Komputerlərin yaranma tarixi

Komputerlərin yaranma tarixi

Komputer sözü ingilis sözü olub-"computer" hesablayıcı deməkdir.Minlərlə il bundan əvvəlcə hesablama üçün çubuqlardan, daşlardan istifadə olunurdu.1500 il bundan əvvəl abak meydana gəlmişdir. 1642-ci ildə B.Paskal vurma əməlini yerinə yetirən mexanik qurğu kəşf etdi.1673-cü ildə V.Leybnits dörd arifmetik əməli yerinə yetirən arifmometr adlanan cihaz hazırladı.Bunlarla bərabər hesabdar adlanan ixtisas da meydana gəldi.Hesabdar arifmometrlə işləyərək cəld və dəqiq ayrıca ardıcıllıqla instruksiyanı yerinə yetirirdi.Belə ardıcıllıq proqram adlanırdırılmağa başlandı.
XIX əsrin I yarısında ingilis riyaziyyatçısı Ç.Bebbic universal hesab maşını-Analitik maşın yaratdı.Bunun üçün o perfokartlarla işləyən proqramdan istifadə etdi və verilənlərin saxlanması üçün anbar-müasir terminalogiyada yaddaş tətbiq etdi.Bebbic öz işini sona çadıra bilmədi.Bir də ki,o əsas ideyanı işləyib hazırlamışdı.1943-cü ildə amerikalı H.Eyken Bebbicin işinin köməkliyi ilə XX əsrin texnikası əsasında elektromexanik rele ilə işləyən Mark-1 maşınını hazırladı.Hələ bundan əvvəl 1941-ci ildə alman mühəndisi K.Çuz Bebbicin ideyalarından istifadə edərək analoji maşını yaratmışdı.1943-cü ildən başlayaraq ABŞ-da C.Moçli və P.Ekertin rəhbərliyi altında mütəxəssislər qrupu elektromaqnit lampaları ilə işləyən maşınlar düzəltməyə başladılar.Onların maşını Eniac adlanırdı və Mark-1 maşınından 1000 dəfə sürətlə işləyirdi.Bundan sonra Moşli və Ekert proqramı öz yaddaşında saxlaya bilən yeni maşın hazırlamağa başladılar.1945-ci ildə məşhur riyaziyyatçı alim fon Neyman müasir maşınlar haqqında doklad hazırladı.Bu doklad fon Neyman prinsipləri adlandırıldı.Neyman prinsiplərinə görə komputer aşağıdakı hissələrdən ibarət olmalı idi:
-arifmetrik-məntiqi qurğu
-idarəetmə qurğusu      
-yaddaş qurğusu      
-xarici qurğular
Fon Neyman arxitekturalı ilk komputer 1949-cu ildə ingilis M.Uilks tərəfindən yaradılmışdı.
Top