Əgər qəbul edən +7 volt və 5 millisaniyə tezliyində siqnalı qəbul etmək üçün qurulubdursa o zaman tezlik fərqi yaranacaqdır. Belə halda göndərilən məlumat qarşı tərəfdə anlaşılmayacaqdır və ötürülmə başa çatmayacaqdır. Fiziki lay bu növ vacib problemləri həll edir. Şəbəkə kartı istehsalçıları bu problemləri nəzərə alaraq eyni tezlikləri istifadə edən şəbəkə kartları istehsal etməyə qərar vermişdirlər. Ona görə də şəbəkə kartları bir-birləri ilə problemsiz işləyirlər. Fiziki layda istifadə olunan və ən çox adı çəkilən texnologiyalardan hələlik bir neçəsi ilə sizi tanış etmək istəyirəm.
ISDN (Integrated Services Digital Network)
ISDN, mövcud analoq telefon şəbəkəsinin rəqəmsal alternatividir. Normal bir telefon xətti kimi bir telefon nömrəsini yığaraq həm rəqəmsal, həm də analoq xətlərlə bağlantı qurula bilər. ISDN texnologiyasını adi analoq xətlərdən ayıran ən önəmli özəllik tamamən rəqəmsal təmiz bir səs kanalına sahib olması və eyni anda məlumat(data) mübadiləsinə yol verməsidir. Səs, görüntü, məlumat kimi hər cür informasiyanın rəqəmsal bir məkanda birləşdirib eyni xətt üzərindən mübadiləsini mümkün edən bir xəbərləşmə şəbəkəsidir.
xDLS (Digital Subscriber Line)
DSL-in qabağındakı x işarəsi onun fərqli versiyalarının, yəni: ADSL, ADSL2, ADSL 2+, SDSL, VDSL olmasıdır.
ADSL (İngiliscə: Asymmetric Digital Subscriber Line), Asimmetrik Rəqəmsal Abunə Xətti, bu günlərdə internetə qoşulmaq üçün ən çox istifadə olunan qoşulma texnologiyalarındandır. Asimmetrik sözü, məlumatın transfer sürətinin, göndərmə və alma üçün bərabər olmadığını göstərir. Yəni istifadəçinin məlumatı alma sürəti, göndərmə sürətindən yüksək olur.
ADSL 2+ ITU(International Telecommunication Union)-nun yaratdığı bir standartdır. Bu texnologiya 24 Mbit/s sürətində məlumat almağa imkan verir.
SDSL- Simetrik DSL, yəni məlumat eyni tezliklə ötürülür və qəbul olunur.
VDSL (Very High-bit-rate Digital Subscriber Line) ADSL-ə çox bənzəyən bu DSL texnologiyası, telefon və ISDN servislərində gəliş yönündə 55.2 Mbps, gediş yönündə 19.2 kbps-2.3 Mbps arası trafikdən istifadə edə bilir. VDSL, simetrik olaraq da işləyə bilir. VDSL-in ADSL-dən ən tez gözə çarpan fərqi göndərmə məsafəsinin azlığındadır. 13 Mbps sürət üçün 1.5 km, 55.2 Mbps üçün 300 m məsafəyə göndərə bilir. VDSL əsasən FTTN (Fiber to The Neighborhood)-də çox istifadə olunur.
Məlumat bağlantısı layı məlumatı Fiziki Laya çatdırmaq və istifadə eləməklə bağlı qaydaları tənzim edir. Məlumat bağlantısı layının böyük bir bölməsi şəbəkə kartı içində həyata keçirilir. Məlumat bağlantısı layı şəbəkə üzərindəki digər kompüterlərin aydınlaşdırması, kabelin o anda kimin tərəfindən istifadə olunduğunun təsbit edilməsi və fiziki laydan gələn məlumatın xətalara qarşı kontrolu vəzifəsini yerinə yetirir. Məlumat bağlantısı layı iki daxili bölməyə ayrılır:
Məlumat Bağlantısı |
LLC |
MAC |
Logical Link Control (LLC) – Məntiqi Bağlantı Kontrol
Media Access Control (MAC)- Media Keçid Kontrolu
MAC alt layı məlumata xəta kontrol kodu CRC ilə məlumatı qəbul edəcək kompüterin və məlumatı göndərən kompüterin MAC ünvanlarını birlikdə paketləyir və fiziki laya ötürür. MAC adres bax elə bu layda yerləşdirilir. Qəbul edən tərəfdə də bu işi tərsinə görür MAC adreslərini (ünvanlarını) oxuyur əgər ona gəlibsə məlumatı məlumat bağlantısı layının içindəki ikinci alt laya LLC-ə ötürür.
LLC alt layı, yuxarı lay olan şəbəkə layı (3-cü lay) üçün keçid vəzifəsini görür. Protokollara məxsus məntiqi portlar yaradır (Service Access Points, SAP). Beləcə mənbə olan kompüterdə və hədəf olan kompüterdəki eyni protokollar mübadiləyə keçə bilirlər. Məsələn: TCP/IP \LeftrightarrowTCP/IP. Bundan əlavə LLC məlumat paketlərindən xarab göndərilənlərin və qarşı tərəfdə xarab çatanların təkrar göndərilməsi ilə vəzifələndirilib. Digər vəzifəsi Flow Control nəzarətidir. Flow Control qəbul edənin (digər kompüterin) işləyə biləcəyindən çox məlumat paketinin göndərilməsinin qarşısını almaq üçün nəzarət sistemidir.
Data Link layından bir alt mərhələdə elektron media üzərindən məlumatların necə göndəriləcəyi ya da məlumatların bu mediada necə yerləşdiriləcəyi təyin olunur. Bu layda Ethernet, ya da Token Ring kimi tanınan ötürmə texnologiyaları çalışır. Bu texnologiyalar məlumatları öz protokollarına uyğun olaraq işləyib ötürürlər. Bu mərhələdə məlumatlar müəyyən parçalara bölünür. Həmin parçalara paket, ya da frame (kadr) deyilir. Frame-lər məlumatları müəyyən bir ölçüdə göndərilməsini təmin edən paketlərdir. Məlumat xətti layında yayılmış şəkildə istifadə olunan protokollar Ethernet və Token Ring-dir.
Şəbəkə layında fərqli bir şəbəkəyə məlumat göndərilən zaman yönləşdiricilərin(router) istifadə edəcəyi məlumatın (yəni istiqamət bilgilərinin) əlavə olunduğu laydır. Ola bilsin məlumat göndərmək istədiyin kompüter sənin hub-ında yerləşmir və sən göndərilməli olduğun hub-ın adresini verirsən. Elə bil Bakıdan Vilvan kəndinə getməlisən, amma bilmirsən hansı rayonun kəndidi. Ona görə adresi Lənkəran hub-dakı Vilvan adresinə getməli olduğunu bildirməlisən. IP protokolu bu layda fəaliyyət göstərir. İp məlumatlarında Subnetmask ünvanı yuxarıda izah olunan şəbəkələr arası ünvanın təyin olunması üçündür.
Daşıma layı üst laylardan gələn məlumatı şəbəkə paketi səviyyəsində parçalara bölür. NetBEUI, TCP və SPX kimi protokollar bu layda çalışır. Bu protokollar paketlərin xəta kontrolu kimi məsələlərini yerinə yetirir. Daşıma layı alt laylar Transport Set və üst laylar Application Set arasında keçid vəzifəsini görür. Alt laylar məlumatın nə olduğuna baxmadan qarşı tərəfə yollama işini görən zaman, üst laylar da istifadə olunan təchizat ilə maraqlanmadan məlumatın özü ilə məşğul olurlar. Yəni baxmırlar hansı şəbəkədən gəlib, hansı MAC adres göndərib, sadəcə olaraq məlumatı yoxlayırlar. Əgər məlumat tam deyilsə alt laylar vasitəsi ilə digər kompüterə məlumatın tam gəlmədiyini bildirirlər.
Sessiya layı bir kompüterin eyni anda birdən çox kompüterlə əlaqədə olduğu zaman, lazım olan doğru kompüterlə danışa bilmə imkanı yaradır. Məsələn, A kompüteri B üzəridəki printerə çap əmri verəndə, C kompüteri B üzərindəki diskdən istifadə edirsə, B həm A ilə olan, həm də C ilə olan əlaqəni eyni anda saxlamaq məcburiyyətindədir. Bu layda çalışan NetBIOS və Sockets kimi protokollar fərqli kompüterlərlə eyni anda olan əlaqələri idarə etmə imkanı verir.
Təqdim etmə layının ən önəmli vəzifəsi yollanan məlumatın qarşı kompüter tərəfindən başa düşülən halda olmasını təmin etməkdir. Beləcə fərqli proqramların bir-birilərinin məlumatını istifadə edə bilməsi mümkün olur.
Dos və Windows 9x, mətin tipli məlumatı 8 bit ASCII kimi qəbul edirsə (məsələn, A hərfini 01000001 kimi), NT bazalı əməliyyat sistemləri üçün istifadə olunan 16 bit Unicode (A hərfini 0000000001000001 kimi) qəbul edir. Ancaq istifadəçi təbii ki, sadəcə A hərfi ilə maraqlanır. Təqdim etmə layı bu kimi fərqlilikləri aradan götürür.
Son vaxtlarda Təqdim etmə layı şəbəkə ilə bağlı deyil, proqramlarla bağlı hala gəlmişdir. Məsələn, əgər siz iki tərəfdə də “.gif” formatını aça bilən bir şəkil göstərici proqram istifadə edirsinizsə, bir kompüterin digər bir kompüter üzərindəki şəkil faylını açması əsnasında təqdim etmə layına bir iş düşmür. Təqdim etmə lay istifadə etdiyi kompüterdə həmin formatı oxuya bilən proqramlardan birini istifadə edərək şəkili açacaqdır.
Tətbiq etmə layı proqramların şəbəkəni istifadə edə bilməsi üçün ləvazimatlar təqdim edir. Microsoft API-ləri tətbiq etmə layında çalışır. Proqram yazan zaman proqramçı API-ləri istifadə edərək, məsələn bir şəbəkə sürücüsünə çatmaq lazım olduğunda API içindəki hazır texnologiyanı götürüb öz proqramında istifadə edir. Alt laylarda gerçəkləşən onlarca fərqli əməliyyatın heç birisi ilə məşğul olmaq məcburiyyətində qalmır.
Tətbiq etmə layı üçün yaxşı misal HTTP-dir. HTTP protokoldur, proqram deyildir. Yəni qaydalar toplusudur. Bu topluya görə çalışan IE (İnternet Explorer) Browser eyni protokolu istifadə edən Web təqdim edicisinə çatır və onu istifadəsi ilə birbaşa məşğul olur. Bu lay alt laylardan nisbətən daha az istifadə olunur. Burada birbaşa əlaqəyə yardım edən TCP\İP protokolları vardır.
Laylar |
Laylarda istifadə olunan Protokollar və Texnologiyalar |
Şəbəkə komponentləri |
7. Lay - Tətbiqetmə |
DNS; FTP; TFTP; BOOTP; SNMP;RLOGIN; SMTP; MIME; NFS; FINGER; TELNET; NCP; APPC; AFP; SMB |
Gateway |
6. Lay – Təqdimetmə |
|
Gateway Redirector |
5. Lay - Sessiya |
NetBIOS; Names Pipes; Mail Slots; RPC;
|
Gateway |
4. Lay - Daşıma |
TCP, ARP, RARP; SPX NWLink NetBIOS / NetBEUI ATP |
Gateway Advanced Cable Tester Brouter
|
3. Lay – Şəbəkə |
IP; ARP; RARP, ICMP; RIP; OSFP; IGMP; IPX NWLink NetBEUI OSI DDP DECnet |
Brouter Router Frame Relay Device ATM Switch Advanced Cable Tester
|
2. Lay – Məlumat Bağlantısı |
Logical Link Control(LLC) SAPs 802.1 OSI Model 802.2 Logical Link Control
Media Access Control(MAC) 802.3 CSMA/CD (Ethernet) 802.4 Token Bus (ARCnet) 802.5 Token Ring 802.12 Demand Priority |
Bridge Switch ISDN Router Intelligent Hub NIC Advanced Cable Tester
|
1. Lay - Fiziki |
IEEE 802 IEEE 802.2 ISO 2110 ISDN
|
Repeater Multiplexer Hub Passive Active TDR Oscilloscope Amplifier |