Həyatı obrazlı şəkildə əks etdirən, bədii sürətlərlə sürətlərlə təsvir edən zö sənətimiz sayılan bədii ədəbiyyat bu günə kimi çox keşməkeşli yollardan keçib. Bədii ədəbiyyat hər zaman konkret ictimai-tarixi və siyasi-sosial şəaritdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı hər əsrdə yeni-yeni məsələlərin təsiri altına düşmüş və yeri gəldiyində qurbanlar verərək ağır nəticələrlə də nəticələnmişdir. Hərçənd ki, bu gün mənim "qurban getdilər" deyə adlandırdığım şəxslərin ruhu bəlkə də məndən inciyərlər, çünki, bu onlar üçün şərəf olsa gərək!
Beləliklə, 20-30-cu illərdə olan siyasi-mədəni quruculuq şəraitində də Azərbaycan ədəbiyatı geri qalmadı, əksinə irəliləyərək, keyfiyyətlə inkişaf edirdi. Amma külək əsəndə elə əsir ki, yerin dərinliklərində belə kök salmış, torpağa bəmbərk sarılmış illərin ağacını qoparıb atır. 30-50-ci illərin repressiyası da o küləklərdən idi. Stalinin əməlləri nəticəsində bu illərdə Azərbaycan xalqının həyatında ən qanlı, faciəli hadisələr baş verir və ədəbiyat qaralara bürünür. Bu helə-belə adam deyildi. Ziyalı şəxsiyyət, böyük maarifçi, görkəmli ədəbiyyatşunas. Bu cümləmdə yan-yana düzlmüş düz altı söz var və 3 ifadə versə də hər biri ayrı-ayrılıqda F.Köçərlinin ünvanına olan ən doğru sözlərdir. Və bu böyük şəxsiyyət də güllənən həmin ziyalılardan biridir. Bu əməllərər də yalançı səbəbələr də var idi: guya hansısa hökümətə qarşı mıxdı, guya digəri müsavatçıdır, başqa birisi turançıdır və ya kimsə terrorçudur, cəsusdur və s. Nə oldu, bizim elə bütün şəxsiyyətlərimiz cinayətkarlar imişlər ki... Dəhşətdir, dəhşət. Murdar baəhanələrlə sürgün və ölüm haqda olan bütün qərarlar 15-20 dəqiqə içərisində həyata keçirilmiş olurdu. Bir forumda Dərviş nickli bir istifadəçi Müşfiq haqqında belə deyir: Bu istifadəçinin dediklərinə qatılıram. Bəli yaşasaydı...bəli yaşasaydılar! Hamısının ruhu şad olsun, məkanları cənnət olsun.
20-30-cu illərdə mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə; yaranmalar və devrilmələr - Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, devrilməsi, sovet hakimiyyətinin quluması və s. bunun kimi mühüm hadisələr bir-birinin ardınca yeni-yeni mərhələlər gətirərək ədəbiyyatımızda yeni-yeni ideyalara, yaradıcılıq qüvvərlərinə təkan vermişdi.
Artıq maariflənmə işi daha da güclə start götümüşdü. Bu dövrlərdə də hökümət dairələri yazıçıların yaradıcılıqlarına, onların yazıb-yaratdıqlarına daha da cidd və böyük təsir göstərirdilər. Bunun nəticəsində də yazıçı ilə cəmiyyət arasında süni divarlar hörülürdü. Bəzən bəzi yazçılar öz yaradıcılıqlarına uyğun olmayan əsərlər də yazırdılar. Amma bütün bunlara baxmayaraq elə təcrübəli yazıçılar da var idi ki, öz yaradıcılıq prinsiplərinə nə olur-olsun xəyanət etmir, öz sadiqliyini göstərərək istədiyi kimi yazıb-yaradırdılar.
Azərbaycan irəliyə gedirdi, çünki onun elm adamları, ziyalıları, xalqın maariflənməsində səy göstərən, xalqı irəliyə apara biləcək düşünən beyinləri var idi. Amma onlar bircə-bircə zalım erməni daşnaklarının əməlləri ilə ya güllələndilər, ya mənəvi cəhətdən şikəst edildilər, ya da sürgün olundular.
Bircə ad çəkim: Firudun bəy Köçərli.
Azərbaycanın İran və Türkiyə ilə sərhəddə yerləşməsi, əhalinin türdilli müsəlman xalqalarından biri olması və nəticədə camaatın maariflənməsi bütün o pis əməllərə səbəb oldu. Gör nə böyük günahımız var imiş..
İmperiya rəhbərləri zənn edirdilər ki, bir yerdə ki, bu qədər ziyalı yetişə, bu qədər beyin inkişaf edə bu gələcəkdə sovet quruluşu üçün böyük təhlükə olar. Çünki bu böyük silahdır, çünki bu qüvvədir. Buna görə də onlar bildilər ki, hardan vursunlar –mütləq ki xalqın düşünən beyinlərini aradan çıxarmalı idilər. Tuşda ilk növbədə alimlər, tənqiçdilər, yazıçılar, şairlər, sənət və teatr adamları durudular, belə ki, onların hamısına amansız divan tutdular. Bu açıq-aydın göürünürdü ki, xalqı manqurtlaşdırma prosesinə təkan idi. Çünki o insanlara divan tutmaqla onlar millətin özünüdərkinə mane olur, milləti öz kökündən ayrı salır və kor-koranə icraçıya çevirmək niyyətindəydilər.
O dövrlərin hadisələri ədəbiyyatımıza, xalqımıza, mədəniyyətimizə ağır zərbələr vurdu. Biz o zərbələrin ağır nəticəsini bu gün də yaşamaqda davam edirik. Hətta sizə bunu da deyim ki, bü günkü gündə də yaşadığımız yalnışarın, maarifsizliyin kökünü o günlərdəki hadisələrlə əlaqələndirirəm. Düşünürəm ki, bu günkü maarifsizlik o zərbələrin əsəridir. Amma hər şey öz əlimizdə deyilmi? Düzəldə bilərik. Hərçənd ki bütün bunlara baxmayaraq yenə də ayaqdayıq, ədəbiyyatımız da dirçəlib, uğurlu işlər də göürtülür, parlaq nəaliyyətlər də qazanılır. Amma o günlə və o şəxsiyyətlər heç vaxt unudlmayacaqlar.
Repressiyaya məruz qalmış, sevdiyim şairlərdən biri də Mikayıl Müşfiqdir. İndi iyun ayıdır. O da iyunda dünaya gəlmişdi. Ömrünün cəmi 30-cu baharında dünyadan köçdü. Köçürtdülər.
Lirika, poeziya deyəndə ağıla ilk gələn Azərbaycan ədiblərindən biri də rəhmətlik Mikayıl Müşfiqdir. Mən deyərdim ki şairin ən gözəl əsərləri, şerləri təqribən otuz yaşından sonra yaranır. Yəni insan dolğunlaşdıqca, yaşlaşdıqca dünyaya baxışı dəyişir, dünyagörüşü artır və sairə... Mikayıl Müşfiq cavan rəhmətə getməsinə baxmayaraq ədəbiyyatda öz sözünü dedi, öz izini buraxdı. Yaşasaydı daha çox yaradardı. Ruhun şad olsun ustad!!! Qəbrin nurla dolsun!!!
Bax, bizlər bur yurdun yetirmələriyik ki, bizim dahi şəxsiyyətlərimiz mədəniyyəti, xalqı, ədəbiyyatı yolunda canlarından keçiblər. Bizim yurdumuz da, mədəniyyətimiz də, ədəbiyyatımız da, dilimiz də, dinimiz də dəyərlidir. Ən azından nəzərə alın ki, bütün bunlara görə kimlərsə necə-necə əməllər törədiblər və ziyalılar da, camaat da canlarından keçiblər.
Dəyər verək, öz dilimizə, dinimizə, sətrvətlərimizə dəyər verək. Öz dilimizdə danışaq, əsl mədəniyyətimizi sərgiləyək, bir olaq, birlik olaq. Qoy düşmənlər görsünlər ki, bizə qalib gəlməyiblər. Qoy o canlarından keçənlər də görsünlər ki, əbəs yerə səy gəstərib, əbəs yerə ölməyiblər.