Teodor Amadey Hofman

Teodor Amadey Hofman

Alman yazıçısı, bəstəkar və rəssam Teodor Amadey Hofman romantik ədəbiyyatın ən parlaq və ziddiyyətli nümayəndələrindən biridir. Sənət tarixində o, rəssam, bəstəkar, misilsiz satirik, gülüş usatsı, gözəl olduğu qədər əcaib, çılğın xülyalarla dolu nağıl və novellalar müəllifidir. 

Hofman 24 yanvar 1776 –cı ildə Köniqsberq şəhərində kral advokatının ailəsində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır.

Onun musiqi və rəssamlığa həvəsi erkən yaşlarında, ədəbiyyata olan meyli isə yetkinlik yaşlarında aşkar olunmuşdur.

1800-ci ildə o, Köniqsberq Universitetinin hüquqşünaslıq fakültəsini bitirərək həyatını dövlət xidməti ilə bağlayır və bir çox vəzifələrdə çalışır. Boş vaxtlarında musiqi və rəsmlə məşğul olan Teodor Amadey Hofmanın bundan qazanc əldə etmək cəhdləri boşa çıxır. Cünki əsas vaxtını dövlət işləri aparır.

1807-ci ildə o, bütün işlərini buraxıb Berlinə köçür, 1808-ci ildə o, iş tapır. O, Almaniyada Banberq teatrında bəstəkar, Drezden və Leypsiqdə opera truppasında musiqi üzrə direktor, rejissor işləmişdir.O, romantik operanın – "İndianın" yaradıcısıdır. Hofman 30-dan çox bədii əsər yaratmışdır. Onun ilk novellası 1809-cu ildə yazılmışdır. O, 1814-cü ildə «Qızıl bardaq», 1876-cı ildə "İblis eliksiri" və s. romanlarını yazır.

Hofmanın məşhur əsərlərindən Qızıl küpə nağılı, “Şelkunçik və siçanlar padşahı”, “Sinnober ləqəbli Balaca Saxes”, “Çəlləkçi usta Martin və onun şagirdləri” dünya uşaq ədəbiyyatında layiqli yer tutmuş və bir çox dillərə tərcümə edilmişdir.

Hofman nəsrinə xas olan bir sıra xüsusiyyətlər onun “Fındıqqıran və siçanlar padşahı” nağılında öz əksini parlaq şəkildə tapmışdır. Əsərin mövzusunun maraq dairsəi, ideya-estetik xəttinin saflığı böyük rus bəstəkarı P.İ. Çaykovskinin də diqqətini cəlb etmiş və o, həmin nağılın süjeti əsasında məşhur baletini bəstələmişdir. Böyük alman bəstəkarı, rəssamı və yazıçısı Hofman amansız ehtiyac, tənhalıq və xəstəliklərdən 1822-ci il iyunun 25-də Berlində 46 yaşında vəfat etmişdir. 

Hofman yaradıcılığı XIX əsrin birinci yarısında Avropada, xüsusən Fransada geniş yayılmışdı. Sonralar da Hofman yaradıcılığına maraq azalmamış, onun rəngarəng yaradıcılığının müxtəlif problemləri tədqiqat obyekti olmuşdur. 

portal.azertag.az
Top