Qrafik şəkil formatları

Qrafik şəkil formatları

Qrafik şəkillər çox vaxt GIF, JPEG, PNG, BMP formatlarında saxlanılır.

  • GIF (Graphics Interchange Format)-qrafik mübadilə formatı. (.gif);
  • JPEG (Joint Photographic Experts Group)-birləşmiş fotoekspertlar qrupu formatı. (.jpg);
  • PNG (Portable Network Grapic)-portativ şəbəkə qrafiki. (.png) ;
  • BMP təsviri formatını isə istifadə etməzdən əvvəl baza formatına çevirmək lazımdır. (.bmp)

GIF – GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir.

JPEG – GİF formatlı fayllardan fərqli olaraq JPEG formatlı fayllarda 16,7 milyon rəng çaları göstərilə bilər. JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GİF formatında saxlamaq daha məqsədəuyğundur. Digər tərəfdən JPEG formatlı təsvirlər üzərində dinamik və şəffaflaşdırma funksiyalarını lazımı səviyyədə yerinə yetirmək olmur.

BMP – Windows sisteminin əsas formatı hesab olunur. BMP faylnı Microsoft Office paketinin istənilən proqramı başa düşür. Bu formatdan “İşçi masaya” şəkillərin qoyulmasında da istifadə edilir. BMP faylın ölçüsü çox böyük olur.

TİF – TİF formatlı fayllardan poliqrafiyada istifadə edilir. Bu formatda saxlanılan şəkillər yüksək keyfiyyətli olurlar.

PSD – Adobe Photoshop proqramının əsas formatı hesab olunur. PSD faylnın əsas xüsusiyyəti ondan ibarətdir ki, təsvirlər yüksək keyfiyyətli olurlar, bunlarda qatlar, maskalar, daxil edilmiş mətnin fraqmentləri, effektlər və s. haqqında informasiya saxlanılır. PSD faylnın həcmi böyük olur.

PNG vs JPEG? Jpeg format versus PNG

Mənbə: Vikipediya

Top