İnformatika fənninə giriş

İnformatika fənninə giriş

İnformatika məlumatın EHM(Elektron hesablama maşınları) vasitəsi ilə qəbul, emal və ötürülməsini öyrənən elmdir.
Məlumat ətraf mühitdə gördüklərimiz, eşitdiklərimiz, hiss etdiklərimizdir və ya ətraf mühitdə topladığımız biliklər toplusudur. Məlumat nəyi əhatə edir: musiqi, idman, siyasət, iqtisadiyyat və s. Məlumat hansı şəkildə təsvir olunur: səs, video, qrafika, cədvəl, mətn, ədəd və s. Ən əhəmiyyətli ədədi şəkildə informasiyadır. İxtiyari məlumat üzərində 3 növ əməliyyat aparılır:

  1. məlumatın toplanması
  2. məlumatın emalı
  3. məlumatın təhlili və istifadəsi

Simvol deyəndə rəqəm, hərf, durğu işarələri nəzərdə tutulur. Məlumatın növləri: hərfi, ədədi, qrafik, impuls, səs, kodlaşdırılmış, proqram tipli.Hər növ məlumatı emal etmək üçün xüsusi kompüter proqramları var. Proqram hər hansı məsələni həll etmək üçün müəyyən alqoritmik dildə yazılmış əmrlər ardıcıllığıdır.
Kompüter sözü “hesablama” deməkdir. Məlumatın emal olunmasını avtomatlaşdırmaq üçün istifadə edilən müasir texniki vasitələrdən biridir. Vəzifəsi:

  1. məlumatı daxil edir(daxiletmə)
  2. məlumat üzərində əməliyyat aparır
  3. xarici yaddaş qurğularında yadda saxlayır

Kompüterin əsası arifmometrdir. Arifmometr ancaq konkret əməliyyatları yerinə yetirir(+, -, :, *). Kompüter isə insanın iştirakı olmadan, əlbəttə,  əvvəlcədən verilmiş proqramla mürəkkəb hesablama əməliyyatlarını yerinə yetirir. Bundan əlavə, aralıq və yekun nəticələri yadda saxlamaq qabiliyyətinə malikdir(yaddaş).
İnformatika digər elmlərlə sıx əlaqədardır. Müasir həyatda kompüter elmin bütün sahələrində tətbiq olunur. Riyazi hesablamalarda, təbabətdə: diaqnostika və müalicə metodlarının tətbiq olunmasında, layihələşdirilmədə, iqtisadiyyatda, dərs prosesində, adi həyatda-inkişaf etdirən oyunlar, İnternet şəbəkəsi: bütün dünyada olan məlumat almaq imkanını verir və s.
Nə üçün kompüterə ehtiyac oldu? Böyük həcmdə məlumatı böyük sürətlə emal etmək zəruriliyi. Buna aid misal: Abituriyent sistemi, Reytinqlərin hesablanması, Seçkilər, Statistik məlumatın emalı və s.
Dediyimiz kimi, kompüter yalnız ədədi şəkildə məlumatı emal edir. Digər məlumat növlərini(səs, təsvirlər, qrafika, cihazların göstəriciləri ) kompüterdə emal olunması üçün ədədi şəklə çevrilməlidir. Hərfi şəkildə olan rəqəmlərə uyğunlaşdırılması kodlaşdırılma adlanır. Kompüterdə məlumatın ölçü vahidi bitdir. Yaddaşın ölçü vahidi baytdır.
Say sistemləri.
Kompüterdə 256 simvoldan istifadə edilir. Bu simvolları 2-lik say sistemində kodlaşdırmaq lazımdır. Əvvəlcə hər simvola 10-luq say sisteminə bir rəqəm uyğunlaşdırılır. Sonra isə 2-lik say sisteminə çevrilir. Bildiyimiz kimi kompüterdə məlumatın ölçü vahidi 1 bit-dir.  256 simvolu kodlaşdırmaq üçün neçə bit lazımdır?
Əgər 1 bayt=2bit olarsa neçə simvolu kodlaşdırmaq olar?
0 və 1-lərdən neçə kombinasiya alırıq: 00,01,10,11 deməli 4 (və ya 22) simvolu kodlaşdırmaq olar
Əgər 1 bayt=3bit olarsa neçə simvolu kodlaşdırmaq olar?
0 və 1-lərdən neçə kombinasiya alırıq: 000,001,010,100,011,110,101,111 deməli 8 simvolu və ya 23 kodlaşdırmaq olar və s.
Bu qayda ilə alırıq ki, 256 simvolu kodlaşdırmaq üçün 8 bit (və ya 23  ) lazımdır
Misal üçün: A---65----01100101
1Bayt=8 bit
1KB=1024B
1MB=1024KB
1GB=1024MB
(Böyük hərflərlə yazılır)
16-lıq say sistemində A-10, B-11, C-12, D-13, E-14, F-15. 16-lıq say sistemində yazılmış ədədlərin sonuna h hərfi əlavə olunur. Çox vaxt səhv ünvanları göstərmək üçündür. B9h-11*16+9=185, 4A9F-4*163+10*162+9*161+15*160=19103 və s.

Müəllif QAFAROVA NIGAR FAIQ QIZI

Top