Ağır-ağır ölər vərdişinin köləsi olanlar, hər gün eyni yoldan gedənlər, gəzməyinin formasını heç dəyişdirməyənlər, geyimlərinin rəngini dəyişdirməyə cürət etməyənlər, tanımadıqlarıyla danışmayanlar.
Ağır-ağır ölər ehtirasdan və duyğulanımdan qaçanlar, ağın üzərində qaranı seçənlər, gözləri işıldadan, əsnəməyi təbəssümə çevirən və yanlışlıqla emosiyaların qarşısında ovundurulmuş ürəyi dup-dup atdıran bir dəstə duyğunun yerinə “i” hərflərinin üzərinə nöqtə qoymağı üstün tutanlar.
Ağır-ağır ölər işlərində və sevgilərində uğursuz olub, vəziyyəti tərsinə çevirməyənlər, bir xülyanı reallaşdırmaq üçün qətilik yerinə tərəddüd göstərməyənlər, həyatlarında bir dəfə də olsun məntiqli bir öyüdə qulaq asmayanlar.
Ağır-ağır ölər səfərə çıxmayanlar, oxumayanlar, musiqi dinləməyənlər, ürəyində incəlikdən əsər olmayanlar.
Ağır-ağır ölər hörmətlərini yavaş-yavaş yox edənlər, yardıma ehtiyac duymayanlar, şanssız olduqlarından və aramsız yağan yağışdan bütün həyatları boyu şikayətlənənlər, bir işə başlamadan vaz keçənlər, bilmədikləri şeylər haqqında heç nə soruşmayanlar, bildikləri şeylər haqqındakı suallara cavab verməyənlər.
Sınayaq və qaçaq kiçik dozadakı ölümlərdən, həmişə xatırlayaq: yaşamaq nəfəs alıb verməkdən daha böyük bir səy tələb edir.
Yalnız coşqulu bir səbir çatdırar bizi möhtəşəm bir xoşbəxtliyin qapısına.
Vüqar Qurdqanlı