...İlahi, bu nə ağrıdı?! Elə bil başımın içində mina partdıyıb. Taqətim də yoxdu bir hərəkət eləməkçün, hər yerim də ağrıyır. Elə bil üstümə tonlarca yük yükləyiblər. Bəlkə də bu dəyqə yerimdən tərpənmək mənə indiyə qədər tapşırılmış bütün işlərdən daha çətindi. Aman Allah, bu nə ağırlıqdı çöküb üstümə?! Nə oldu mənə?! Sadəcə yuxuya getdiyimi xatırlayıram. Ama bugün işdə bu qədər yorulacaq, taqətdən düşəcək bir iş də görməmişəm axı… Hal hazırda uzandığım yer də yatağıma bənzəmir. Qoxu da otağımın qoxusu deyil. Otağımın divarlarından da siqaret iyi gəlir ama burda belə bir iy hiss olunmur. Yox, səhər açılmayıb hələ ki… Yoxsa, Alim zəng eliyərdi. Hər gün səhər o oyadır onsuz məni işə gecikməməyimçün. Zəngin səsinə ayılmayan, ayılsam da söyə-söyə söndürüb təzdən yatan zibil olduğumu bilir, ona görə… Demək ki, hələ gecədir. Şübhələrim daha da artır. Bədənimi soyuq tər basdı. Ürək döyüntülərim də artır. Həyəcanlanıram deyəsən. Fikrimdə daha da qətiləşirəm. Bura heç mənim otağıma bənzəmir. Gecə saatdan asılı olmayaraq aşağıdakıların səsi gəlməli idi axı. Vaxtını gecə klubunda keçirənlərin, birbiriylə söyüşən fahişələrin səsi gəlməli idi axı… Ah, titrəməyə başlayıram artıq. Bir gün o fahişələrin səsini eşitməyimi bu qədər çox istəyəcəyim heç ağlıma da gəlməzdi. Hardayam mən?! Gözlərimi açmalıyam....
...Və gördüyüm səhnədən dəhşətə gəldim. Donmuş bədənimdə indiyəcən heç vaxt hiss eləmədiyim bir gizilti gəzdi. Hər hüceyrəmdən tər axmağa başladı. Elə bil bütün damarlarım partdadı. İç qanaxma keçirdim elə bil. Canıma vəlvələ, bədənimə titrətmə hakim kəsildi. Gördüyüm bu səhnədən sonra ürəyim kamerasında yanğın olan məhbus kimi çırpınmağa başladı, qəfəsini qırmaq istəyən aslan kimi qabırğalarımı yumruqlamağa başladı. Yenə dünən gecə yatmazdan əvvəl hiss etdiyim o dözülməz baş ağrısı. Yox, bircə bu yox… Yoooooxxx....
...Bu gecə nə uzun oldu?! Alim niyə zəng eləmir?! Niyə səhər açılmır?! Nə əzab verici gecə oldu bu… Bayaq gördüklərim yuxumu idi? Yəqin… Ama çox inandırıcı idi. Yox… Bu mənim yatağım deyil. İlahi, hər şey yenidənmi başlayır? İki dəfə ard-arda eyni yuxu? Bu dəfə üstümdə o taqətsizlik yoxdu ama… Gözlərimi açmağa qorxuram. Mən axı soyuqqanlı idim, niyə belə həyəcan keçirirəm?! Mən axı cəsarətli idim, niyə belə qorxuram?
… Yox, elə qorxmağa dəyərmiş. Demək ki yuxu deyilmiş. Ama gərək bu dəfə huşumu itirməyim. Ən azı harda olduğumu, niyə burda olduğumu anlamadan… Bu nə qəribə yerdir? Heç vaxt görmədiyim əşyalar, mühit. Heyrətlənməmək mümkün deyil. Bəlkə halüsinasiya görürəm? Hə, hə, elədir ki var. Özüm öz dediyimə inanıram görəsən? Belə də şey olar? Dostlarımın zarafatına da bənzəmir. Ən yaxşısı gözləməkdir. Nə edəcəyini bilmirsənsə, edə biləcəyin bir şey yoxdursa ən yaxşısı nə olacağını səbrlə gözləməkdir. Qapının arxasından səslər gəlir. Deyəsən otaqda kamera var. Oyandığımı görən kimi gəlməyə başlayacaqlar. Qapı açıldı sonunda… Səbəbini bilmədiyim mənasız bir həsrət sona çatdı. Qapının açılması ilə birisi içəri girdi. Və heyrətdən dilim tutuldu. Huşum artıq mənnən asılı deyildi. Istədiyi vaxt gedirdi, istədiyi vaxt gəlirdi.
İşə getməkçün səhərin açılmağını bu qədər çox arzuladığım heç yadıma gəlmir. Buda mı yuxu idi? Aman Allah, bu nədi mən yaşayıram? Yenə də sükut, səslər gəlmir. Cəhənnəm olsun, görək nolur....
O yenə qarşımda idi. İri, qara gözlərilə maraqla və diqqətlə mənə baxırdı. Heç vaxt insan görməyibmiş kimi. Mənsə indiyəcən keçirmədiyim, adını belə bilmədiyim bir hislə gözümü ona dikmişdim.
— Narahat olma, sənə pisliyim dəyməz.
Hara narahat olma? Burda rahat olmaq olar?
— Sən sadəcə bizə lazımsan.
Necə yəni bunlara lazımam? Məndən nə istəyə bilərlər ki?
— Səndən sadəcə məlumat alacağıq. Sənin köməyinə ehtiyacımız var. Bunun üçün burdasan.
Bu cür yerdə, dünyanın ən inkişaf etmiş ölkələrinin saraylarında olmayan əşyalar olduğu balaca otaqda… Bunlara sahib olanlar məndən nə kimi məlumat ala bilərlər ki?
— burda, yəni harda?
— Adını bilmədiyin, təsəvvürünə belə gətirmədiyin, varlığına inanmadığın, nağıllarda adı gələndə güldüyün yerdə.
Harda olduğumu düşünmək belə istəmirəm.
— Məndən nə istəyirsiz?
— Danışmağıvı isiyirəm.
İnsan olsa müstəntiqdi deyəcəm ama...
— Nə haqda? Sən kimsən? Bura haradı?
— Bunları boş ver. Hər şeyi sənə izah edəcəm. hələlik istirahət elə.
Bir neçə gün sonra artıq hər zamankı soyuqqanlılığım, bivecliyim qayıtdı yerinə. Ölmüş maraqsızlığım yenidən dirildi. Özümü artıq yenə də dünyadakı kimi hiss edirdim. Çox-çox uzaqlardan dünyanın çempionlar liqasının topu boyda göründüyü otağımın pəncərəsindən baxanda. Hər zamanki hissiyatsızlıq, pessimist, heç nəylə maraqlanmayan — harda olduğu, nə üçün olduğu, sonunun nə olcağıyla belə maraqlanmayan «mən» gəlib oturmuşdu yenə öz qızıl taxtında. Sarayın qapılarını kilidləmişdi yenə. Dünya necə də balaca görsənir ona uzaqdan baxanda… Həm maddi həm mənəvi baxımdan. Necə də mənasız, maraqsiz görsənir. Oysaki dünya necə də böyük, ucsuz-bucaqsızdır, maraqlıdır içində olan insanlarçun, dünyalılarçün. Halbuki mənim o boyda dünyadan istədiyim tək şey siqaretimdi… O boyda dünyadan… İçimdə olan kiçik geri dönmə istəyimin tək səbəbi siqaretimdi. Amma insanlar… Necə də bağlıdırlar, dörd əllə yapışıblar dünyadan heç ölməyəcəkmiş kimi. Həyatı dünyanı böyük, ucsuz-bucaqsız, əbədi zənn edirlər. Gözləri tutulub. 3 gün yaşayacaqları dünyada 5 gün dava eliyirlər. Böyük ölkələr balacaları, böyük insanlar balaca insanları «döyür», «qul» ideologiyası hökm sürür. Mənəviyyat adına bir pox qalmıyıb. Kapitalizm əsrlərdən bəri gələn müxtəlif mənəvi əsaslara söykənən milli dəyərləri, münasibətləri nəğd pul üzərinə keçirib. Pul üstündə qırır insanlar bir-birilərini yalnız tək bir şeyə — comərdliyə sərhəd qoyulmayan yerdə. Pulun, geyimin, maşının dəyərilə insanların yarışdığı pritondu sadəcə zəkanızla bir-birinizlə yarışın deyilən yer — dünya. İnsanın dəyər verdiyi şeylərlə insana dəyər verilən yerdir dünya. Ona dəyərini sadəcə insanın qazandırdığı şeylərlə. Öz ailəsini saxlamaqçün qürurunu, mənliyini alçaldan valideynlərin, yekəqarın müdirlərinin ciblərini doldurmaları üçün işlədikləri zavodların zəhərli havasıynan nəfəs alıb həyatını sürdürməyə çalışdığı, parazitlər kimi çırpındığı yerdir. Pulu olanın kitab nədi bilmədiyi, kitab oxumaq istəyənin kitab almağa pulu olmadığı yerdir. Öz əməyini, canını, ciyərini satıb quru çörək alanlarla gecələrdən həzz alıb ən bahalı maşınlara, evlərə sahib olan fahişələrin birgə yaşadığı yerdir o yer...
İnsanlar necə də qəribə zamanədə yaşayırlar. Kişilik yox, mənlik yox. Cəsarətli olmağı küçə döyüşləri ilə, səbrli olmağı hər cür zülmə qarşı soxub içinə oturmaqla ölçürlər. Adını vətən qoyduqları qeyri-müəyyən, abstrakt bir anlayışa görə əsgərlik deyilən anlaşılmaz bir qurumda gənclərin həyatını məhv edirlər. Siqaretin bitməyiylə bitən dostluqları göstərirlər onlara. Artıq insanlar həyatlarını təbiətin qanunlarına görə deyil, öz qanunlarına gör yaşayırlar. Ağıllarına da gəlmir təbiətin bir gün onlardan amansız intiqam alacağı.
Nədi vətən? Təbiət yaradıb bu anlayışı? Yox. Vətən insan hərisliyinin ən yuksək nöqtəsidir. Yox, mən səhv edirəm. Vətən yox, dövlət. Dövlətlər. Vətən deyə bir şey ümumiyyətlə yoxdur. Çünki burdakı torpaqla Kanadadakı torpağın, burdakı dağla, meşəylə, ordakıların mənəvi baxımdan heç bir fərqi yoxdur. Dövlət eqoizmin son həddidir. İlk öncə şəxsi qullara sahib oldular, sonra qəbilələrə, tayfalara, kəndlərə sahib oldular, sonra şəhərlər yarandı, sonra qalalar tikildi, güclülər bir neçə qalanı ələ keçirdi, texnika inkişaf elədi, qalalar sərhədlərlə, krallar prezidentlərlə, vəzir-vəkillər nazirlərlə, həbsxana rəisi prokurorla əvəz olundu. Aclar, sürünənlər isə sadəcə yeni nəsillərlə əvəz olundu.
Gündəlik əyləncələr, keçici həvəslərlə yaşayırlar. Bu dəqiqəni ən şən şəkildə necə keçirə bilərəm? ama heç kim bu dəqiqəni necə ən xeyirli şəkildə keçirə bilərəm deyə düşünmür.
«Oğlumuzun evlənmə yaşı çatıb, arvad, axtaraq ona bir qız tapaq»a qarşı mübarizə apardığımız dövrdə utanmaz-utanmaz, sırtıq-sırtıq televiziyaya çıxıb «ay camaat, mən özümə arvad axtarıram» "özümə ər axtarıram" deyə hayqırırlar. Hələ fəxr də eliyirlər bütün dünya azərbaycanlılarının bunlara baxmaqları ilə çox böyük pox yeyirlərmiş kimi… Yüz cür don geydirib özlərini təmizə çıxarmağa çalışırlar.
Anlıq heyvani zövq parıltısı üçün insanlıqlarından keçirlər.
Bəs harda qaldı insanlıq? Hardadı mənəviyyat? Hardadı cəsarət, səbr, inam? Hanı Tanrının qoyduğu qanunlar? Hanı?...
Aha, zəng çalındı. İndi gələcəklər… Budur qapı açıldı, iri, qara gözlü otağa daxil oldu. Yanında qoca bir kişi də var. Saçları tökülsə də, üzü qırış-qırış olsa da hələ də gözlərində həyat eşqi, insanlarda görmədiyim saflığı gördüm.
— Gəl oğlum, artıq getmək vaxtıdır.
Son bir dəfə pəncərədən dünyaya baxıb soyuqqanlılıqla qocanın yanına getdim. Ümid edirəm bu haqda düşünməyə yenə vaxtım olar… kim bilir...?!
Dar, uzun, işıqlı koridordla necə olacağını bilmədiyim bir sona doğru irəliləyirdik. Yanımdakı əndrəbadi məxluq da bir addım arxamda səssizcə məni izləyirdi. Mənə zərər verəcək bir tipləri yoxmuş kimi görünürdü. Ən azı insanlar qədər nifrət qırışları, kin qusan gözləri yox idi. Insanı həyatdan küsdürən o özünü bəyənmişliklə qarışmış «mən güclüyəm» aurası yox deyiləcək qədər az idi bəlkə də. Hətda his, pas tutmuş, dilləri çıxarılmış köhnə piano kimi görünən, üzəri ləkə və çürüklər ilə dolu, çürük yumurta iyi verən o mədəbulandrıcı gülüşləri yox idi, insanı edama aparan insanlarda olan...
Yanından keçdiyimiz qapıların sayı onu keçmişdi. Indiycən gördüyüm qapılardan fərqli olaraq təhqir, qeybət, spirt qoxan, saçları tökülüb beli bükülmüş qocanı xatırladan o qapılardan fərqli idilər. Bir anlıq kaş bunlar məni yerdən qaçırmış olmasınlar da, insanlar məni burdan, yəni öz evimdən qaçırmış olsunlar nə vaxtsa və indi məni geri qaytarıb həyatımın qalanını burda keçirmiş olaydım xəyalı xoş bir səhər mehi kimi ötdü beynimdən. Amma ən azı əlimə, ayağıma, bədənimə baxanda və dünən güzgüdə gördüyüm sahiblərimiz daha yaxşı maşınlar sürüb, daha yaxşı evlərdə yaşayıb, daha gözəl fahişələrlə, daha gözəl yerlərdə öz pis mövcudiyyətlərini davam etdirsinlər deyə hər hüceyrəsinə işgəncə verərək, tər töklərək işlədiyindən yorğun, qırışmış, kədər, ağrı tökülən və artıq ruhunu itirmiş əksimdən yadımda qaldığına görə hələ də o insan deyilən vəhşi, barbar, millətçi, mühafizəkar, müasirləşən və birbirini öldürən, düşüncəsiz, heyvani instinktlərlə yaşayan axmaq ötesi o pis tipin nümayəndəsiyəm. Bir neçə addımdan sonra bir qapının önündə dayandıq. O birilərdən heç nə ilə fərqlənməyən bir qapı… Qapılara qarşı daima bir şüuraltı qorxularım olmuşdur. Arxasında bizi nəyin gözlədiyini bilməriy, hələ bilmədiyim bir yerdə...
Burda biraz gözlə dedilər. Gözləyək də. Sanki başqa bir şey bacarırırqmışıq kimi… Bütün həyatımız boyu gözləməklə məşğuluq. Insan heç bilmədiyi bir yerdə gözləyərkən neyniyə bilər ki? Düşüncələrin bitdiyi yerdəyik, daha düşüncələrimiz və çıxardığımız nəticələr uydurmadan başqa bir şey olmayacaq. Düşüncələrin əhəmiyyətini itirdiyi yerdə xəyallar başlayar. Mən də xəyallarımı çoxdan itirmişəm. Bu boşluqda ağlıma gələcək ilk şey Hikmətin ad günü olduğu oldu. Çox axmaqca bir şeydi. Nə üçün bura gətirildiyivi və sonuvun nə olacağını bilmədiyin bir anda ağıla belə şey gəlməməli idi. Amma ölümü qəbul etdikdən sonra hansı şəraitdə qonaq gəlirsə gəlsin qəbulumuzdur. Ölüm xəyal gücü olmayan bir insan üçün dərd deyil, xəyal gücü olan insan üçünsə fazlasıyla dərddir. Belə bir dərdim olmadığına görə bu fikrə qarşı münasibətim dəyişdi. Sanki beynimdən keçənləri, nə edəcəyimi bilirlərmiş… Oturduğum bu masanın üstünə qələm və kağız qoyublar...
Bu insanlar çok garip, be Hikmetim...
Bu gün xüsusi bir gündü. Bu gün sənin bu lanet olası dünyaya gəldiyin gündü. Bu gün o gündən daha bir il keçir. Bü gun 5 günlük həyatın daha bir hissəsi gedir, ayrılır. Daha bir il səni Son`a yaxınlaşdırır. Insana bir ilin daha getdiyini xatırladır. Belə iyrənc, nifrəti zirvəsinin son həddinə çatdıran bir gündə bu qəribə məxluqlar necə təlxək kimi ortalığa düşüb sevinç çığlıkları atırlar, sevinirlər, gülürlər anlamıram. Heçmi düşünmürlər yeni bir yalan, qeybət, ağrılar, xəstəliklər itkilər, nifrətə dönüşən sevgilər, düşmənçiliyə çevrilən dostluqlar, xəyanətlər, göz yaşları, əzablarla dolu bir ilin gəlməsiylə bərabər bir ilin də arxivlərə qarışdığını. Heçmi düşünməzlər bir `koca yıl`ın daha onları məzara, ayrılığa, daha da yaxınlaşdırdığını. Hələ bir utanmadan tort da kəsərlər, qonaq da çağırarlar. Tortun üstünə fişəng zad da qoyarlar.
Əslində bu gün sənə arzulayacaqlarım hamı kimi standart sözlər olduğu qədər, yalançı gülüşlə, qonşudan qalma geri, istəməsən də demək prinsipi ilə deyilmiş çürük, ürəkbulandırıcı arzular yox, həqiqətən istədiyim şeylər və ürəkdən gələrək söylənən sözlər olacaq. Və bu deyilənlər debil məxluqlardan fərqli olaraq ad günündən ad gününə bir illik planı doldurmaq üçün `kıçımızdan çıkardığımız` arzular olmayacaq. Həmişə isədiyimiz, hər zaman dediyimiz, sadəcə özəl günlərdə birləşdirib bir araya gətirdiyimiz şeylər olacaq.
Zatən arzuları `hiç sevmem`...
«Hayatın acayipliyi mi insanların acayipliyinden doğar, yoksa insanların acayipliyi mi hayatın acayipliyinden doğar, çözemedim, be Hikmetim...»
İnsanlıq itirdi artıq hər şeyini… Sadəcə geydirmə hisslərə dəyişdirdi hamısını. Hələ də xoşbəxt deyilik, Hikmetim! Yadındadımı bir gün yanımızda xırda-xuruş satan kişiyə baxıb: `bu kişi bizdən xoşbəxtdir, bilirsizmi? Çünki ən azınnan necə yaşayacağını artıq seçib. Amma biz xoşbəxt ola bilmirik, çünki necə yaşamaq istədiyimizi hələ də seçə bilməmişik...` demişdin… bilirsənmi niyə?
… Çünki biz yaşamaq istəyirik, `var` olmaq istəyirik… `Mövcud` olmaq istəmirik… Çünki bilirik bizə verilən seçimlərin yalan və uydurma olduğunu. Bilirik bu sistemin bizim düşüncələrimizə yox, əməyimizə qiymət verdiyini. Bilirik hamı kimi `xoşbəxt olsaq` işçi qarışqalar olacağımızı.
Həyatı 100 metr yarışları kimi göstərirlər bizə. Və sadəcə öndə gedən adamı göstərərlər bizə. 100 m yarışlarında arxada 8 insan vardır. Əslində də 100də 88imiz o arxada qalanlardanıq. Və belə vəziyyətdə əslində üzgün olmalıyıq. Ama hələ də təlxək kimi gülürlər, heç bir zaman arxada qalanları görmürlər, onlardan biri ola bilmə ehtimallarının 88faiz olduğunu görmülər. Həyatda etdiklərinin, fəaliyyətlərinin 100də 88 boş olacağını görmürlər… Və hələ də saxta gülücüklər, sevgilər, dostluqlar… Hamsı saxta, hamsı zehinlərində qurduqları, onların beyninə yedirilən uydurmalar, qurma anlayışlar… Gerçəyi itirdikləri üçün əllərində bir çox saxta anlayışlar var bir ad altında… Və sonda həqiqətin qarşılarına çıxdıqları zaman anlayacaqlar qulaqlarının dibindəki milçəklərin nəğmələrini...
Və yarışarıq, yarışarıq, son xəttə çatarıq. Və dönərik baxarıq arxaya `Mən həyatı bunun üçünmü yaşadım?`- deyərik…
Daha bir boş həyat əlimizdən çıxar. O gün də bir fişəngli tort kəsib qeyd edərik bu `xoşbəxt` günü…
Dostoyevskinin bir sözü var, Hikmetim! `və 65 yaşında, ölüm döşəyində dönüb baxarsız mübarizə dolu, qürurlu həytınıza və deyərsiz — Mən də adi insanlardan biri kimi həyat yasadım...` Həyat bizə maraqlı, qürurlu hərəkətlərlə dolu, mübarizə dolu, lazımlı işlərlə dolu gələr, ama hər zaman geri baxdığımızda mənasız günlərdən başqa bir şey görməriz. Bukovski yaxşı deyib, başqa bir cəhənnəm yoxdur, bu dünya başqa bir dünyanın cəhənnəmidir — deyə...
Celine`də qəşəy deyib — neyse kapatalım artık bu konuyu — deyə… Nəysə, Hikmətim! Sənə nə arzuladıqlarımızı bilirsən. Bu arzularımızın da hər zaman ürəyimizdə olduğunu, doğum günündən, doğum gününə yadımıza düşmədiyini də bilirsən...
Həyatının bir ilinin də buxarlanıb uçması münasibətilə başın sağ olsun, Hikmətim… Növbəti doğum gününə sağ-salamat çıxmağın niyyətilə… Hələlik...