41. İnformasiya cəmiyyəti
46. İnformasiya məhsulları 51. İnformasiya cinayəti
56. İKT-nin tətbiqləri Həmçinin bax:
İnformasiya və biliklərin cəmiyyətin həyatındakı rolunun yüksəlməsi, infokommunikasiyanın, informasiya məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanının yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını, informasiya məhsullarına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarını ödənməsini təmin edən müasir sivilizasiyasının inkişafının bir pilləsidir.
42. İnformasiya silahı
İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və vasitələrin məcmusudur.
43. İnformasiya məkanı
1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.
2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eyniləşir.
44. İnformasiya Kommunikasiya İnfrastrukturu
Ərazi üzrə paylanmış dövlət və korporativ informasiya sistemləri, rabitə xətləri, şəbəkələr və ötürücü kanallar, kommutasiya vasitələri və informasiya axınının idarə edilməsi, həmçinin onların effektiv işləməsini təmin edən hüquqi və normativ mexanizmlər və təşkilati strukturların, məcmusudur.
45. İnformasiya tələbatı
Qeyri-maddi tələbatın bir növüdür. Hər hansı bir məqsədə çatmaq və ya konkret bir tapşırığı yerinə yetirmək üçün informasiyaya olan tələbatdır.
İnformasiya resurslarının bütün növləri, proqram məhsulları, məlumat bazaları və əmtəə formasında təqdim olunan digər informasiyalar.
47. İnformasiya prosesləri
İnformasiyanın yaradılması, yığılması, saxlanılması, işlənməsi, təsviri, ötürülməsi, yayılması və istifadəsi prosesləridir.
48. İnformasiya resursları
İnformasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat bazalarında, muzeylərdə və s.) olan sənədlər toplusudur.
49. İnformasiya xidmətləri
İstifadəçilərə informasiya məhsullarının təqdim olunması ilə onların informasiyaya olan tələbatının ödənilməsi
50. İnformasiya şəhəri
Sənayesonrası iqtisadi strukturа malik olan, əsas fəaliyyət sahələri idarəetmə, maliyyə, elmi araşdırmalar, ali təhsil, mədəniyyət, informasiya xidməti, KİV, işgüzar xidmətlər (reklam, məsləhət, informasiya və s.) olan və işləyənlərin yarıdan çoxunun bu fəaliyyət sahələrində məşğul olduğu şəhərdir.
Tamahkarlıq və ya xuliqanlıq niyyəti ilə informasiya sistemi və şəbəkələrindən informasiyanın oğurlanmasına və dağıdılmasına yönələn əvvəlcədən düşünülmüş qərəzli hərəkətlər.
52. İnformasiya bazarı
İKT, informasiya məhsulları və xidmətləri bazarı.
53. İnformasiya
Təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisələr və proseslər haqqında məlumatlar.
54. İnformasiyanın ümumiləşdirilməsi
Ayrı-ayrı sadə (lokal) hadisələr haqqında məlumatların ümumiləşdirilərək daha yüksək səviyyəli hadisə haqqında informasiyaya çevrilməsi. Məsələn, ayrı-ayrı regionlarda gedən sosial-iqtisadi inkişaf haqqında məlumatların bütövlükdə ölkənin iqtisadi inkişafı haqqında məlumat şəklində ümumiləşdirilməsi.
55. İnformasiya istifadəçisi
Özünə lazım olan və istifadə etdiyi informasiyanın alınması məqsədilə informasiya sistemlərinə müraciət edən subyekt.
Teleiş teletəbabət, distant təhsil və yenidən hazırlığ, yol hərəkətinin teleidarəsi kimi peşəkar və ya fərdi sahələrdə telematika xidmətləri.
57. İKT-dən istifadə etməklə inkişaf
İKT-nin kütləvi istifadəsinə əsaslanan sosial-iqtisadi inkişaf.
58. İKT-nin sosial təsiri
İKT-nin iqtisadiyyata, əmək və məşğulluğa, təhsil və mədəniyyət sahələrinə, sosial struktura, ev və ailəyə, gündəlik həyata və bütövlükdə cəmiyyətə təsiri.
59. İstehlakçı üçün biznes
(B&C)
1. Qeyri-formal termin olub mal, xidmət və informasiya satışı məqsədi ilə kompaniyaların son fiziki istehlakçılarla qarşılıqlı əlaqə prosesini ifadə edir.
2. Elektron kommersiyanın bir modelidir. İstehsalçı ilə məhsulun son istehlakçısı arasında sövdələşmələr elektron yolla həyata keçirilir.
60. Kiberməkan
Amerika həyatından gələn və ilk dəfə Uilyam Gibsonun «Le Neuromacien» pyesində verilmiş anlayışdır. Kiberməkan dünyanın bütün kompüterlərində olan elektron verilənlərin dövr etdiyi virtual məkanı təsvir edir.
Mənbə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. — Bakı, 2007.