Bəşəriyyət yarandığı gündən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda çarpışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdisə, informasiyanın tədricən çoxalması nəti cəsində insan şəxsi biliklərinin az olmasını hiss etməyə başladı. İnformasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb olunurdu. Ona görə də o, müxtəlif qurğular düzəltməyə başladı. İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi dəyişikliklərə – informasiya inqilablarına gətirib çıxardı.
Bəşəriyyət, onun inkişafına daha çox təsir edən və informasiya inqilabı adlanan dörd mərhələdən keçmişdir. Birinci mərhələdə yazının meydana gəlməsi nəticəsində bilikləri saxlayaraq, gələcək nəsillərə ötürmək imkanı yarandı.
İkinci mərhələ (XVI əsrin ortaları) kitab çapının ixtirası ilə bağlıdır. Bu inqilab nə ti cə sində informasiyanın saxlanılmasının tamamilə yeni bir üsulu yarandı. İnsan informasiyanı saxlamaq, sistemləşdirmək və yaymaq üçün yeni bir vasitə əldə etdi.Bu vasitə mənəvi və mədəni dəyərləri böyük kütlələrə çatdırmağa imkanı verdi.
Üçüncü mərhələ (XIX əsrin sonu) elektrik cərəyanının kəşfi ilə bağlıdır. Teleqraf, telefon və radio yarandı. Onlar informasiyanı ixtiyari həcmdə və yüksək sürətlə ötürməyə və qəbul edib saxlamağa imkan verdi. İnfor masiya-kommunikasiya vasitələri yarandı.
Dördüncü mərhələdə (XX əsrin 70-ci illəri) mikroprosessor texnologiyası ixtira olundu və fərdi kompüterlər meydana çıxdı. İnformasiyanın elektrik və mexaniki va sitə ləri keçmişdə qaldı. Onları elektron vasitələr əvəz etdi. Bu vasitələr maşın və cihazları daha kiçik ölçüdə istehsal etməyə və proqramla idarə olunan qurğular yaratmağa im kan verdi. Dördüncü inqilabın baş verməsinin əsas səbəbi ötən əsrin 40-cı illərində elektron hesablama maşınlarının yaranması oldu.
Dördüncü informasiya inqilabı bəşəriyyə tin sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçməsinə təkan verdi. Bu, bir vaxt bəşəriyyətin aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidinə bənzəyirdi.
İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriy yəti in for masiyanın istehsalı, saxlanılması, emalı və onun istifadəsilə məşğul olur. İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri:
1. İnformasiyanın həcmi artdıqca onun emalı və saxlanması üçün insan xüsusi texniki vasitələrdən istifadə etməli olacaqdır.
İnformasiya cəmiyyətində insan və kollektivlər hər hansı bir qərarı qəbul edər kən müəyyən informasiya toplamalı, onu emal və təhlil etməlidir. İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal etməyə qadir deyil. O, bu işə xüsusi texniki vasitələri cəlb edir.
2. Kompüterlərdən istifadə qaçılmaz olacaqdır. İnformasiya cəmiyyətində kompüterlərdən istifadə olunması labüddür. Bu, etibatlı informasiya mənbə lərindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
3. Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalı olacaqdır. XX əsrin ikinci yarısında insanların müəyyən bir qisminin maddi məhsul istehsalından informasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə maddi sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbəqəsi yarandı. Bu insanlar (müəllimlər, bank işçiləri, proqramçılar və s.) informasiyanı emal etməklə məşğul olurdular. Yeni cəmiyyətdə isə maddi nemətlər daha çox «informasiya tutumlu» olacaq. Onun dəyəri isə innovasiyalardan, dizayn həllərindən, marketinq keyfiyyətindən asılı olacaq.
4. İnformasiya cəmiyyətində istehsal olunacaq məhsul bilik və intellekt olacaqdır ki, bu da ümumiyyətlə, əqli əməyin payını artıracaqdır. İntellektual əməklə bağlı sənət sahələrini seçən insanların sayı artacaqdır.
5. Dəyərlər dəyişərək, yeni həyat tərzi formalaşacaq, asudə vaxtda məşğuliyyətlər dəyişəcəkdir. Artıq indi kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar uzaq məsafədə yerləşən bir neçə oyunçunu özündə birləşdirən şəbəkə sisteminə transformasiya olunur. İnternetdə vaxt keçirənlərin sayı artır. Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edirlər, lazımi ədəbiyyatı tapıb oxuyurlar və s. İnternetdə gap xidmətləri [chat] və ICQ xidməti istifadəçilər tərəfindən çox bəyənilir. Bu xidmətlər vasitəsilə uzaq məsafələrdə olan insanlar real zaman rejimində bir-birlərilə əlaqə saxlayırlar.
6. Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edəcək.
İnternet şəbəkəsi ayda 10-15% artacaq və onun istifadəçilərinin sayı yüz milyonlarla ölçüləcək. Özündə müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına gətirib çıxaracaqdır. İnformasiyanı saxlayan qurğular isə bapbalaca – ovucun içində yerləşən ölçüdə olacaq. Bu qurğular daxilində həcmi bir neçə ensiklopediyaya bərabər olan şəxsi universal soraqçalar da yerləşdiriləcəkdir. Bu qurğuları şəbəkəyə qoşub operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar almaq mümkün olacaqdır.
7. Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olacaqdır. Mənzillər naqillər sisteminin əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunacaqdır. İnformasiya kabeli rabitə, televiziya kanallarını və İnternetə çıxışı özündə birləşdirəcəkdir. Xüsusi elektron blok bütün məişət avadanlıqlarına və yaşayış sistemlərinə nəzarət edəcək, binalar “ağıllı” olacaqdır. “Ağıllı binalar”la yanaşı “ağıllı avtomobil”lər də yaranacaqdır. Onlarda avtomobilin texniki hissəsinə cavab verən kompüterdən başqa, şəhər informasiya xidmətlərinə qoşulan sistem də işləyəcək. Belə avtomobil “ağıllı ev”lə əlaqədə olacaq və hətta evi idarə də edə bilə cək.
8. Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edəcək, insan isə, əsas etibarilə, informasiyanın emalı ilə məşğul olacaq. İstehsalatda insanların sayı azalacaq, onların yerini robotlar və manipulyatorlar tutacaqdır.
9. Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaradılacaq. İnsanlar zamanla ayaqlaşmaq üçün, sənəti dəyişmək və cəmiyyətdə layiqli yer tutmaq üçün ömrü boyu oxumaq imkanı qazanacaqlar.
10. Uşaqlar kompüter proqramları və telekommunikasiyalar vasitəsilə evdə təhsil ala biləcəklər. Bununla əlaqədar tədris prosesində təlimin formaları dəyişəcək və təlimin tərbiyəvi aspektlərilə bağlı problemlər yarana biləcəkdir.
11. İnformasiya xidmətləri bazarı yaradılaraq inkişaf etdiriləcək. İnformasiya məhsul və xidmət növünə çeviriləcək. Bu məhsulu adi əmtəə kimi alıb-satmaq mümkün olacaqdır.
Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya böhranı şəraiti əmələ gəlməli idi. Bu şərait XX əsrdə yarandı. İnsanın üzərinə sel kimi gələn böyük həcmdə informasiya axınında istiqamət götürmək qeyrimümkün oldu. Artıq və lazımsız olan çoxlu miqdarda informasiya yarandı. İnformasiya cəmiyyətinə keçid isə müxtəlif sahələrdə informasiyanın ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə edilməsi ilə başlandı. Bu proses infor masiyalaşdırma adlanır.
Cəmiyyətin informasiyalaşdırma prosesi sənaye cəmiyyətinin informasiya cəmiyətinə keçməsini təmin edir.
Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq imkanı verir. Son dövrlərə kimi «informasiyalaşdırma» sözü əvəzinə «kompüterləşdirmə» sözündən istifadə olunurdu. Lakin «kompüterləşdirmə» sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir. Cəmiyyətin informasiyalaşdırılması isə kompüterləş dirməyə nisbətən daha geniş anlayışdır. Belə ki, bu gün texniki vasitələr deyil, sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Kompüterləşdirmə isə informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır.
İnformasiya mədəniyyəti.
İnsan mədəniyyəti
• bilik, bacarıq və peşəkar vərdişlər ilə;
• intellektual, estetik və mənəvi inkişaf səviyyəsinə görə;
• insanlarla ünsiyyətin forma və üsulları ilə müəyyən olunur.
İnsanın şəxsi mədəniyyəti
• əqli inkişaf səviyyəsinə görə;
• peşəkarlıq və yaradıcılıq fəaliyyətinin xarakterinə görə müəyyən olunur.
Bu o deməkdir ki, insan nə qədər öz zehni qabiliyyətlərini inkişaf etdirirsə, nə qədər düşünür, fikirləşirsə, bir o qədər öz şəxsi mədəni səviyyəsini yüksəltmiş olur. Ona görə də elm və incəsənətlə məşğul olan insanın mədəni səviyyəsi daha yüksək olmalıdır. İnformasiya cəmiyyətinə keçərkən insanın ümumi mədəniyyətinə daha bir kateqoriya əlavə olunur – informasiya mə dəniyyəti.
İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işləmək və onun qəbul edil — məsi, emalı və ötürülməsi üçün kompüter texnikasından, müasir texniki vasitə və üsullardan istifadə etmək bacarığıdır.
İnsanın informasiya mədəniyyəti dedikdə aşağıdakılar başa düşülür:
– telefondan tutmuş fərdi kompüter və kompüter şəbəkələrinə ki mi müxtəlif texniki cihazlardan istifadə etmək vərdişlərinə yiyələnməsi;
– informasiya texnologiyalarına yiyələnmək qabiliyyətinin ol ması;
– dövri mətbuat və elektron kommunikasiyalarından informasiya əldə etmək bacarığının olması;
– informasiyanı aydın şəkildə təqdim etmək və ondan maksimum səmərə ilə istifadə etmək bacarığının olması;
– informasiyanın emalının müxtəlif üsullarını bilməsi;
– müxtəlif informasiya növlərilə işləmək bacarığının olması.
İnformasiya resursları. Hər bir dövlət, cəmiyyət, şirkət və adi insan özünün həyat fəaliyyəti üçün zəruri olan resurslara malikdir.
1. Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur?
2. İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır?
3. Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlana bilərmi?
4. İnformasiya mədəniyyəti nədir?
5. İnformasiya resurslarına nə daxildir və onların başqa resurslardan fərqi nədədir?
İnformasiya resurslarına elmi-texniki biliklər, ədəbiyyat və incəsənət əsərləri, ictimai-dövlət əhəmiyyətli digər informasiyalar daxildir.
Resurs müxtəlif vəsaitlərin ehtiyatı, mənbəyi deməkdir.
Müasir cəmiyyətdə maddi, xammal, enerji, əmək və maliyyə resursları ilə yanaşı, informasiya resursları da mövcuddur.
İnformasiya resurslarından başqa, istənilən resurs işləndikcə yox olur. Məsələn, yanacaq yanıb qurtarır, maliyyə vəsaiti xərclənir və s. İnformasiya resursu isə «bitib tükənmir», ondan coxlu sayda istifadə etmək mümkündür.