Sehrli pencək | Dino Buzatti

Sehrli pencək | Dino Buzatti

Yaxşı geyinməyi xoşlasam da adətən başqalarının geyimlərinin düzgün tikilib-tikilmədiyinə o qədər fikir vermirəm. Amma bir axşam, bir ziyafət zamanı Milanda bir evdə tanıdığım, qırx yaşlarında görünən bir kişi paltarının sadə gözəlliyi ilə tam mənada çevrəsinə işıq saçırdı.
Kim olduğunu bilmirdim, ilk dəfəydi qarşılaşırdım,tanış edildiyimiz zaman bu vəziyyətlərdə həmişə olduğu kimi adının mənasını başa düşə bilməmişdim.Amma gecə boyunca bir ara yan-yana düşdük və bir az danışdıq. Seçkin, mədəni bir insana bənzəyirdi, amma yenə də bir kədərlə çevrələnmişdi. Bəlkə də ölçüsüz bir yaxınlıqla- Tanrı qüsurumu bağışlasın- onun platarını öydüm və dərzisinin kim olduğunu belə soruşdum.
Adamın üzündə, bu sualı gözləyirmiş kimi qəribə gülümsəmə yarandı. «Demək olar ki, heç kim tanımır,»-dedi, «amma usta bir dərzidir.Ürəyi istəyəndə işləyir.Üç-beş müştərisindən başqa heç kimə tikməz..»
— Görəsən mənə də?..."
— Bir yoxlayın.Adı Kortiselladır.Alfonzo Kortisella.Yeni Ferrara küçəsi 17-də qalır"
— Deyəsən bahacıldır"
— Yəqin ki, amma inanın ki, bilmirəm.Bu kostyumu üç il əvvəl tikib mənə.Hələ də mənə hesabı göndərməyib."
— Deməli Kortisella ,Ferrara küçəsi 17 hə?"
— Hə"-deyə cavab verdi kimliyni bilmədiyim adam.Sonra, başqalarının yanına getmək üçün məndən uzaqlaşdı.

Ferrara küçəsi 17-də bir-birinə bənzəyən bir çox dərzixana tapdım.Alfonzo Kortisellanın dərzixanası da bir çox dərzixanalar kimiydi.Qapını özü açdı.Yaşlı biriydi, saçları qaraydı amma görünür rəng qoymuşdu.Düşündüyümün əksinə çətinlik yaratmadı. Amma müştərisi olmaq istəyim elə bil onu narahat etmişdi.Ünvanın necə aldığımı danışdım,tikməyini təriflədim,mənə bir kostyum tikməsini istədim.Boz yunlu bir parça seçdik,ölçülərimi götürdü,yoxlanış üçün evimə gəlməyi təklif elədi.Tikişin qiymətini soruşdum.«Qaçhaqaç deyil,razılaşarıq»-dedi.Nə mülayim insandır dedim öz-özümə.Amma daha sonra evə dönərkən yaşlı adamın içimdə (Bəlkə də sürəkli,yapmacıq gülümsəməsi ucbatından) bir sıxıntı oyandırdığını hiss elədim. Qısacası onu bir daha görmək istəmirdim.Nə var ki, bir dəfə sifariş eləmişdim.İyirmi gün sonra hazır olmalıydı.Paltarı gətirəndə geyinib bir saniyəlik aynanın qarşısına keçdim.Mükəmməl idi.Amma içimdə yeni palatarı geyinmək istəyi yoxuydu,səbəbini bilmirdim,bəlkə də sevimsiz qocanı xatırlatdığı üçün beləydi.Həftələrcə geyinməməyə qərar verdim.

O günü heç unutmayacağam.Bir aprel səhəriydi və yağış yağırdı.Kostyumu — şalvar,pencək,jilet -geyinəndə ,yeni paltarlarda demək olar ki, olduğu kimi,sıxan və ya düz olmayan bir yerin olmadığını görüb sevindim.Bədənimə qüsursuz bir biçimdə oturmuşdu.
Pencəyin sağ cibinə adətən heç nə qoymuram,portmanatımı həmişə sol cibə qoyuram.Bu səbəbdən də bir neçə saat sonra büroda yanlışlıqla əlimi sağ cibimə salanda əlim bir kağıza dəyəndə çaşdım.Yoxsa dərzinin hesab xəttkeşiydi?
Deyildi.On min liretlik bir kağız pul idi.
Fikrim qarışmışdı.Pulu heç şübhəsiz mən qoymamışdım.O biri tərəfdən də dərzidən sonra paltara yaxınlaşmaq ehtimalı olan təmizlikçi qadının da mənə belə bir hədiyyə verməsini düşünmək absurd olardı.Bəlkə saxta pul idi?İşığa tutdum və digər pullarla qarşılaşdırdım.Bundan yaxşısı can sağlığıydı.
Yeganə izah olaraq geriyə Kortisellanın dalğınlığı variantı qalırdı.Bəlkə də bir müştərisi gəlib hesabı ödəmişdi və o sırada yanında portmanatı olmadığından pulu ortalıqda qoymamaq üçün bir soxadan asılı pencəyimin cibinə qoymuşdu.Belə şeylər ola bilərdi.
Zəngi basıb sekretarımı çağırdım.Koritsellaya bir məktub yazıb mənim olmayan pulu geri göndərəcəydim.Amma səbəbini bilmirəm, nədənsə əlimi yenə cibimə saldım.
— Nə olub ,xəstə deyilsiniz ki? -deyə soruşdu, o sırada otağa girən sekretarım.Ölülər kimi ağappaq olmuşdum.Cibimdəki barmaqlarımın ucuna yeni bir kağızın kənarı dəymişdi.Amma bir az əvvəl heç bir şey yoxuydu.
— Heç nə, -dedim — Başım fırlandı bir az. Arada olur.Yəqin yorğunluqdandı.Siz gedəbilərsiniz,bir məktub yazdıracaydım,sonraya yazarıq.

Kağızı ,sekretar getdikdən sonra, cibimdən çıxartmaq ürəkliliyini göstərə bildim.Yenə on min liret idi.Bundan sonra üçüncü dəfə yoxladım.Üçüncü dəfə də pul çıxdı.
Ürəyim tez-tez döyünməyə başlamışdı.Sirli səbəblər nəticəsində ,uşaqlara danışlıan, amma gerçək olduğuna heç kimin inanmadığı bir nağıla qarışdığım hissinə qapılmışdım.
Üzümü pis hiss etdiyim bəhanəsiylə bürodan çıxıb evə getdim.Tək başıma qalmaq istəyirdim. Xoşbəxtlikdən, gündəlikçi qadın çoxdan getmişdi.Qapıları bağladım,pərdələri bağladım.Bütün sürətimlə, cibimdən dalbadal ,bitib tükənməyən pulları çıxartmağa başladım.
Möcüzənin hər an sona çatacağı qorxusuyla, böyük bir əsəb gərginliyi içində çalışırdım.Axşam, gecə boyunca işləyib milyardlar qazanmaq istəyirdim.Amma müəyyən bir nöqtədə artıq gücüm qalmadı.
Qarşımda dağ kimi bir pul yığını vardı.İndi önəmli olan, bunları gizlətmək, heç kimin qoxu almamasını təşkil etmək idi.Xalı dolu köhnə bir çamadanı boşaltdım,dəstə dəstə pulları, bir yandan da sayaraq dibinə yerləşdirdim.Əlli milyondan artıq idi.

Ertəsi gün, qadın gəldikdən sonra oyandım.Qadın, məni yataqda paltarlı görəndə şaşırdı.Bir gecə əvvəl çox içdiyimi,sonra da qəfildən yuxuladığımı söyləyərək, gülməyə çalışdım.Yeni bir sıxıntı: qadın, heç olmasa fırçalamaq üçün, paltarı çıxartmağımı istəyirdi.
Tələsik getməli olduğumu, paltar dəyişəcək zaman qalmadığını dedim.Sonra, eyni parçadan bir başqa kostyum almaq üçün, bir hazır geyim mağazasına qaçdım.Gündəlikçi qadına bu kostyumu verəcəydim.«Mənimkini», bir neçə gün içində məni dünyanın ən güclü insanlarından biri edəcək olan kostyumu isə,güvənilən bir yerdə gizlədəcəydim.

Yuxumu görürdüm, yoxsa xoşbəxtiydim, ya da gərəyindən daha ağır bir taleyin yükü altındamı əzilirdim,anlaya bilmirdim.Yolda, yağmurluğun üstündən, həmişə sehirli pencəyin orasını yoxlayırdım.Hər dəfəsində rahat bir nəfəs alırdım.Parçanın altından kağız pulun ürəyimə su çiləyən xışıltısı cavab verirdi.
Amma gözlənilməz bir təsadüf, nəşəli sevincimi qursağımda buraxdı.Səhər qəzetlərində, bir gün əvvəl edilən bir soyğun xəbəri vardı.Bir bankın, şöbələrdən toplladığı gündəlik gəliri mərkəzi şöbəyə aparmaqda olan zirehli maşını, Palmanova küçəsində dörd soyğunçunun hücumuna məruz qalmışdı.Şahidlərin dediklərinə görə, qanqsterlərdən biri,özünə yol açabilmək üçün atəş açmışdı.Yoldan keçənlərdən biri ölmüşdü.Məni çaşdıran,oğurlanan ppulun miqdarı olmuşdu: düz əlli səkkiz milyon.(mənim pulum qədər) Mənim gözlənilməz zənginliyimlə,hardasa eyni zamanda meydana gələn soyğun hadissəi arasında bir əlaqə ola bilərdimi? Belə düşünmək mənasız idi.Üstəlik kor inanclarım yoxuydu.Amma yenə də, hadisə çox məni çaşdırmışdı.
Insanın əlinə keçən nə qədər artırsa, istəyi də o qdəər artır.Vərdişlərimin adiliyi diqqətə alınarsa, artıq zəngin sayılırdım.Amma, sərhəd bilməyən lyuks bir həyatın cazibəsinə qapılmışdım.O gecə yenidən «işə» başladım.Bu dəfə daha təlaşsız çalışır, əsəblərimi daha az pozurdum. Əski sərvətimə, yüz otuz beş milyon daha əlavə olundu.
O gecə gözümə yuxu girmədi.Bir təhlükənin önsezimiydi? Yoxsa haqqsızca böyük bir sərvətə qovuşan birinin vicdan əzabımı?Ya da qeyri-müəyyən bir peşmanlıqmı? Gün işaran kimi yataqdan qalxdım, geyinib qəzet almaq üçün küçəyə qaçdım.
Oxuyan kimi nəfəsim tıxandı.Mazut anbarında çıxan qorxunc yanğın, şəhərin mərkəzindəki San Kloro küçəsində bir binanın yarısını yox eləmişdi.Bu alovlar ,böyük bir şirkətin,içində yüz otuz milyondan artıq pul olan kassasını da udmuşdu.Yanğına iki yanğınsöndürən ölmüşdü.

Suçlarımı indi bir-bir saymağımmı lazım idi?bəli, çünki pencəyin mənə qazandırdığı pulların cinayətdən,qandan, ümidsizlikdən,ölümdən gəldiyini, cəhənnəmdən gəldiyini artıq bilirdim.Amma içimdəki məntiq tələsi, ağız büzərək mənim hər hansı bir məsulliyyətim olmasıyla razılaşmırdı.Beləcə şeytana uymaq çəkidə ağır gəlir,əlim- elə asandı ki !- cibimə girir və barmaqlarım son dərəcə sürətli bir istəklə, hər dəfə bir pulun ucundan tuturdu.Pul, müqəddəs pul !
Köhnə evi tərk etmədən (diqqət çəkməmək üçün) qısa vaxtda böyük bir villa almışdım, dəyərli bir rəsm kolleksiyam vardı,lyuks bir avtomobillə gəzirdim, «səhhətim əlaqədar» işdən çıxmışdım, bir-birindən gözəl qadınlarla dünyanın dörd tərəfini dolaşırdım.
Pencəyimdən hər pul alanda, yer üzündə utanc və acı verən bir hadisə olduğunu bilirdim.Amma həmişə məntiqli sübutlara söykənməyən, qeyri-müəyyən bir şüurla hərəkət edirdim.O biri tərəfdən cibimdən hər yeni pul çıxaranda, vicdanım bir az d aha korşalır, daha da çirkinləşirdi.Dərzi mi? Borcumnu öyrənmək üçün zəng elədim, heç kim cavab vermədi.Ferrara küçəsinə, dərzini axtarmağa getdiyim zaman isə xaricə köçdüyünü söylədilər, haraya getdiyini bilmirdilər.Beləcə hər şey mənə xəbərim olmadan,şeytanla bir müqavilə imzalamış olduğumu doğrulamağa çalışırdı.

Günlərin birində ,illərdir qalmaqda olduğum binada, altmış yaşlarında təqaüdçü bir qadının qazla boğulmuş cəsədi tapıldı.Bir gün əvvəl əlinə keçən ( və mənim əlimə gələn) Otuz min lireti itirdiyi için canına qıymışdı.
Artıq kifayət idi.Uçurumun ən dibinə yuvarlanmamaq üçün pencəkdən qurtulmalıydım.Bir başqasına vermək olmazdı,çünki bu üz qarası vəziyyət davam edərdi.( belə bir aldanışa kim dözə bilərdi axı?)Avtomobillə Alpların təhna bir vadisinə getdim.Avtomobili bir otlaqda qoyaraq, müşədən yuxarı dırmandım.Heç kim yoxuydu.Meşəni keçdikdən sonra daşlı-kəsəkli bir yerə çatdım.Burada, iki div boyda qayanın arasında ,çantamdan uğursuz pencəyi çıxartdım,üstünə benzin töküb yandırdım.Bir neçə dəqiqə sonra,geriyə yalnızca külləri qaldı.

Amma alovların son titrəşiyi sırasında arxamdan-sanki iki-üç metrə gerdiən- bir insan səsi eşidilən kimi oldu: "Çoxgecdi, Çox gecdi! ".Qorxuya qapılaraq,bir ilan kimi geriyə qıvrıldım.Heç kim yoxuydu.Qayaların üstündə tullana-tullana bu uğursuz səsin sahibini ortaya çıxartmaq üçün ətrafı axtardım.Heç kəs yox idi.Qayalaradan başqa bir şey yoxuydu.
Qapıldığım qorxuya qarşılıq, yenə də bir rahatlama hissiylə vadiyə endim.Artıq azadıydım.Üstəlik,tale üzümə gülmüş, zəngin də olmuşdum.
Amma otlaqda avtomobilim yoxuydu.Və şəhərə qayıdanda, o cazibədar villam da yox olmuşdu.Yerində, " Satlıq Bələdiyyə Torpağı" yazısı,şumlanmamış bir tarla vardı.Bankdakı hesablarım da, bilmədiyim bir səbəbdən sıfıra enmişdi.Kassadakı Bir topa hissə sənədləri də yox olmuşdu.Köhnə çamadanda da tozdan, başqa bir şey yox idi.
Indi yenə min bir çətinliklə çalışmağa başladım.Çox çətin gəlir,işin qəribəsi,qəfil bu vəziyyətə düşməyimə heç kim şaşırmış görünmür.
Üstəlik hər şeyin daha sona çatmadığını da bilirdim.Günlərin birində qapının zənginin çalınacağını,açanda qarşımda,üzündən əskik olmayan gülümsəməsiylə,hesabı bağlamağa gələn uğursuz dərzini görəcəyimi bilirəm.

Tərcümə etdi: Qismət Rüstəmov
Top