Vektor qrafikası

Vektor qrafikası

Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə olunur. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazım olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.
Vektor qrafikasında obyektlər ayrı-ayrı nöqtələrin (piksellərin)Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə olunur. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazım olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır. Vektor qrafikasında obyektlər ayrı-ayrı nöqtələrin (piksellərin) yığını kimi deyil, xətlər toplusu kimi yaradılır. Xəttin forması riyazi qanunauyğunluqlar vasitəsilə təsvir olunur. Başqa sözlə, vektor qrafikasında ekrana, yaxud çapa çıxarılan xətlərin yerinin, uzunluğunun və istiqamətinin müəyyən olunması üçün riyazi düsturlardan istifadə edilir. Məsələn, bildiyiniz kimi, düz xətti göstərmək üçün iki parametr kifayətdir. Düz xəttin tənliyi y = kx + b düsturu ilə verilir. Koordinat sistemində k və b parametrlərini bilməklə düz xətti çəkmək mümkündür. Yəni bu halda düz xətt boyunca yerləşən hər bir nöqtənin yerini və rəngini göstərmək tələb olunmur. Nəticədə görüntünün həcmi azalır və onu heç bir təhrif olmadan böyüdüb-kiçiltmək imkanı yaranır. Bununla belə, vektor qrafikasında rənglərin arasında rəvan keçidi, səlis sərhədləri və xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya və rəsm əsərlərinə xasdır. Buna görə də, vektor qrafikasından çox zaman sxemlərin, planların yaradılmasında istifadə edilir. Vektor görüntülərlə işləmək üçün çoxlu proqramlar işlənib hazırlanıb. Onların içərisində CorelDRAW, Adobe Illustrator, Adobe Freehand kimi proqramlar daha geniş yayılıb. İnternet üçün animasiyalar hazırlamaq məqsədilə nəzərdə tutulmuş Adobe Flash proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır. Göstərilən proqramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst (ödənişsiz) yayılan proqramlar da vardır. Belə proqramlara örnək olaraq Inkscape, OpenOffice.org Draw, Skencil kimi proqramları göstərmək olar. Vektor redaktorlarının hamısında rəsm və redaktə üçün əsas alətlər dəsti bir-birinə bənzərdir. Bunların içərisində seçdirmә alәtlәri çox önəmlidir. OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. Üçölçülü qrafika alətləri paralelepiped, konus, silindr və bu kimi üçölçülü həndəsi cisimlər çəkmək üçün nəzərdə tutulub. Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri və s.) yaratmaq olar. Yaradılmış rəsmləri proqramın öz formatında – ODG formatında saxlamaq, eləcə də BMP, GIF, JPEG, PNG, TIFF və WMF də daxil olmaqla bütün tanınmış formatlara çevirmək olar.yığını kimi deyil, xətlər toplusu kimi yaradılır. Xəttin forması riyazi qanunauyğunluqlar vasitəsilə təsvir olunur. Başqa sözlə, vektor qrafikasında ekrana, yaxud çapa çıxarılan xətlərin yerinin, uzunluğunun və istiqamətinin müəyyən olunması üçün riyazi düsturlardan istifadə edilir. Məsələn, bildiyiniz kimi, düz xətti göstərmək üçün iki parametr kifayətdir. Düz xəttin tənliyi y = kx + b düsturu ilə verilir. Koordinat sistemində k və b parametrlərini bilməklə düz xətti çəkmək mümkündür. Yəni bu halda düz xətt boyunca yerləşən hər bir nöqtənin yerini və rəngini göstərmək tələb olunmur. Nəticədə görüntünün həcmi azalır və onu heç bir təhrif olmadan böyüdüb-kiçiltmək imkanı yaranır.
Bununla belə, vektor qrafikasında rənglərin arasında rəvan keçidi, səlis sərhədləri və xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya və rəsm əsərlərinə xasdır. Buna görə də, vektor qrafikasından çox zaman sxemlərin, planların yaradılmasında istifadə edilir. Vektor görüntülərlə işləmək üçün çoxlu proqramlar işlənib hazırlanıb. Onların içərisində Corel DRAW, Adobe Illustrator, Adobe Freehand kimi proqramlar daha geniş yayılıb. İnternet üçün animasiyalar hazırlamaq məqsədilə nəzərdə tutulmuş Adobe Flash proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır. Göstərilən proqramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst (ödənişsiz) yayılan proqramlar da vardır. Belə proqramlara örnək olaraq Inkscape, OpenOffice.org Draw, Skencil kimi proqramları göstərmək olar.
Vektor redaktorlarının hamısında rəsm və redaktə üçün əsas alətlər dəsti bir-birinə bənzərdir. Bunların içərisində seçdirmә alәtlәri çox önəmlidir.
OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar, çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. Üçölçülü qrafika alətləri paralelepiped, konus, silindr və bu kimi üçölçülü həndəsi cisimlər çəkmək üçün nəzərdə tutulub. Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr, mətn boksları, radio düymələri və s.) yaratmaq olar.
Yaradılmış rəsmləri proqramın öz formatında – ODG formatında saxlamaq, eləcə də BMP, GIF, JPEG, PNG, TIFF və WMF də daxil olmaqla bütün tanınmış formatlara çevirmək olar.


Müəllif: Mahmudzadə Ramin Əli Nazim oğlu, Sadıqov İsmayıl Calal oğlu,İsayeva Naidə Rizvan qızı
Mənbə:İnformatika Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik
Top