Dilçilik elmi dili tədqiq edir. Türklərin ilk ən böyük dilçisi XI əsr alimi Mahmud Qaşğarlıdır.
Dilçiliyin müxtəlif şöbələri var. Buna fonetika, leksi-kologiya, morfologiya və sintaksis aiddir. Dilçiliyin əsas sahələri isə bunlardır: etimologiya, lüğətçilik, dialektologiya.
Mənşə sözünün sinonimi kimi işlənir. Yunanca etimou (əsl, həqiqət, sözün əsas mənası) və logos (təlim, elm) hissələrindən ibarətdir. Dilçiliyin bu sahəsi sözün mənşəyini, nədən törəməsini öyrənir. Etimologiya iki cürdür:
Sözün əslini bərpa etmək, onun başqa sözlərlə və mənalarla əlaqəsini öyrənmək etimoloji təhlil adlanır:
Dilçiliyin təcrübi sahələrindən biridir. Lüğətlərin tərtib olunma, yaranma prinsiplərini öyrənir. Lüğətçiliklə (leksiko-qrafiya) məşğul olan mütəxəssis lüğətçi (leksikoqraf) adlanır. Məşhur lüğətçilər:
Digər lüğətlər də vardır: tərcümə lüğətləri, izahlı lüğətlər, terminoloji lüğətlər.
Məhəlli xarakter daşıyan dil təzahürlərini, yəni dialekt və şivələri (regionları) öyrənən dilçilik sahəsidir.
Bədii əsərlərdə obrazların nitqini fərdiləşdirmək üçün işlədilən məhəlli sözlərə dialektizm deyilir.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0