İzahat

İzahat

Hər hansı bir hadisəni faktlar əsasında şərhini verən yazılı sənədlərdən biri də  izahatdır. İzahat şagirddən düşünmək, fikrini düzgün və məntiqi ardıcılıqla vermək tələbini qarşıya qoyur. Ona görə də sənədin bu formasında aşağıdakı sənədləri  şagirdlərə mənimsətmək faydalıdır.
  • İzahatın başlığı, yəni kimə ünvanlanır.
  • İzahat kim tərəfindən verilir. Onun adı, soyadı və atasının adı bütöv şəkildə göstərilir.
  • İzahatın məzmunu. Niyə? Nə səbəbə? Kimdən və nədən ötrü?
  • İzahatın nəticəsi.
  • İmza.
  • Tarix.


Nümunə:

Yasamal r-n 158 saylı məktəbin direktoru cənab Z. Səmədzadəyə məktəbin X «a» sinif şagirdi Vüqar Nəriman oğlu Hüseynovun

İZAHATI

Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, hadisə 10 may 2000-ci ildə idman zalında baş vermişdir. Sıra ilə qaçış zamanı qarşımdakı sinif yoldaşım Ələkbər Bağırova ayağım toxundu, o yerə yıxıldı,mənə iki şillə vurdu. Mən də özümü saxlaya bilmədim, ona bir təpik atdım. Yoldaşlarımız bizi ayırdı. İdman müəllimimiz hər ikimizi dərsdən çıxardıb sizin yanınıza gətirdi. Bu hadisə təsadüf nəticəsində baş vermişdir. Artıq barışmışıq və müəllimdən də üzr istəmişik. Xahişimiz də budur ki, siz də bizi bağışlayasınız.

İmza:               (V. N. Hüseynov)
10 may 2000-ci il.
Top