Elektron seçki nədir?

Elektron seçki nədir?

Demokratik cəmiyyətin ən vacib elementlərindən biri seçkidir. Bir çox ölkələr seçki üçün daha sistematik, asan və ucuz yeni sistem yaratmışlar. Yeni seçki sistemi vətəndaşların seçkilərə qatılma faizini artırır və ölkənin vətəndaşlar tərəfindən idarəedildiyini əks etdirir. Məqalədə informasiya kommunikasiya vasitlərinin seçki sistemində tətbiqi və onun gətirdiyi üstünlüklər araşdırılmışdır. Bundan əlavə elektron seçki texnologiyasının xüsusiyyətləri şərh edilmiş bu sahədəki problemlər, saxtakarlıqlar və dünya təcrübəsi təhlil edilmişdir.votting

Seçki dövlətin əsas elementlərindən biridir. Ölkədə seçki sisteminin olması demokratiyanın mövcudluğundan xəbər verir. Seçkilər vətəndaşda dövlətə qarşı inam yaradır. O, demokratiyanın ayrılmaz və zəruri bir hissəsi kimi çıxış edir. ABŞ-ın keçmiş prezidenti Con Kennedi vətəndaşların maariflənmiş, məlumatlı seçici olmasını önəmli amillərdən sayırdı. O deyirdi: “Demokratik cəmiyyətdə bir nəfər seçicinin belə məsələlərdən xəbərsiz qalıb seçim etməsi hamının təhlükəsizliyinə ziyan vurur”. 
Seçicilər bəzən uzun növbələrdə iştirak edib zaman itirməmələri üçün, prosesin əllə aparıldığını nəzərə alaraq, inam hissinin olmaması kimi problemlər üzündən seçki prosesindən kənarda qalırlar. Seçicilərin artıq vaxt itirmələrini, seçki prosesində iştirak edən müşahidəçilərə, mütəxəssislərə, həmçinin seçki bülletenlərinə çəkilən maliyyə xərclərini də nəzərə aldıqda, daha səmərəli, iqtisadi cəhətdən daha sərfəli olan bir sistemin meydana çıxması zərurəti yaranır. Daha səmərəli, daha inamlı bir seçki sistemi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə ehtiyac yaranır. Seçkilərdə İKT-nın tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur. Seçki sisteminin elektronlaşdırılması elektron dövlət formasının tərkib hissəsi sayılır.

 ELETRON SEÇKİ: Bildiyimiz kimi 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə dedikdə, səsvermə prosesinin elektron mühitdə aparılması prosesi başa düşülür. Elektron seçki dedikdə isə, seçici səslərinin qeydiyyatını və hesablanmasını həyata keçirən sürətli səssayma imkanına malik olan texnoloji sistem başa düşülür. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermədir. Başqa sözlə səslərin seçki prosesi keçirilən məkanda aparılmasını nəzərdə tutur. İkincisi isə, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda internet texnologiyalarının istifadəsinə əsaslanıb həyata keçirilən elektron seçki sistemidir.

Elektron seçki prosesində istifadə edilən texnologiyaları dörd qrupa ayırmaq olar.

   I qrup – pano kart sistemləri: Bu sistemdə seçici dəlikli kartlarda öz seçimini göstərmək şərti ilə kartı dəlir. Bu sistemləri istehsal edən iki əsas satıcı firma vardır: Datavote və Votomatic. Votomatic sistemlər 2002-ci ildə ABŞ-da seçkilərdə bir çox problemlər yaratmışdır və şikayətlərə yol açmışdır. Ona görə də Datavote daha inamlı sayılmağa başlanmışdır .

      II qrup – optik sistemlər: Bu sistemlər çox bahalıdır və istifadə çətinliyi var. Oxunma optic formada aparılır. Beələki seçici optik formalar üzərində namizədlərin adlarının üzərinə işarələr edir və qutuya qoyur. Səslər ya mərkəzdə, ya da həmin yerdə optic oxuyucu vasitəsilə sayılır.

      III qrup – xüsusi təchizatlı sistemlər: Burada proqramlaşdırılmış xüsusi təchizatlı sistemlər istifadə edilir. Sandıq seçicinin istifadəsi üçün elektron qutu halına gətirilir. Seçici bir-iki düyməni basmaqla seçim işi tamamlamış olur. Bəzilərində isə heç düymə də yoxdur, ekran üzərindən toxunma üsulu ilə seçim başa çatdırılır. Nəticələr rəqəmsal formada hesablanır və mərkəzə ötürülür. Mərkəzlə bağlı olmayan məntəqələrdə səsvermənin son nəticələri disketlər və ya CD-lərlə mərkəzə göndərilir. Bu sistemin əsas nümunəsi Braziliya və Hindistandadır. Braziliyada seçkilər bütünlüklə bu sistem üzrə həyata keçirilir. 

     IV qrup – İnternet-texnologiyalara əsaslanan sistemlər: Bu sistem tamamən proqramlaşdırılıb. Seçici onlayn rejimdə seçki psosesinin iştirakçısı olur. Seçici kompyuter vasitəsilə və ya komutatorun yardımıyla müvafiq seçim saytına girir. Qeydiyyatdan keçir və ekrana boş bülleten çıxır. Seçici səsvermə bülletenində namizədlər arasından seçimini edir və “göndər” düyməsini basır. İnternet-texnologiyalara əsaslanan və rəsmi orqanlar tərəfindən qəbul edilən ilk elektron seçki AmerikanınArizonaştatında Demokrat Partiyasının əyalət valiliyinə seçkilər zamanı tətbiq edilmişdir.                                               

ELEKTRON SEÇKİ SİSTEMİNİN ÜSTÜNLÜKLƏRİ

1. Seçici fəallığının yüksək olması;

2. Səsvermə prosesində və səslərin sayılması zamanı xətaların aradan qalxması;

3. Seçki sisteminə inamın artması;

4. Seçicinin yalnız bir namizədə səs verə bilməsi;

5. Etibarsız sayılan səslərin sayının azalması;

6. Fiziki imkanları və vaxtı məhdud olan seçicilərin daha praktik səs verə bilmələri;

7. Seçim prosesində gizliliyin təmin olunması;

8. Seçkilərdə qanun pozuntularının azaldılması;

9. Nəticələrin daha qısa zaman ərzində müəyyən olunması;

10. Mövcud seçki prosesinə nisbətən daha az insan əməyindən istifadə edilməsi;

11. Maliyyə xərclərinə qənaət edilməsi.

 

ELEKTRON SEÇKİ SİSTEMİNİN PROBLEMLƏRİ votting

      Elektron seçkidə də müxtəlif problemlər yarana bilər. Bu problemləri baş vermə səbəblərinə görə 3 qrupa ayırırlar:

  1. Texniki problemlər – bu zaman elektron qeydiyyat sistemi səsləri ya az, ya da səhv qeyd edir.
  2. Qeyri-düzgün istifadə –.bu zaman səsvermə başlanmazdan öncə əvvəlki seçkilərdən qalan nəticələr silinməmiş ola bilər və ya seçkidən sonra nəticələr əldə edilməmiş proqramdan səhv istifadə nəticəsində səslərin silinməsi baş verə bilər.
  3. Saxtakarlıq – sistemin proqramına müdaxilə edilə bilər və ya seçicinin düşünərək və görərək verdiyi səs onun düşündüyündən fərqli şəkildə qeyd edilmiş ola bilər

        2002-ci ildə ABŞ Konqresinin üzvləriFloridaştatındakı seçkilərdə nəticələri dəyişdirən proqram istifadə olunduğunu qeyd etmişdilər. Bundan başqa, 2003-cü ildə Virciniya ştatında keçirilən seçkilərdə 953 elektron seçki maşınının modem xəttində eyni zamanda problemlər yaranmışdı. Modemlər kənardan hakerlər tərəfindən hücuma məruz qaldığından nəticələri növbəti günə qədər əldə etmək mümkün olmamışdır. 2004-cü ildə Kaliforniya ştatındakı seçkilərdə baş vermişdir. İşarə tanıyan sistemin yetərli qədər sınaqdan keçirilməməsi səbəbi ilə 6692 səs yanlış qeydə alınmışdır.

ELEKTRON SEÇKİDƏ İSTİFADƏ OLUNAN ƏSAS METODLAR

       Səslərin verilənlər qismində elektron seçki maşınlarında toplanması ilə kifayətlənən ölkələr müxtəlif problemlər üzündən səslərin kağız nüsxəsinin saxlanılması ehtiyacını hiss etdilər. Həmin ölkələr bu səbəblə müxtəlif metodlar tətbiq etməyə başladılar. Bu metodlardan daha çox yayılanları aşağıdakılardır:

       Mercuri metodu: Amerika alimi Rebeka Mercuri elektron seçki ilə bağlı şübhələri aradan qaldırmaq, sistemin yaxşılaşdırılması və etibarın qazanılması üçün bir metod irəli sürmüşdür. Onun fikrincə, seçicinin verdiyi səs ilə sistem tərəfindən qeyd edilən, əlaqələndirilən və təsnifləşdirilən səsin eyni olduğunu tam olaraq təsdiq edən elektron sistem yoxdur. Bütün seçki sistemlərində xətalar baş verə bildiyindən, kağız bülletenlərə ehtiyac yaranır. Ona görə də bu metodda seçici səsini elektron qaydada qeyd etdikdən sonra ayrıca olaraq kağız bülleteni şüşəli ekranın arxasında görür. Bu bülleten seçici səs verdikdən sonra ayrı bir sandıqda etibarlı şəkildə toplanır. Etibarlı şəkildə saxlanılan bu kağız bülletenlər seçkinin nəticələrində şübhə yaranan zaman ehtiyac olduqda sayıla bilər. 

votting

      Chaum metodu: Chaum daha qarışıq bir sistem təklif edir. Bu sistemdə bəzi şifrələmə metodları istifadə edilərək, seçiciyə səs verdikdən sonra özü ilə apara biləcəyi qeyd edilmiş bir bülleten təklif edir. Bu, hər bir seçici üçün ayrıca olaraq çap edilir. Seçkidən sonra elektron seçki qurğusunun qeyd etdiyi səslər İnternetdə yayılır və seçici istərsə, öz verdiyi səsin bu səslər arasında olub-olmadığını yoxlamaq üçün əlindəki qeyd edilmiş bülletenlə müqayisə edə bilər.

 ELEKTRON SEÇKİDƏ DÜNYA TƏCRÜBƏSİ

 Müasir dövrdə ABŞ, Avstraliya, Kanada və bir çox bu kimi ölkələrdə elektron seçki ərazi üzrə keçirildiyi halda, Venesuela, Hindistan və Braziliya kimi ölkələrdə isə bütün ölkə səviyyəsində keçirilir. Hindistan seçkilərdə Electronic Voting Machines (“EVM”) sistemindən istifadə edilir. EVM-lərin sınaq istifadəsinə 1990-cı ildən sonra başlanıldı və 1998-ci ildən bütün ölkə üzrə tətbiq edildi. Hindistanda tətbiq edilən bu qurğular iki hissədən ibarətdir. Səsin qeyd hissəsi (səsvermə hissəsi) və bu hissənin naqillə birləşdiyi elektron səslərin toplandığı hissə (müşahidə, nəzarət hissəsi). İki hissə bir-biri ilə beş metrlik naqillə bağlıdır. Nəzarət hissəsi seçki nəzarətçisinin yanında, səslərin qeyd edildiyi hissə isə səsvermə kabinələrində yerləşdirilir. Braziliya bir seçki prosesində bütün ölkə üzrə elektron seçkidən istifadə edən ilk dövlətdir. Burada 1996-cı ildən başlayaraq elektron seçkidən istifadə edilir. Burada istifadə edilən elektron seçki qurğularının qiyməti təxminən 1000 dollar məbləğindədir. Bu ölkədə seçici səs verdikdən sonar Merkuri yanaşmasında olduğu kimi, qeyd edilmiş səsləri ekranda görə bilir. Venesuelada elektron seçkilərdə touch monitorlarından istifadə edilir. Bir şəxsin bir dəfədən artıq səsverməsinin qarşısını almaq üçün barmaq izləri alınır. Kanadada ərazi üzrə seçkilərdə 1990-cı ildən etibarən elektron seçkidən istifadə edilir. Artıq kiçik ərazilərdə bu iş başlanmışdır və əyalət səviyyəsində tətbiqi planlaşdırılır. Amerka Birləşmiş ŞtatlarınınMarkhambölgəsində Election Systems & Software firmasına məxsus sistemdən istifadə edilir. Albertdə 2004-cü illərdə touch monitorlu sistemlərdən istifadə edilmişdir.Saint JohnvəNew Brunswickəyalətləri 2004-cü ildə optik oxuyucuları tətbiq etmişdir.Ontario,MarkhamvəPrescottəyalətlərində İnternetlə səsvermə sistemindən istifadə edilmişdir.

      

 Hazırladı: Mushviq Huseynli, IT managment_QafqazUniversity\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.


Top