Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…
Nazim Hikmət kimdir? Onun haqqında nə bilirik?
20-ci əsrin əvvələrində Selanik`də göz açdı dünyaya Nazim. 20 noyabr 1901-ci ildə doğulsa da, ailəsi doğum tarixini 15 yanvar 1902-ci il kimi qeydiyyatdan keçirmişdir. İlk şeiri “Feryad-ı Vatan”-ı 12 yaşında yazan Nazim, Kurtuluş Savaşında da iştirak etmişdir. Bolu şəhərindəki müəllimlik illərindən sonra 1921-ci ildə Moskvaya etdiyi səfər ilə birlikdə kommunizm ilə tanış olmuşdur.
Moskvada ali təhsil aldıqdan sonra Türkiyəyə dönmüş və burada yazdığı şeirlərdən dolayı çoxlu təqiblərə məruz qalmışdır. Hətta həbs olunmaq təhlükəsi, mavi gözlü şairi yenidən vətənindən uzaq düşməyə sövq etmişdir. Nazim Hikmət Türkiyədə sərbəst vəzni ilk tətbiq edən şəxs və müasir türk şeirinin öndərlərindən hesab olunur. İllərlə məhbus həyatı yaşayan Nazim Hikmət, 1963-cü ilin 3 iyununda Moskva şəhərində vəfat etmişdir.
Yəqin ki Cem Karacanın “Ceviz Ağacı” mahnısını eşitmisiniz. Bu şeirin gerçək bir hekayə olduğunu bilməyənlər üçün isə hekayəni danışmaq istəyirəm. Deməli bir gün Nazim Hikmət sevgilisi ilə Gülhane parkında görüş təyin edir. O dövrdə Nazim Hikmət haqqında həbs olunma qərarı var idi. Qaçaq şəkildə yaşayan Nazim, parka polislərin gəldiyini görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də şairin sevgilisi keçir. Nazim Hikmət isə onları üzgün bir şəkildə izləyir və aşağıdakı şeiri yazır:
Ceviz Ağacı
Başım köpük köpük bulut, içim dışım deniz,
ben bir ceviz ağacıyım Gülhane Parkı’nda,
budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkı’nda.
Yapraklarım suda balık gibi kıvıl kıvıl.
Yapraklarım ipek mendil gibi tiril tiril,
koparıver, gözlerinin, gülüm, yaşını sil.
Yapraklarım ellerimdir, tam yüz bin elim var.
Yüz bin elle dokunurum sana, İstanbul’a.
Yapraklarım gözlerimdir, şaşarak bakarım.
Yüz bin gözle seyrederim seni, İstanbul’u.
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane Parkı’nda.
Ne sen bunun farkındasın, ne polis farkında.
Bir də mavi gözlü şairin yazdığı “Mavi Liman” şeiri var. Azərbaycan əsilli atanın və erməni əsilli ananın övladı olan Cem Karaca isə bu şeirə bəstələnən “Çok yorgunum” mahnısı oxuyaraq onu yaddaşlara həkk etmişdir. Şeir isə aşağıdakı kimidir:
Mavi Liman
Çok yorgunum, beni bekleme kaptan
Seyir defterini başkası yazsın.
Çınarlı, kubbeli, mavi bir liman.
Beni o limana çıkaramazsın…
Nazim Hikmət məmləkət şairidir və yazdığı şeirlərində vətən həsrəti ilə alışıb yandığını hiss etmək mümkündür. Öz doğma vətənində illərlə təqiblərə məruz qalmış, onlarla məhkəmədə hakim önünə çıxmış və ona “vətən xaini” damğası vurulmuşdur. Halbuki şeirlərində onun bu cür insan olmadığını, vətənini necə sevdiyini açıq şəkildə görmək mümkündür. Şairin ikiləmələri (şerham-şerham, tiril-tiril) də məşhurdur. Türk dilindən və sərbəst vəznin verdiyi imkanlardan çox ustalıqla istifadə etmişdir. Nazim Hikmət yaradıcılığında sevgi mövzusunun ayrı bir yeri vardır. Bir çox qadına (Vera, Pirayə və s.) yazdığı şeirlər də kifayət qədər populyarlıq qazanmışdır. Moskvaya getdikdən sonra türk vətəndaşlığından çıxarılan şair, Türkiyədəki ömrünü böyük bir hissəsini həbsdə keçirmişdir. 20-ci əsrin ən məşhur şairlərindən biri hesab olunan Nazim Hikmətin heca vəznində yazdığı şeirləri də mövcuddur. Lakin o özünü heç bir zaman heca vəznində yazan şairlər arasında görə bilməmişdir.
Geceleyin Bakü
Geceleyin yıldızsız ağır denize kadar
geceleyin zifiri karanlıkta
güneşli buğday tarlasıdır Baku şehri.
Tepedeyim
avuç avuç çarpar yüzüme ışık taneleri
havada rast peşrevi Boğaziçi suları gibi akar.
Tepedeyim
uzaklaşır uçsuz bucaksız ayrılıkta
bir sal gibi yüreğim
gider anıların ötesine
yıldızsız ağır denize kadar
zifiri karanlıkta.
Nazım Hikmət. Bakı
1957-ci ilin qışında Nazim Hikmətin Bakı səfəri çox məşhur hadisədir. Həmin ilin fevralında şairin azərbaycanlı tələbələr ilə görüşü böyük sevinclə qarşılanmışdı. Məşhur yazıçı Mirzə İbrahimov və şair Süleyman Rüstəmin də iştirakı etdiyi görüşdə Nazim Hikmətin ürək sözləri alqışlarla qarşılanmışdır.
Şairin tələbələr önündəki çıxışında dediyi bu cümlələr kiyafət qədər təsiredicidir: “Bizim sosialist İstanbul universitetində şeir oxuyacaq azərbaycanlı şairdən bir xahişim var. O oraya getdiyi zaman mənim İstanbullu gənclərə desin ki, “Bizə də sizin Nazim gəldi. Biz onu qardaş kimi bağrımıza basdıq və biz ona çox şey öyrətdik. Nə öyrəndisə bu dünyada, çoxunu bizdən öyrəndi.” Bunu deməyi unutmasın və məndən salam söyləsin. Çünki bəlkə mən vətənimə qovuşa bilmərəm, amma o vətənimi görər.
O zaman universitet rektoru Yusif Məmmədəliyev çıxışı zamanı Nazim Hikməti salamlayaraq, onun Azərbaycana gəlişini “böyük və önəmli hadisə” olaraq dəyərləndirmişdir. Dil-ədəbiyyat fakültəsinin dekanı Əli Sultanlı isə şairi “Türk şeirinin Prometeyi” adlandırmışdır. Bu sözlərdən sonra hər kəs ayağa qalxaraq Nazim Hikməti ayaqda alqışlamışdır. Bolqarıstandan gəlib Bakıda təhsil alan iki türk tələbənin “Davet” və “Yürüyen adam” şeirlərini deməsi salonu daha da coşdurmuş, Nazim isə öz ana dilində oxunan şeirlərin təsirindən göz yaşlarını tuta bilməyib tələbələri bağrına basmışdır.
Nazim Hikmət haqqında çox söz demək olar, amma onu təsvir etməkdənsə şeirlərini oxumaq daha məqsədəuyğundur. Çünki o yaşadıqlarını, vermək istədiyi mesajları və bütün hiss-həyəcanını öz şeirlərində ustalıqla əks etdirmişdir. Həmin o şeirlərdən biri ilə yazımı bitirmək istəyirəm:
Yaşamaya dair
Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela,
yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,
yani bütün işin gücün yaşamak olacak.
Yaşamayı ciddiye alacaksın,
yani o derecede, öylesine ki,
mesela, kolların bağlı arkadan, sırtın duvarda,
yahut kocaman gözlüklerin,
beyaz gömleğinle bir laboratuvarda
insanlar için ölebileceksin,
hem de yüzünü bile görmediğin insanlar için,
hem de hiç kimse seni buna zorlamamışken,
hem de en güzel en gerçek şeyin
yaşamak olduğunu bildiğin halde.
Yani, öylesine ciddiye alacaksın ki yaşamayı,
yetmişinde bile, mesela, zeytin dikeceksin,
hem de öyle çocuklara falan kalır diye değil,
ölmekten korktuğun halde ölüme inanmadığın için,
yaşamak yanı ağır bastığından.