1948-ci ildə elektron lampaların yerinə tranzistorlardan istifadə olunmağa başladı. 50-ci illərin ortalarında tranzistorlardan ibarət komputerlər istifadə olunurdu.Tranzistorlardan istifadə komputerlərin ölçülərinin də balacalaşmasına gətirib çıxardı. 1965-ci ildə Digital Equipment firması tərəfindən indiki soyuducuların ölçüsündə və qiyməti 20000 dollar olan birinci mini komputer PDP-8 yaradıldı.
Komputerlərin miniatürləşməsində bu zamandan etibarən inteqral sxemlərdən istifadəolunmağa başladı.1958-ci ildə C.Kilbi bir neçə tranzistorun bir yarımkeçiricidə birləşməsini fikirləşmişdi.1959-cu ildə İntel firmasının gələcək banisi olan R.Noys elektron sxemlərdən inteqral sxemlər hazırlamağı bacardı.Bunları çip adlandırmağa başladılar.1968-ci ildə Burroughs inteqral sxemli ilk komputeri istehsal etdi.1970-ci ildən başlayaraq İntel firması yaddaş inteqral sxemləri-çiplər istehsal edərək satmağa başladı.1970-ci ildə M.Hoff ilk mikroprosessor olan İntel-4004 yaratdı.Bu prosessor eyni vaxtda ancaq 4 bit informasiya ötürürdü.İntel firması 1973-cü ildə 8 bitli mikroprosessor olan İntel-8008 yaratdı.1975-ci ildə ilk kommersiya yönümlü komputer olan Altair-8080 yaradıldı.Bu komputer MİTS firması tərəfindən buraxılırdı.1975-ci ilin axırında P.Allen və Microsoft şirkətinin gələcək banisi olan B.Qeyts Beyzik dilinin interpretatoru olan versiyanı yaratdılar.1981-ci ilin avqustunda IBM firması tərəfindən yeni komputer olan IBM PC yaradıldı.Bu nəsil komputerlər personal komputerlər adlandırılmağa başlandı.Personal komputerlərdə yüzlərcə qiqabayt informasiyanı saxlamaq olar və onlara girişi saniyənin onmində bir hissəsində almaq olar.Komputerdə ən əsas element onun "beyni" olan mikroprosessordur.Mikroprosessorun taktik tezliyi Mhers-lə ölçülür.Mikroprosessordan əlavə soprosessor da vardır ki,o əsasən mikroprosessora müxtəlif riyazi əməliyyatları yerinə yetirməkdə kömək edir.