Bir qrup elm adamı ədəbiyyatın müsbət keyfiyyət aşılayan xüsusiyyətlərini üzə çıxarmaq məqsədilə bir sıra romanların insan beynini inkişaf etdirdiyini müəyyən edib.
Alimlər apardıqları təcrübənin nəticəsində bu qərar gəliblər ki, bəzi romanlar sosial əlaqələri gücləndirərək insan xarakterini dəyişdirir, ünsiyyət qurmağı asanlaşdırır.
Toronto Universitetinin müəllimləri psixiatr Keyt Otley və İnqrid Vikelqren tərəfindən “Scientific American”da (“Elmi Amerika”) yazılan məqaləyə görə, roman qəhrəmanları ilə doğmalaşmaq həm xəyal dünyasını genişləndirir, inkişaf etdirir, həm də sosial əlaqələri gücləndirir.
Keyfiyyətli romanlar bu təsirləri ilə insan beynini itiləşdirir və insani münasibətlərə aid maraqlı məlumatlar verir. İki elm adamı insan beynini ən çox inkişaf etdirən 10 kitabı da müəyyənləşdiriblər
Siyahıda Lev Tolstoyun “Anna Karenina”sı və ya Virciniya Vulfun “Xanım Dellouy”u ilə yanaşı pakistanlı yazıçı Möhsin Həmidin 2007-ci ildə yazdığı “Könülsüz fundamentalist” romanı da yer alır.
1. İohann Volfqanq Göte “Gənc Verterin iztirabları” (1787)
2. Ceyn Ostin “Eşq və qürur” (1813)
3. Nataniel Qotorn “The Scarlet Letter”, “Qırmızı ləkə” (1850)
4. Qustav Flober “Xanım Bovari” (1856)
5. Corc Eliot “Midlmarç” (1870)
6. Lev Tolstoy “Anna Karenina” (1877)
7. Virciniya Vulf “Xanım Dellouy” (1925)
8. Toni Morrison “Sevgili” (1987)
9. Con Maksvell Kutzee “Şərəfsizlik” (1999)
10. Möhsin Həmid “Könülsüz fundamentalist” (2007)