Xalq mənə versə də əziyyət, kədər,
Qıymaram incisin məndən bir nəfər. (Şərəfnamə)
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön!
Yaxşılığın hər yanda qapı açar üzünə… (Sirlər xəzinəsi.)
Əziyyət eyləsən, cəfa görərsən,
Mehribanlıq etsən, səfa sürərsən. (Xosrov və Şirin)
Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq. (Xosrov və Şirin)
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana. (Leyli və Məcnun)
Bir xərabə görsən, qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz. (Leyli və Məcnun)
Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran. (Xosrov və Şirin)
Zəhmətlə açarsan bağlı tilsimi,
Açdın, xəznə çıxar aydın gün kimi. (Xosrov və Şirin)
Bu dərya yolunda vardır çox zəhər,
Əziyyət çəkənlər dürr əldə edər. (Xosrov və Şirin)
Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdir, hədər. (Yeddi gözəl)
El gözündə Nizami ucalıbdır düzlükdən,
İlhamına, qəlbinə gün salıbdır düzlükdən. (Sirlər xəzinəsi)
Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərər həyat. (Leyli və Məcnun)
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
(Leyli və Məcnun)
Doğru yazmağa var madam ki, imkan,
Neçin gəlməlidir ortaya yalan!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar.
(Xosrov və Şirin)
Ölkədə tərk olsa sənət, sənətkar,
Heyhat, bundan böyük fəlakətmi var?
Sənətkar əl çəkmiş öz sənətindən,
Başqa bir sənətə yapışmış cəbrən.
(Şərəfnamə)
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
(Xosrov və Şirin)
Oğul, sözlərimə yaxşı qulaq as!
Ata nəsihəti faydasız olmaz. (Leyli və Məcnun)
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.