Verilənlər bazası və Access haqda elementar biliklər

Verilənlər bazası və Access haqda elementar biliklər

Verilənlər bazası müəyyən əlamətlərinə görə əlaqələndirilmiş, struktur formasında məlumatlar toplusudur.
İdarəetmə sistemləri verilənlər bazalarını tərtib və emal edən sistemlərdir. Sistemlər üç qrupa bölünür:

  1. Relyasion
  2. Şəbəkə
  3. İerarxik

Relation tipli bazalarda verilənlər 2 ölçülü cədvəl şəklində tərtib olunur. Daha mürəkkəb quruluşa malik olan məlumat toplusu şəbəkə və ierarxik sistemlərlə idarə olunur. Access tətbiqi proqramı verilənlər bazalarının idarəetmə sistemlərindən biridir, VB-nın tərtibi və emalı üçün istifadə olunur. Verilənlə bazasının tərtib hissələri:

  1. sahə(pole)
  2. yazı(zapis)
  3. cədvəl

Sahə - hər hansı bir obyekti xarakterizə edən müəyyən bir elementdir. Misal üçün obyekti tələbə olan verilənlə bazasında obyekti xarakterizə edən amillər tələbənin adı, soyadı, təvəllüdü, cinsi və s.  – sahələrdir. Cədvəl rejimində sahənin təsviri üçün sütun ayrılır. Sahənin adı cədvəldə sütunun adı olur.
Yazı – Konkret obyekt haqqında tam məlumat yığımıdır. Obyekti tələbə olan verilənlər bazasında bir tələbə haqqında olan tam məlumatdır. Cədvəl rejimində yazı sətirlərdir.
Məntiqi, qarşılıqlı əlaqəli və müəyyən bir predmet oblastı əhatə edən verilənlər toplusu relyasion bazanı təşkil edir. Və yaxud verilənlər bazası müəyyən predmet oblastının bütün obyektləri haqqında toplanan məlumatlar toplusudur.
Relyasion bazasını idarəedən sistemlər: FoxPro, Clipper, Access və s..

 

  1. MS Access proqramının yüklənməsi. (Start/Proqrams/MSAccess)
  2. Standart paneldə New düyməsini sıxmaq və yaxud File/New əmrini seçmək lazımdır.
  3. File/ NewDataBaze pəncərəsi açılacaq. İlk növbədə yaradılacaq verilənlər bazasına ad verilməli və müəyyən ünvanda yadda saxlanılmalıdır. Misal üçün: C:/Baze/Library. Verilənlər bazasının adı Obyektin adı ilə adlandırılsa daha məqsədəuyğun olar. Nəhayət, verilənlər bazasını tərtib etmək üçün aşağıdakı pəncərə açılır.

Cədvəllər konstruktor rejimində tərtib olunur. Bu rejimdə verilənlərin tipini, sahələrin adlarını dəyişmək, lazım olmayan sahələri pozmaq mümkündür.
Ms Access proqramında aşağıdakı obyektlərlə tanış olaq.
Cədvəl – sətir və sütunlardan ibarətdir. Cədvəlin sətirlərinə yazı(zapis), sütunlarına isə sahə(pole) deyilir. Hər bir cədvəldə eyni tipli obyektlər haqqında məlumat saxlanılır.(Tables)
Forma – Verilənləri cədvələ daxil etmək üçün vasitə obyektidir.(Forms)
Sorğu – Bir və ya bir neçə cədvəldən məlumat almaq imkanı verən obyekt.(Quers)
Hesabat – Məlumatların ekranda, çapda əks etdirmək üçün istifadə edilən obyekt.(Reports)
Makros - əməliyyatları sürətləndirmək üçün makrokomanda vasitəsi ilə reallaşdırılan əməliyyatlar ardıcıllığıdır
Modul – Qeyri-standart proseduraları həyata keçirmək üçün Visual Basic proqram dilində tərtib olunan proqramdır.

Müəllif Qafarova Nigar Faiq qızı

Top