Üçölçülü kompüter modellərinin hazırlanması, İnteraktiv kompüter modelləri

Üçölçülü kompüter modellərinin hazırlanması, İnteraktiv kompüter modelləri

Çox zaman binaları tikməzdən əvvəl onların modelləri qurulur. Həmin modelləri müxtəlif kompüter proqramlarında hazırlayırlar. 3D qrafik redaktorlarında verilmiş obyektin həm xarici, həm də daxili quruluşunu təsvir etmək mümkündür.
SketchUp sizə tanış olan proqramlardan biridir. Bu proqram vasitəsilə maraqlı modellər yaratmaq olar.
SketchUp proqramında ev, məktəb, yaxud hər hansı bir tikilinin modelini qurmaq üçün öncə bir neçə sadə həndəsi fiqurun necə qurulduğunu öyrənək
SketchUp proqramında konusun çəkilməsi
1.SketchUp proqramını başladın.
2.Geniş alətlər panelini pəncərədə əks etdirmək üçün View menyusundan Toolbars bəndini seçin. Açılan pəncərədə Large Tool Set bəndini qeyd edin və Close düyməsini çıqqıldadın.
SketchUp proqramında konusun çəkilməsi
3.Alətlər panelindən 1Circle (Dairə) alətini seçin və öz oxuna perpendikulyar olan dairə çəkin.
4.2Push/Pull alətindən istifadə edərək dairədən silindr alın.
3
5. 3Move alətini seçin və siçanı qırıq xətt görünənə kimi silindrin səthi ilə hərəkət etdirin.
6. Alınmış qırıq xətt boyunca slindrin oturacağına doğru hərəkət edin. Oturacağa çatdıqda biri silindrin səthi, digəri isə oxu üzərində olmaqla iki nöqtə görünəcək.
6
7.Yaşıl nöqtədən göy nöqtəyə doğru konus alınana kimi siçanı sürükləyin.
7
Bu üsulla kəsik konus da hazırlamaq olar.
 
İnteraktiv kompüter modelləri
Bildiyiniz kimi, kompüter interaktiv qurğudur, yəni iki istiqamətdə iş rejiminə malik qurğudur: istifadəçi kompüterə sual və ya komanda verdikdə sistem dərhal cavablandırır. Ona görə də kompüter modellərinin əksəriyyəti interaktiv modellər olur. Belə modellərdə tədqiqatçı (istifadəçi) prosesin ilkin şərtlərini və gedişinin parametrlərini dəyişə və modelin fəaliyyətindəki dəyişiklikləri müşahidə edə bilər.
İnteraktiv kompüter modellərinə kompüter oyunlarını, öyrədici proqramları, kompüterdə elmi tədqiqatlar aparmaq və nəticələri yoxlamaq üçün hazırlanmış modelləri aid etmək olar.
www.edu.az təhsil portalında şagirdlər və müəllimər üçün fənlər üzrə çoxlu sayda interaktiv modellər yerləşdirilmişdir. Bu tip modelləri yaratmaq üçün xüsusi proqramlaşdırma alətlərindən istifadə olunur.
Şahmat oyunu
Hər il kompüter proqramları arasında şahmat üzrə dünya çempionatı (World Computer Chess Championship, WCCC) keçirilir. Çempionatda bütün növ kompüterlər — mikroprosessorlar, superkompüterlər, klasterlər (kompüterlər qrupu) iştirak edir. 2009-cu ildə qaydalarda edilmiş dəyişikliklərə görə, yarışlara yalnız ən çoxu 8 nüvəsi olan kompüterlər qatıla bilər. 1974-cü ildə keçirilmiş birinci çempionatın qalibi SSRİ-nin «Kaissa» proqramı, 2016-cı il çempionu isə «Komodo» (ABŞ) proqramı olmuşdur.
 
 
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK
Top