Kompüterin proqram təminatı və təsnifatı

Kompüterin proqram təminatı və təsnifatı

Dünyada mövcud olan proqramlar 3 sinfə bölünür:

  1. Sistem proqramları
  2. Tətbiqi proqramlar
  3. İnstrumental proqramlar (Alqoritmik dillər).

Proqram təminatının əsas hissələrindən olan sistem proqramları kompüteri idarə etmək üçündür. Sistem proqramlarına daxildir:

  1. Əməliyyatlar sistemləri
  2. Örtük proqramları
  3. Arxiv proqramları
  4. Antivirus proqramları
  5. Drayverlər(xarici qurğuları birləşdirən)
  6. Utilitlər və s.

Əməliyyat sistemi kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur. Misal üçün: MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, Linux, Unix və s.
Örtük proqramları Əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan  proqramlardır: Misal üçün: NC,Windows 3.1, Widows özü həm əməliyyat sistemidir həm də örtük proqramı.
Arxivator proqramları diskdəki faylların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit proqramlardır. Onların genişlənməsi .zip, arj, rar.
Antivirus proqramları kompüterdəki virusları təsbit edə bilən, passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky AYP və s.
Kompüter virusu özü kiçik həcmli ziyanverici proqram məhsuludur. Virus proqramları Antivirus proqramlarından bir addım qabaqda gedir.
Utilitlər latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilitlər aşağıdakı qruplara bölünür:

  1. Kontrol, test və diaqnostika proqramları.
  2. Drayver proqramları
  3. Arxivator proqramları
  4. Antivirus proqramları
  5. CD və ya DVD yazıcı proqramları

Tətbiqi proqramlar və onların təsnifatı

Hər hansı sahədə tətbiq olunan, rahat interfeysə malik olan, dialoq rejimində işləyən hazır proqram məhsuludur. Tətbiqi proqramların növləri:

  1. Mətn redaktorları: MsWord,WordPad, Notepad və s.
  2. Elektron cədvəlləri: Sheet, Super Calc, Ms Excel, Lotus və s.
  3. Qrafik proqramlar: Paint, Power Point, Corel Draw, Photo Shop 3Dstidio MAX və s.
  4. Nəşriyyat işləri
  5. Verilənlər bazasını idarə edən sistemlər: MySQL, Ms Access və s.
  6. Prezentasiyaların təqdimatlar) yaradılması üçün Power Point
  7. Mühasibat işləri
  8. SAPR (layihələşdirilmənin avtomatlaşdırılması) Auto Cad
  9. Statistik analiz üçün istifadə olunan proqramlar
  10. PC oyunları, öyrədici proqramlar, şəkil və animasiya
  11. Şəbəkələri idarə etmək üçün istifadə olunan proqramlar
Alqoritmik dillər

Alqoritmik dillər və ya instrumental proqramlar yuxarıda göstərdiyimiz sinif proqramlarını yaratmaq üçün alətdir. Misal üçün: Turbo Pascal, Java, Delphi, C++ və s.

Müəllif QAFAROVA NIGAR FAIQ QIZI

Top