italyan yazıçısı Susanna Tamaronun 1994-cü ildə qələmə aldığı "Ürəyinin çağırdığı yerə get” əsəri uzun müddət İtaliyanın kitab satışında birinciliyi qoruyub saxlamışdır. Əsər nənənin nəvəsinə məktubları şəklində tərtib olunmuşdur. ABŞ-a oxumağa üz tutan nəvəsinə özünün və qızının hərəkətlərini başa salmağa çalışan nənə, hər gün məktublar yazıb saxlamaq qərarına gəlir ki, ölümündən sonra bütün sirrlər həqiqətə qovuşsun.
Əsərdən seçilmiş hissələr
Onu nə zaman əkdiyimizi xatırlayırsanmı? On yaşındaydın və artıq «Kiçik şahzadə»ni oxumuşdun. O kitabı sənə sinifdən-sinifə keçməyin münasibətiylə hədiyyə olaraq almışdım. Hekayəyə heyran olmuşdun.
***
Başqaları kimi bir qız olduğunu düşünərək səni həvəsləndirmək üçün gözəl it cinsləri göstər və deyirdi: «Bu Cockerə bax, ya da bu Lassiye necədir?» Sənsə donuz kimi səs çıxarır və onu dinləmədən gedirdin.Qadının təəccübdən üzünün ifadəsinin necə dəyişdiyini xatırlayırsanmı? Heç cür təsəvvür edə bilmirdi ki, belə eybəcər bir itə sahib olmaq istəyirsən. Həqiqətən də Busk balaca idı, amma balaca olmasına baxmayaraq dünyanın bütün cinslərinin xüsusiyyətlərini daşıyırdı. Qurd kimi başı, ov iti kimi sallaq və yumşaq qulaqları, nazik ayaqları, tülkü kimi quyruğu, doberman kimi qara tükləri vardı.
Yetimmi? İnsanın nənəsi ölərsə belə demək olarmı? Əmin deyiləm. Bəlkə də nənələr, babalar, itmişləri adlandırmağa dəyməyəcək aksesuarlar olaraq görünürlər.İnsan baba və nənəsindən, nə yetim, nə də dul qalır. Onları ucsuz-bucaqsız yolların birində təbiətin qanunu olaraq sanki bir çətiri unudan kimi buraxırıq.
***
Xeyli yaşadığım və daha çox insan itirdiyin üçün artıq bilirəm ki, əslində ölülər yalnız yoxluqları ilə deyil, – onlarla bizim aramızda söylənilməyən sözlər üzündən insana əzab verirlər.
***
Yara nə qədər böyük və dərindirsə, ətrafında yaranan zireh da o qədər güclü olur.Amma sonra, uzun zaman geyilən bir geyim kimi ən çox istifadə olunan yerlərindən köhnəlir, tikişləri sökülür və ani bir hərəkətdən yırtılır. Əvvəl heç bir şey hiss etməzsən, zirehinin hələ də səni möhkəm sardığını zənn edərsən, amma bir gün birdən-birə səfeh bir şey qarşısında uşaq kimi səbəbini də bilmədən ağlamağa başlayarsan.
***
İkimiz də eyni ağacda yaşadıq, amma elə fərqli mövsümlərdə ki!
***
Axmayan göz yaşları qəlbdə yığılar, zaman keçdikcə qabıq tutar və əhəngin paltaryuyan maşına tıxanması kimi qəlbi tıxayıb iflic edər.
***
Yaşlıların düşüncələrində gələcək yoxdur, varsa da daha kədərli, ya da hüzünlüdür.
***
Çox şeyin onların ürkək gözlərində əks olunmasını xoşlamadıqlarına görə çoxları onlara nifrət edir.
***
Deyirlər ki, ataların günahını övladları çəkər. Doğrudur, çox doğru, babalarınkını nəvələri, əcdadlarımızınkını nəticələri çəkər.
***
Bəzi həqiqətlər özlərində bir qurtuluş duyğusu daşıyır, bəziləri də qorxu duyğusu oyandırır.
***
Bir zamanlar oxuduğum bir hind kitabına görə bütün güc qədərin əlindədir, iradənin gücü isə yalnız bəhanədir.
***
Evə keçərkən heç bir şey olmamış tərzdə davrandım, çünki səni yaxşı olmağa sürükləyən o xasiyyətinə nifrət etdiyini bilirəm.
***
Öz mədəniyyətinin köklərini itirənlər indinin qərarsızlığını və boz rəngini öncəki həyatlarıyla açıqlamağa çalışırlar.
***
Anam həyatdan doymadan və kinlə öldü, bir dəfə olsa belə özünün də bəzi qüsurları ola biləcəyini ağlına gətirmədi. Ona daha yaxşı seçəməklər təqdim etməyən dünya ona qarşı mərhəmətsiz davranmışdı.
***
İnsanın özündən küsməsi özünə inamsızlığa gətirib çıxarır.
***
Uşaq tərbiyəsini korlayan ikiüzlülükdür.
***
Ölüm də sevgi kimi elə bir mövzudur ki, onu söyləməyə ehtiyac yoxdur.
***
Bədbəxtlik, xüsusi olaraq qadın cinsini izləyər. Bəzi irsi anormallıqlar kimi anadan qız övlada keçər. Keçərkən də zəifləmək əvəzinə daha intensiv, daha davamlı vədərin olur.
***
Mən feministəmmi? Xeyir, yalnız geridə qalanlara daha parlaq bir işıq altında baxmaq istəyirəm.
***
Yuxarı dırmaşmaqdansa, yarı yolda partlayan qığılcımlar.
***
İnsan o ailənin övladı olurdu ki, yalnız o ana və ata bəzi şeyləri öyrənməyimizi, bir addım, kiçik bir addım daha irəliləyəcəyimizin nizamını saxlayarmış.
***
Yaşadıqca, bir sevinc yelini gömürən kədərə məğlub oldum, özümü yerində durarkən addımlarını ağır-ağır yerə vuran əskərlər kimi hiss etdim.
***
Həyat bizi ona olan ehtiyacları ilə iləliyə çəkirdi.
***
Başına gələn hər hadisənin bir mənası vardır. Dünyanın bu nizamına inanmaqda tərəddüt etməyən insanları seçimlərinə görə həmişə qısqanmışam. Mənə görə ən gözəl niyyətlərimə baxmayaraq, bunu bacarmırdım: qorxu və ədalətsizlik qarşısında hər zaman geri düşdüm. Həmişə daxilimdə insanların üzündə minnətdarlıq duyğusu görmədiyim üçün üsyan oyandı.
***
Dil dişin ağrayan yerinə dəyər.
***
Bu cür şeylərdə məcburetmə olmaz, yoxsa səyyar satıcılara bənzəyərik; mallarının reklamını nə qədər çox etsələr də, hamı bu işdə bir hiylə olduğu düşünür.
***
Xoşbəxtliyin həmişə bir obyekti vardır, nəyə görəsə xoşbəxt olursan, xoşbəxtliyin var olması xarici səbəblərlə bağlıdır. Halbuki, nəşənin obyekti yoxdur. Bəlli olmayan bir səbəbdən səni sarıyar, varlığı günəş kimidir; səni öz hərarətiylə yandırar.
***
Bizim münasibətimizi düşünən zaman ağlıma bir mənzərə ağac və onun gövdəsinə sarılmış bir sarmaşıq gəlir. Ağac daha yaşlı, daha yüksəkdir, uzun zaman eyni yerdə durur, kökləri daha dərindədir. Sarmaşıq isə onun ayaqlarında, yalnız bir mövsümdə açır, onun köklərinə kök yox, ancaq sap deyə bilərik. Sonra balaca qollar çıxarır və ağacın gövdəsindən tutub dırmaşmağa başlayır. Bir-iki il keçdikdən sonra isə ağacın başına çıxır. Ev sahibi yarpaqlarını tökəndə o hələ də yaşıl qalır. Yayılmağa, sıxlaşmağa başlayıb ağacı bütünlüklə sarıyır, artıq günəş və su yalnız sarmaşığa çatır. Bu dəmdə ağac saralıb solur və məhv olur, yerindəsə yalnız sarmaşıq üçün dayaq olmağa yarayan quru gövdəsi qalır.
***
Məğlubiyyət duyğusu onu qəbul edə bilməyəcəyim qədər güclü idi.
***
Nədən ən sadə həqiqətlər anlanılması ən çətin olanlardır?!
***
Kral Süleymanın üzüyünü, dünyadakı bütün heyvanlarla danışmağa qadir olan o dilmancı istəyərdim.
***
Həyat cömərdlik tələb edir.
***
Anlayışın sükuta ehtiyacı vardır.
***
Mənim dövrümdə zəka evlilik üçün son dərəcə əhəmiyyətsiz bir cehiz sayılırdı; dövrün ənənələrinə görə bir xanım evdar qadın olmalıydı, sual verən, maraqlanan qadının bir həyat yoldaşı olmasını hər adam istəmirdi. Buna görə gənclik dövründə çox tənha idim.
***
Əlbəttə, susub olduğum kimi görünə bilərdim, amma təəssüf ki, – ya da yaxşı ki- aldığım təhsilə baxmayaraq bir hissəm hələ də canlı qalmışdı və o hissəm saxta bir görünüşü rədd edirdi.
***
Düşünürəm ki, ətrafımdakı kişilərin gözünü qorxudan bərabərliyə əsaslanan bir münasibət axtarmağım idi.
***
Əlbəttə çox zəkalıydım, çox oxuyurdum, atam qürurla deyirdi: «Olqa evlənməyəcək, çünki ağlı həddən artıqdı».
***
Qəribədir, ümumiyyətlə sonradan həyatımızın ən əhəmiyyətli varlığına çevrilən insanlardan ilk anda xoşumuz gəlmir.
***
Rahat yaşamaq insanın ən güclü arzularından biridir, o zaman da beləydi, indi də belədir.
***
O zaman eyni yaşda olmağımıza baxmayaraq söhbətimiz tutmurdu. Bir tək ortaq nöqtə o idi ki, eyni dildə danışırdıq.
***
Acından ölməkdənsə, heç nədən ölmək daha asandır, əzaba üsyan edə bilirsən, heçliyə yox.
***
Biz xəyanət etmişdik və bütün xainlər kimi nə yerdə, nə göydə bizə yer vardı.
***
Hər zaman yaranan ən qorxulu səhv nədir, bilirsənmi? Həyatın dəyişməz olduğunu sanmaq, qatarın rels dəyişdirmədən sonsuza qədər gedəcəyini düşünməkdir. Hallbuki, tale yazısı bizim düşündüyümüzdən daha rənglidir. Artıq çıxış yolunun qalmadığını sandığın bir vəziyyətdə, ümidsizliyin zirvəyə çatanda ruzigar sürətiylə hər şey dəyişir, yerlə- yeksan olur və bir anda özünü yeni bir aləmdə görürsən.
***
Müasir insanın bütün vərdişləri arasında gündəlik qəzetləri oxuması ən pis vərdiş sayıla bilər. Səhər ruhun təmz olduğu anda qəzetlər əvvəlki günlər dünyada baş vermiş bütün pislikləri insana ötürür. Amma vaxtında ondan xilas olmaq üçün qəzet oxumamaq lazımdı. Bu günsə artıq bu mümkün deyil; radio və televizor var, bunları açmağın bütün pisliklərin daxilinə dolmasına bəsdir.
***
Yer üzü bir vampirə bənzəyir, qanın dadını bir dəfə aldımı yenidən istəyir, yenisini və daha çox arzulayır.
***
Yaşanmayan bir şeyin xəyalı qurulmaz!
***
Yenilik ilk addımda qorxudur, irəliləmək üçün bu qorxu duyğusunu aşmaq gərəkdir.
***
O gecə qəfldən bir şeyi sezmişdim, bədənimizlə ruhumuz arasında çox kiçik pəncərə vardı, açıq olduqları zaman burdan duyğular keçirdi, bağlı olduqda heç nə keçə bilmirdi. yalnız sevgi hamısını birdənbirə şiddətli bir fırtına kimi aça bilirdi.
***
-Daha əvvəl həyatımızın hansı dövründə qarşılaşmışdıq.
-Lap çoxunda
***
Ürəyin azad qaldığı müddətdə heç kəsin diqqətini çəkməzsən; sonra bir insana bağlananda sən artıq başqalaryıla maraqlanmaz olarkən hamı arxanca düşər, səni tərifləyər.
***
Münasibətlərdəki asanlıq sevgini ucuzlaşdırır, xəfiflədir.
***
Bir insanı sevəndə-onu bütün bədən və ruhunla sevəndə ondan bir uşaq istəmək ən təbii şeydir.
***
Amma ürəkdən inanıram ki, ürəklərdə heç bir dəyişiklik yoxdur, yalnız indi az saxtakarlıq var, bu qədər. Düşünürəm ki, yaşlıları təbiətləri qədər müdrik olmadıqları kimi, gənclər də təbiətləri qədər xudbin deyillər. Anlamaq və anlamamaq yaşla deyil, hər kəsin haqq etdiyi yola əlaqəlidir.
***
İnsan öz daxili dünyasına baxmaq istəmədiyi zamanda daha asanlıqla bəhanələr tapır. Hər kəs günah işlədə bilər. Günahın ya da məsuliyyətin yalnız bizə aid olduğunu qəbul etmək çox cəsarət tələb edir. Yenə də sənə söylədiyim kimi irəliləlmək üçün tək yol budur. Əgər həyat bir yoldursa, həmişə yoxuş yuxarı gedən bir yoldur.
***
Yalnız əzab insanı təkamilləşdirir, -deyirdi,- amma əzabla sinə-sinəyə gəlməliyik, qaçmağa çalışan, ya da ağlayıb sızlayanlar itirməyə məhkumdurlar.
***
Mükəmməl olduğunu söyləyən hər kəsə etibar etməyin, böyük həqiqətlərin onların cibində hazır olduğunu söyləyənlərə inanmayın, yalnız ürəyinizin səsinə qulaq asın.
***
Buna səy göstərilməz, inam özü gəlir. Sizin inamınız var, amma qürurunuz bunu qəbul etməyinizə əngəl olur, çox sual verirsiniz, sadə olanı mürəkkəbləşdirirsiniz. Həqiqətdə dəhşətli dərəcədə qorxursunuz. Özününüzü rahat buraxın, ortaya çıxacaq nə varsa çıxacaqdır.
***
Çinarın altında oturanda özünüz deyil, çinar olun, meşədə meşə, düzdə düz, insanların arasında insanlarla olun.
***
Uşaqkən dama çıxmağı çox sevirsən, amma yaşlananda çox da xoşuna gəlmir. Bir zaman sirrli və macəra dolu kəşflər indi acı xatirələrə çevrilir.
***
Çinlilər bir-birinə deyərmiş ki, maraqlı illər görəsən. Səncə bu yaxşı bir arzudur? Düşünmürəm, bu arzudan çox bir lənəti xatırladır. Maraqlı illər ən qalmaqallı hadisələrə şahid illərdir.
***
Bu anda göydən bir pəri ensə və mənə üç diləyimi soruşsa nə istədiyimi bilirsənmi? Məni bir siçana, hamsterə, ya da ev hörümçəyinə, yəni görünmədən sənin yanında qala biləcək bir şeyə döndərməsini istəyərdim. Sənin necə bir gələcəyin olacaq, bilmirəm, xəyal da edə bilmirəm, səni çox sevdiyim üçün də bunu bilməmək mənə əzab verir.
***
Harda olsam da səni görmə imkanı olarsa, mənasız keçirilmiş bir həyat görəndə necə üzülürdümsə elə üzüləcəm, eşq qaçışını tamamlamamış bir həyat məni kədərləndirir. Özünə diqqət et. Böyüyəndə səhvlərin yerinə doğruları qoymaq istəyəndə xatırla:İlk çevrilişi insan öz içində etməlidir, bəli ilk və ən əhəmiyyətli çevriliş budur.
***
İnsan özü haqqında bir düşüncəyə sahib deyildisə, bir məqsəd uğrunda vuruşmaq atılacaq ən təhlükəli addımdır.
***
Qarşında xeyli yol açıldıqda hansını seçəcəyini bilmədiyin zaman, hər hansı birinə o an qədəm qoyma, otur və gözlə. Dünyaya gəldiyin gün necə inamla və dərindən nəfəs aldınsa eləcə nəfəs al, heç bir şeyin sənin diqqətini dağıtmasına yol vermə, gözlə və yenə gözlə. Dur, səssizcə dur və ürəyini dinlə. Səninlə danışdığı zaman qalx və ÜRƏYİNİN APARDIĞI YERƏ GET.