3. Sistem bloku 4. Mouse Sistem blokuna daxildir:
1. Sərt disk
2. Disk sürücüləri
3. Prosessor
Əsas Qurğuların vəzifələri:
Klaviatura daxil etmə qurğusudur. Klaviaturada dörd qrup düymə vardır. 1-ci əsas qrupa daxil olan düymələr: hərflər, rəqəmlər, işarələr 2-ci qrupa idarəedici düymələr daxildir: Enter - daxil etmək
Esc - rejimdən çıxmaq
Caps Look - böyük hərflərə keçmək
Space - boş mövqe
Back Space - kursordan sol tərəfi pozur Ctrl, Shift, Alt bu düymələr başqa düymələrlə işlədilir. Misal üçün Ctrl+C kopya etmək üçündür, Ctrl+Alt+Del kompüter yenidən yükləmək üçün
Tab - kursoru 8 mövqe sağa atır.
Print Screen - ekran görünüşünü bufer yaddaşa köçürür
Page Up, Page Down - mətni ekran səhifələrinə görə vərəqləyir
Home - mətndə kursoru bir başa sətrin əvvəlinə gətirir
End - mətndə kursoru bir başa sətrin sonuna gətirir 3-cü qrup (hərəkət) düymələr 2 rejimdə işləyir: Num Loock düyməsi aktiv olanda rəqəmlərlə işləmək olur, aktiv olmayanda kursoru idarə edən düymələr işləyir.
4-cü qrup düymələr funksional düymələrdir: F1:F12. Bu düymələr müxtəlif proqramlarda müxtəlif vəzifələr daşıyır. F1 düyməsi həmişə köməkçini açır(Help).
Monitor əks etdirmə qurğusudur. Monitorlar bir-birindən ölçüsünə görə, icazə vermə qabiliyyətinə görə fərqlənirlər. Monitorun ölçüsü dedikdə diaqonalının uzunluğu nəzərdə tutulur. Ölçü vahidi düym-dür. Ekranın icazə vermə qabiliyyətini göstərən nöqtələr Piksel adlanır. Monitorların oval və müstəvi növləri var. Ölçüləri 14”, 15”, 17”, 19”, 21”, 23”. Monitorlar qrafik və mətn rejimində işləyir. Mətn rejimində 25 sətir və 80 sütundan ibarət olur. Qrafik rejimdə ekran müəyyən sayda nöqtələrin köməyi ilə tora bürünür. Buna həm də göstəricilik qabiliyyəti deyilir. Misal üçün: 640x480, 800x600, 1024x768, 1600x1200.
Prosessor – idarəedici qurğudur. Kompüteri sürəti – prosessorun bir saniyədə apara biləcəyi elementar əməliyyatların sayıdır. Əksər hallarda kompüterin sürəti kimi kompüterin takt tezliyi qəbul edilir və (herts) hz (KHz, MHz, Ghz)lə ölçülür.
Operativ yaddaş və ya daimi yaddaşın tutumu 64, 128 , 256, 512 MB ola bilər(RAM). Müasir dövrdə OY-ın tutumunu daim artırmaq olur.
Mouse – manipulyatordur. İki düyməsi olur: sağ və sol. Sağ düymə əmr düyməsidir, sol düymə isə kontekst asılı menyuları açmaq üçündür.
Yaddaş qurğuların 3 növü vardır:
1. Daimi (Kompüteri ilkin yükləmək üçündür)
2. Daxili (operativ)
3. Xarici
Xarici yaddaşın növləri: sərt disk (Hard Disk), nazik disklər(floppy), lazer diskləri(CD ROM, CD RW, DWD ROM,DWD RW), flash və s. Bunlar bir-birindən və öz aralarında tutumları ilə fərqlənir. 3–lük Nazik disklərin istehsalı artıq dayandırılıb. Daxili yaddaşda əməliyyatlar daha sürətlə gedir. Lakin kompüter söndürüldükdə məlumat itir. Xarici yaddaş məlumatı uzun müddət yadda saxlamaq, bir kompüterdə digərinə köçürtmək və süni olaraq kompüterin yaddaşını artırmaq üçündür. Yaddaş qurğuların məntiqi adları: A:-nazik disklər, C:, D:, E:-bərk disk, E:-CD disklər.
Printer – çap etmə qurğusudur. Printerlərin 3 növü vardır: Matris, axarlı, lazer.
Skaner – mətn və qrafik məlumatı kompüterə oxuyur
Modem – qlobal şəbəkəyə (İnternetə) qoşulmaq üçün istifadə olunan qurğudur.
Strimmer – böyük həcmli məlumat maqnit lentlərdə saxlamaq üçündür.
Plotter, kolonka, kamera və s.
Müasir kompüterlər 3 yerə bölünür: super, mini, mikro.
Mikro kompüterlərin ən populyarı PC(personal kompüter) fərdi kompüterlərdir.
PK –lərin Böyük EHM-na nisbətən əlverişli olmağının səbəbləri:
- İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)
- Fərdilik
- Böyük həcmdə olan məlumatın sürətli emalı
- Təmirin asanlığı və yüksək keyfiyyətliliyi
- Periferiya qurğularından istifadə etmək imkanları
- Bütün sferaları əhatə edən proqram təminatı
- Şəbəkələrə birləşdirilmək imkanı
Müəllif QAFAROVA NIGAR FAIQ QIZI