Görkəmli amerika yazıçısı Cek london (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində adandan olmuşdur.
Ədəbiyyatla cididi olaraq 23 yaşından sonra məşğul olmağa başlamışdır.Martin İden romanını isə 1909-cu ildə yazmışdır.
Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi,matros olur.O bir gün Artura sataşan avaralarla dalaşıb,onları yaxşıca əzişdirir.Bunun müqabilində Artur ona təşəkkür etmək üçün,evlərinə nahara çağırır.Artur Martinin yaşında olan yüksək təbəqənin,burjua ailəsinin bir üzvüdü.
Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına,onların savadlarına heyran qalır.Elə burada da Arturun bacısı Rufu görür və onu sevməyə başlayır.
Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir,onda ədəbiyyata maraq oyadır.Martin öyrənir ki,jurnallar yazıçılara onların göstərdiyi əmək müqabilində yaxşı qonorar verirlər.Ona görə də qəti qərara gəlir ki,yazışı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamı olsun.
Martin çox əzablı günlər keçirir.Yemək üçün cibində pulu belə olmur,Martin çamaşırxanada işləyir.Lakin burada işi çox çətin olur.Və bu müddət ərzində heç bir kitab oxumağa belə onun vaxtı qalmır.Bir neçə aylıq sürən çətin iş əzabından sonra Martin bu işdən çıxır.Lakin onun çox sağlam olan bədəni bütün bunlara tab gətirir.
Martin özü üçün iş planı qurur,çoxlu kitablar oxuyur.Öz həyat təcrübəsinə əsaslanaraq,o şerlər yazmağa başlayır.Onları dərhal bütün jurnallara çap etmək üçün yollayır.Lakin heç biri bu şerləri çap etmək istəmirlər.
Martinin Rufla olan münasibətləri isə davam edir.Rufun ailəsi ilk öncə bu görüşə qarşı çıxmırlar.Çünki Ruf 24 yaşına çatmasına baxmayaraq hələ ərdə olmur.Onların isə bir birinə qarşı olan xoş münasibətləri sonradan güclü məhəbbətə çevrilir.
Martin isə ədəbiyyatla daha dərindən maraqlanmağa başlayır.Əsərləri,oçerkləri isə heç bir jurnal tərəfindən qəbul olunub çap edilmir.Ruf isə həmişə Martinə bu sənətdən əl çəkib,başqa bir işə girməyi məsləhət görür.Martin isə yalnız bütün varlığı ilə ədəbiyyata bağlı olur.Və ümid edir ki,nə vaxtsa o yazdıqlarından yaxşı pul qazanacaqdır.
Bir gün Martin yazıçı və filisof Brissenden ilə tanış olur.O Martinin əsərlərini çox böyük qiymətləndirir.Lakin ona bu işin daşını atmağı məsləhət görür.
Brissenden onu siyasi bir mitinqə aparır.Martin burda sosialistlərə qarşı nitqlər söyləyir.Savadsız bir jurnalist isə səhərsi gün Martin İden haqqında belə bir yazı qoyur ki,guya o əsl sosialistdi.Martin bundan qəzəblənərək jurnalisti cəzalandırır.Bundan istifadə edən jurnalist qəzetlərdə «Martin İden sosialistlərin başçısı,anarxistdi» başlığı altında yazılar yazır.Bunu görən Rufun valideynləri onların nişanını pozmaq qərarına gəlirlər.
Nəhayət bir gün Martinin «Günəşin ləkəsi» adlı yazısını bir nəşriyyat çap etdirmək qərarına gəlir.Və ona əvvəlcədən böyük miqdarda avans verirlər.O bütün dünyada öz yazıları ilə məşhurlaşmağa başlayır.Bundan sonra bu iki il ərzində onun şerlərinin,məqalələrini,hekayə və oçerklərini çap etmək istəməyən jurnallar ona böyük miqdarda pul təklif edərək,yazılarını çap etmək istəyirlər.
Martin tanınandan sonra ondan üz döndərən bütün yaxınları ona yenidən yaxın olmaga başlayırlar.Onu tez-tez naharlara dəvət edirlər.Martin isə bundan çox narahat olur və təəccüblənir:
«Niyə məhz indi,niyə məhz indi mən onların yadına düşdüm,ac qaldığım vaxtlarda heç kim məni nahara dəvət etməyirdi.İndi isə bu qədər dövlətim olandan sonramı hamı məni yada salır?Axı mən əvvəlki Martin İdenəm,əvvəlki adamam.
Axı nəyə görə iki il ərzində yazılarımı,povestlərimi çap etdirmək istəməyən jurnallar indi mənə bunun müqabilində yüksək məbləğdə qonorar verirlər.Axı bunlar elə həmin rədd olunmuş əsərlərdi?»
Nəhayət bir gün Ruf tanınmış və dövlətli Martinin yanına gəlir,ona öz ürəyini açır və ona ərə getmək istədiyini bildirir.Lakin Martinin ürəyində olan bu sevgi çoxdan ölmüş olur.
Martinin həmçinin ürəyində ədəbiyyata qarşı olan marağı da ölür.Vaxt keçdikcə o həyatda heç bir məna görmür.O Sakit Okeana səfərə getməyə hazırlaşır.Özü ilə tək qalmaq istəyir.Heç bir insanla təmasda olmaq istəmir.
Nəhayət bir gün özünü kayutasından dənizə atır və intihar edir.
Roman olduqca maraqlı bir romandı.Qısadılmış şəkildə onu oxumağın heç bir marağı yoxdu.Romanın içində burda yaza bilmədiyim o qədər maraqlı və acınacaqlı hadisələr varki..Həqiqətən də oxumağa dəyən bir əsərdi.