Orxan Pamuk - Dostoyevski

Orxan Pamuk - Dostoyevski

“Times Literary Supplement”in “minilliyin ən yaxşı kitabı hansıdır” sorğusunaOrhan Pamuk

Mənim düşündüyümə görə, bu minilliyin kitabı dahi rus yazıçısı Mixail Fyodoroviç Dostoyevskinin “Karamazov qardaşları” əsəridir. Bu dünyada yaşamağın, digər insanlarla birlikdə olmağın və başqa dünyanı arzulamağın bütün problemlərini haradasa ensiklopedik ölçüyə çatan bir genişlik və ürəkdən gələn sarsıdıcı sıxlıqla dramlaşdıra bilən belə bir başqa kitab tanıya bilmirəm.

Kilsə və dövlət, ideologiyalar və gözəllik, sərbəstlik və cavabdehlik kimi hər zamanın problemləri ilə əyalətdəki balaca bir rus ailəsinin pul, eşq, ata qorxusu, qardaş qısqanclığı, etibar kimi daxili problemlərin arasında bu roman eləsinə bir ahəng və güclə gedib-gəlir ki, insan oxumağın verə biləcəyi ən böyük hədiyyəni alır. Bu da öz həyat təcrübəmizin insanoğlunun təcrübəsinin bir parçası olduğunu dərindən hiss etməkdən ibarətdir.

Bu roman başqa romanlarda çox az görə biləcəyimiz qədər qəribə, xarici dünyanın qanunlarını, bir müddət sonra bütün dünyanın qanunları olaraq qəbul etdirərək bizi bütünlüyü ilə içinə çəkir. “Karamazov qardaşları”nın dünyasına yaxşıca girərkən bu dünyadakı yerimizi, həyatın mənasını, eşq, qardaşlıq, Allahın varlığını bir fikir olaraq deyil, həyəcan və sarsıdıcı duyğu olaraq yaşayırıq.

Romanın özünəməxsusluğu yenidən-yeniyə yazılmış qüsursuz bir kitab olmaması, uzatmalar, mövzudan kənara çıxmalar və təkrarlarla dolu olması bu həyəcanlı duyğuya möcüzəvi bir xüsusiyyət də verir. Beləcə, eynən roman qəhrəmanları kimi, öncə başqalarının günahına, ata öldürmək istəyinə, yalanına və qorxusuna şahid olurmuş kimi oxuduğumuz bu kitabı möcüzəvi xüsusiyyətlərindən ötrü bir vaxt sonra, öz istəklərimizi, günahkarlıq duyğumuzu, hirslərimizi və həqiqət axtarışımızı, öz atamızı öldürmək istəyimizi və qardaş qısqanclığımızı qorxuyla oxuyuruq.

Onu da deyim ki, romanla tanış olduqdan sonra bölünmüş quruluşu və oxuduqca ortaya çıxan maraqlı guşələriylə “Karamazov qardaşları” oxucuya bu hissləri hər oxuda yenidən verə bildiyi üçün də bu qədər qalıcı, istisnalı və möcüzəvi bir kitabdır.

Tərcümə etdi: Seyid Ramin
Top