Molotov kokteyli hazırlayacaq barmenə bəzi tövsiyələr
barmen mənə bir badə molotov kokteyli hazırla rica edirəm əl altında etil spirti yoxundursa belə təlaş etmə mən deyingən hər şeyin 100/100 olmasını tələb edən müştərilərdən deyiləm benzin işə yarar amma bir azcıq da motor yağı əlavə et o zaman həm yanmaya kömək edir həm də qara tüstüdə görünməz edir motor yağı yoxundursa fosfor da əlavə edə bilərsən və ya qudron və ya maye sabun və ya şəkər və ya daha nə bilim nə poxlar təki düşmənin görmə qabiliyyətini pisləşdirsin və hədəfə yapışaraq uzun müddət yansın inqilab aşbazlarının kitablarında yazıldığına görə qarışığa turşu maqnezium şlak əlavə etdikdə 1600 °C-yədək istilik yaranırmış yəni “T-90” dan fransızların Sartrdan daha çox öyündükləri “Leclerc”dən bir ovuc kül qalırmış vəssalam bir də kokteylə bir miqdar qələvi əlavə etmək məsləhətdir yağışlı və qarlı havalar üçün ondan mükəmməl vasitə hələ kəşf olunmayıb sifarişimiz hazırdırmı barmen? alışdır o zaman fitili içək bu badəni də La İquerada şəhid düşmüş qardaşımızın şərəfinə vəsiyyət sevgili qadınım məni həbsxanadan mariya kaqol kimi əlində “skorpio-61” qaçırmayacağını bilirəm amma əlini qolunu sallayıb ağlamağını da istəmirəm istəmirəm istəmirəm. Mirmehdi Aghaoghlu