Şərt operatoru

Şərt operatoru

Alqoritmlərdə bir neçə mümkün hərəkətdən birinin seçilməsinə budaqlanma vasitəsilə nail olunur. Budaqlanma təməl alqoritmik strukturlardan biridir. Budaqlanma bir, yaxud bir neçə şərtin yoxlanmasına əsaslanır və həmin şərtlərin doğruluğundan asılı olaraq müəyyən əməliyyat yerinə yetirilir.
Proqramlaşdırma dillərinin hamısında budaqlanma yaradan xüsusi operatorlar vardır. Belə operatorlara şərt operatorları deyilir. Əksər dillərdə olduğu kimi, Python dilində də şərt if (əgər) operatoru vasitəsilə verilir. Şərt operatorunu sxematik olaraq belə göstərmək olar: Əgər şərt doğru olarsa, birinci fraqment, əks halda ikinci fraqment yerinə yetiriləcək. if operatorunun else hissəsi olmaya da bilər. Ru halda şərt yalan olduqda if operatorundan sonrakı operator yerinə yetirilir.
Məsələn:
Şərt operatoru
Bu misalda if operatorundan sonra gələn şərt ödənilirsə, proqram çıxışa «a mənfi deyil» verəcək. Əks halda ekrana «a mənfidir» çıxarılacaq.
Python dilində şərt operatorunda şərtdən asılı olaraq icra olunan, yaxud olunmayan fraqmenti seçdirmək üçün mötərizə, yaxud begin-end açar sözlərindən istifadə olunmur. Bəs onda Python icra olunacaq fraqmentin sərhədini necə müəyyənləşdirir? Sadəcə, sətrin başlanğıcındakı boşluqlara, yəni sətrin sağa sürüşdürülməsinə görə! Deməli, Python proqramlarında boşluqlar yalnız kodun gözəl görünüşünə xidmət etmir, həm də onun sintaksisinin bir tələbidir.
Şərti göstərmək üçün şərt və ya müqayisə işarələrindən istifadə olunur.
Məsələn, a >= 0 (a böyükdür və ya bərabərdir 0), age == 10 (age bərabərdir 10).
and (və) və or (və ya) məntiqi əməlləri vasitəsilə bir neçə şərti birləşdirməklə proqram kodunu qısaltmaq olur.
Şərt operatoru
Birinci sətirdəki şərtlərdən hər hansı biri doğru olarsa, ikinci sətirdəki operator, əks halda dördüncü sətirdəki operator yerinə yetiriləcək. Bu kodu bir az da qısaltmaq olar:
Şərt operatoru
 
 
 
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün İNFORMATİKA fənni üzrə Dərslik
Top