Ağrıkəsici | Səhər Əhməd

Ağrıkəsici | Səhər Əhməd

Aptekə girməyiylə çixmağı bir oldu. Sürücü maşına söykənib siqaret yandırırdı, onu görəndə duruxdu:
— Nə oldu?
— Burda növbədi, başqasına gedək.
— Bu gün rayonda bütün apteklər belə olacaq.
— Hardan bilirsiz?,- ironiyayla sürücüyə baxdı.
— Çünki bu gün pensiyalar gəlib.

Bir an, yalnız bircə an pensiyalarla apteklərdəki növbə arasındakı əlaqəni düşündü. Və keçib maşında oturdu:
— Kəndə sürün!
— Bəs ağrıkəsici?
— Lazım olmadı.
Top