilir. Bu halda qarşıya çıxan əsas sual müəllifi hansı qəhrəmanda, hansı səsdə axtarmaqdır. Bu sıra yazıçılarda müəllif tendensiyası o qədər güclü olur ki, müəllifin səsini onun əsərində axtarmağa ehtiyac qalmır, müəllif özü qəhrəmanları yaxşı-pis, özünə yaxın və uzaq kimi təqdim edir. Buna yazıçı düşüncəsinin, həyata baxışının monoloji şəkli demək olar. Monoloji müəllif sözünü təmsil edən əsər dünya barədə yekməna bir müəllif fikrinin, baxışının və ya nəzəriyyəsinin ifadəsi olur.

Lakin həmişə və bütün yazıçılarda belə olmur. Məsələn, böyük ədəbiyyat nəzəriyyəçisi Mixail Baxtin F.Dostoyevskinin romanları barədə “M.F.Dostoyevskinin poetikası” kitabını yazaraq bu böyük yazıçının öz romanlarında mütəfəkkir kimi ikiləşdiyini aşkara çıxardı. Alim M.F.Dos-toyevskinin ömrü boyu mənəvi iztirablar və daxili şübhələrlə araşdırdığı “Allah varmı?” sualının bədii qoyuluşunu, onun müxtəlif qəhrəmanların düşüncəsi kimi təsvir etdiyini göstərərək aşkar etdi ki, yazıçı bu sualın birmənalı cavabına heç zaman gəlib çıxa bilməyib. Ona görə də Dostoyev-ski romanlarının təhkiyəsində bir-birinə zidd olan, lakin eyni bir yazıçıya məxsus olan iki mütəfəkkir — müəllif səsi aşkar edir və bunu dialoji roman adlandırır.

Bundan başqa əsərdə müəllifin faktlara, qəhrəmanlara və hadisələrə münasibətində də ikiləşmə ola bilir. Lakin belə ikiləşmə müəllifin təhkiyəsinə yox, onu dünyaya münasibətinə, çox vaxt qiymətləndirici münasibətinə aid bir keyfiyyətdir. Məsələn, müəllif qadının ərinə xəyanətini təsvir edir və onun pis yoxsa yaxşı bir əxlaqi fakt olduğu barədə fikrini dəqiqləşdirmir və problem əsərdə də açıq qalır. Və ya yazıçı qətl törətmiş bir adamın tarixçəsini verir və onun yaxşı və ya pis adam olması məsələsini açıq duyur. M.Baxtin belə əsrlərdə zidd əxlaqi və fəlsəfi ideyaların və mövqelərin dialoqunu görürdü. Dialoji romana aid əsərlər adətən hadisələrin də adamların təsvirindən çox, fikirlərin və konsepsiyaların bədii şəkildə qarşılaşdırılması və qütbləşdirilməsi niyyəti ilə yaradılır. Belə əsərlər xüsusi əxlaqi nəzəriyyəni — xeyir və çərin nisbiliyini mütləqləşdi-rən nəzəriyyənin ədəbi yaradıcılıq üsulları ilə ifadəsi kimi də baxıla bilər. Ona görə M.Baxtinin dialoji roman nəzəriyyəsini əsərdə şifahi danışıq obrazı kimi yaradılan və müəllif sözünün bir şəkli olan dialoqlarla qarışdırmaq lazım deyildir.


Müəllif: tənqidçi Rəhim Əliyev
Mənbə: "Ədəbiyyat nəzəriyyəsi" kitabı, Bakı, 2008

 

Top