61. Kommunikasiya
Rabitə, informasiya mübadiləsi, rabitə vasitəsi, informasiya vasitəsi, eləcə də kontakt, ünsiyyət, kimi mənalarda işlədilir.
62. Kompüterləşmə
Kompüterlərin tətbiqi nəticəsində insan fəaliyyətinin müxtəlif sahələrində informasiya proseslərinin və texnologiyalarının avtomatlaşdırılmasının təmin edilməsi.
Personal kompüterdə işləmək üçün minimal bilik və bacarıqlara yiyələnmək. Bu gün oxumaq və yazmaq qədər vacib olan bacarıqdır.
64. Kütləvi kommunikasiya
Xüsusi vasitələrin – mass medianın köməyi ilə bir qrup insana eyni zamanda informasiyanın ötürülmə prosesi.
65. Kompetentliyin artırılması
Ayrı-ayrı şəxslərin, sosial qrupların, təşkilatların, müəssisələrin və dövlət orqanlarının qlobal Biliklər Cəmiyyətinə və biliyə əsaslanan iqtisadiyyata daxil olmasına və onların tələbatına uyğun adekvat həllər qəbul etməyə imkan verən bilik və vərdişlərin əldə edilməsinə yönəlmiş tədbirlərin nəticəsidir.
66. Qloballaşma
Bütün dünya üzrə informasiya texnologiyalarının, məhsullarının və sistemlərinin yayılması ilə iqtisadi və mədəni inteqrasiyaya xidmət edən prosesdir. Bu prosesin tərəfdarları gələcək tərəqqini qlobal informasiya cəmiyyətin formalaşmasında görürlər. Opponentlər isə qloballaşmanın milli-mədəni dəyərlərə təhlükə olduğunu deyirlər.
67. Qlobal informasiya infrastrukturu
Formalaşdırılması 1995-ci ildə dünyanın bir qrup inkişaf etmiş dövlətləri tərəfindən başlanan, keyfiyyətcə yeni informasiya infrastrukturudur. Yaradıcılarının fikrincə, qlobal informasiya infrastrukturu qlobal və regional informasiya kommunikasiya sistemlərinin, eləcə də rəqəmli televiziya və radio yayımı, peyk və səyyar rabitə sistemlərinin inteqrasiyası sayəsində yer kürəsinin bütün əhalisinə hər tərəfli xidmət verə biləcək inteqrə olunmuş ümumdünya informasiya şəbəkəsi olacaq.
68. Qarşılıqlı əlaqə
Sistemin komponentlərinin bir-biri ilə bağlılığı, birləşmə imkanı (məsələn, kompüterlər öz aralarında), qarşılıqlı əlaqədə ola bilmək (məsələn, proqramlar öz aralarında).
69. Mass media (KİV)
Kütləvi informasiya vasitələri - sinonim
Dövrü mətbuat (qəzetlər, jurnallar və kitablar), radio, televiziya, səs və videoyazma, videotext, teletext, reklam lövhələri, internet-nəşrlər və s. Bütün bu vasitələri səciyyələndirən əsas xüsusiyyət onların kütləvi auditoriyaya yönəlmiş olması, informasiyanın istehsalı və yayılmasının korporativ xarakter daşımasıdır.
70. Mobil telefoniya
Müasir məişətdə daşınan telefon qurğularının tətbiq edilməsidir. Tədqiqatlar göstərir ki, mobil telefonlar müasir insanın həyat tərzinin və təfəkkürünün dəyişməsinə əhəmiyyətli təsir göstərir.
71. Multimedia
Səs, təsvir və mətndən istifadə edərək müxtəlif media vasitələrinin kombinasiyası.
1. İnteraktiv proqram təminatı vasitəsilə vizual və audio effektlərin qarşılıqlı əlaqəsi. Adətən mətn, səs və qrafiklərin, son zamanlar isə daha çox animasiya və videonun qarşılıqlı uzlaşmasını ifadə edir. Мултимедийа веб-говшагларынын характер, щятта ясас хцсусиийяти гиперлинклярдир.
2. Mətn, səs və rəqəmli siqnalların, eləcə də hərəkətli və hərəkətsiz təsvirlərin uzlaşmasını bildirən anlayışdır. Multimedia məlumatlar bazası mətn və təsvir tipli informasiyaları, video klipləri özündə birləşdirir. Multimedia telekommunikasiya xidməti istifadəçiyə istənilən tip informasiyanı göndərmək və qəbul etmək imkanı verir.
72. Rəqəmləşdirmə (Digitalisation)
İnformasiyanın rəqəm formasına çevrilməsi.
73. Rəqəmsal (rəqəmli) dünyada həyat
Massaçusets Texnoloji İnstitutunun media laboratoriyasının direktoru Nikolas Neqrapontenin 1996-cı ildə nəşr olunmuş məşhur kitabının adıdır. Kitabda o yaxın gələcəkdə bizim dünyamızın rəqəmsal olacağını deyir.
74. Rəqəm iqtisadiyyatı
Təsərrüfat fəaliyyəti rəqəmli telekommunikasiyaların köməyi ilə həyata keçirilən iqtisadiyyat.
75. Rəqəm əsri
Termin rəqəmli texnologiyanın geniş yayılması prosesində meydana çıxmışdır. Bu proses müasir həyatın bütün sosial-mədəni aspektlərinə mühüm təsir göstərdiyindən bu dövr rəqəm əsri kimi xarakterizə olunur.
76. Sinergetika
Müxtəlif təbiyyətli strukturların (sistemlərin) öz-özünə təşkili, yaranması, davamlı saxlanması və dağılması proseslərinin riyazi fizika üsulları («formal texnologiyalar») əsasında öyrənilməsi ilə məşğul olan elm sahəsi. Sinergetik yanaşma şəbəkə informasiya məkanı kimi mürəkkəb sisteminin öyrənilməsində də tətbiq olunur.
77. Şəbəkə təşkilatı
İstehsalın və biznesin idarə edilməsində şəbəkə rabitəsindən, münasibətlərindən və texnologiyalarından istifadə edən təşkilatlardır.
78. Şəbəkə iqtisadiyyatı
1. Elektron şəbəkələrinin köməyi ilə həyata keçirilən iqtisadiyyat. Şəbəkə iqtisadiyyatının əsasını şəbəkə təşkilatları təşkil edir.
2. İqtisadi sistemin hər hansı bir yerində olmaqla hər bir kompaniyanın və ya fərdin asanlıqla və minimal xərclərlə digər kompaniyalarla və fərdlərlə birgə iş, ticarət, ideya mübadiləsi (nou-hau) və s. aparmaq üçün əlaqəyə girməsinə imkan verən mühit.
79. Şəbəkə cəmiyyəti
İnformasiya əlaqələrinin əsas hissəsinin elektron şəbəkələrin köməyi ilə aparıldığı cəmiyyət.
80. Şəbəkə texnologiyaları
Şəbəkə rejimində qarşılıqlı əlaqələri təmin edən texnologiyalar.
Həmçinin bax:
Mənbə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. — Bakı, 2007.