Deyilişi və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər bir-biri ilə mə-naca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur.
Məsələn:
Omonimlər bəzi cəhətlərinə gorə çoxmənalı sözlərə bənzəyir. Əsas fərq budur ki, çoxmənalı sözlərdə mənalar bağlı olur, əsas mənadan tam uzaqlaşmır. Omonimlərdə isə tamam fərqli, uzaq mənalar olur. Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Dilimizdə əsasən müxtəlif nitq hissələrinə aid omonimlər daha çoxdur. Omonim sözlərə aid nümunələr: don, yaz, qaz, qan, yağ, gül, yaş, çal, bal, xal, at, çat, daş, yol, sol, dan, min, biz, çən, yal, it, şam, düz, kök, sarı, hava, yan, zindan, aşıq, çay, bel, bar, yar, dolu, qol, ov, göy, top və s.
Omonimlər 2 formada olur:
Köməkçi nitq hissələrinin özlərinin də daxilində qrammatik omonimlik ola bilir; məsələn: tək qoşma və ədat kimi, ilə bağlayıcı və qoşma kimi fərqli mənalar da daşıyırlar.
Omonimlər kimi götürülə bilməz:
Dilimizdəki bəzi sözlər həm omonim, həm də çoxmənalı ola bilir. Məsələn: kök, qol, dolu, yay, tut, üz, düz, az, bel və s.
Omonim sözün hər məna tayı bir leksik vahid sayılır, çoxmənalı söz isə bütün məna çalarları ilə birlikdə eyni söz sayılır və eyni nitq hissəsinə aid olur.
Omonim xarakterli sözlərdən bədii üslubda, aşıq poeziyasında cinas qafiyələr yaratmaq üçün istifadə edilir.
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir. Məsələn: gözəl-göyçək, mehriban-səmimi, yandırmaq-alışdırmaq, ürək-könül və s. Bəzi sinonimlər istənilən məqamda bir-birini əvəz edə bilir: eynək-çeşmək-gözlük. Bəzi sinonimlər isə yaxın mənaları ifadə edirlər, onların bir-birini tam əvəz etməsi həmişə mümkün olmur. Məsələn, gözəl fikir demək olar, amma göyçək fikir demək düzgün deyil. Halbuki bu sözlər sinonimlərdir.
Sinonim cütlər eyni nitq hisssəsinə aid olurlar. Danışıq zamanı üslubi effekt və səlislik yaratmaq, lüzumsuz təkrarlara yol verməmək, fikrin daha təsirli, ifadəli və dəqiq ifadə edilməsi məqsədilə rəngarəng sinonimlərdən istifadə olunur ki, onlar nitqin təsir gücünü artırır, emosionallıq və ekspressivlik yaradır ki, onlar incə məqamları ifadə etmək üçün geniş və rəngarəng üslubi imkanlara malikdir. Danışan fikir və hisslərini daha dəqiq ifadə etmək üçün sinonim cərgəyə məxsus lazımi sözü yerində elə işlədir ki, bu, nitqdə dəqiqliyi yaradır, eyni zamanda ahəngdarlığı təmin edir.
Leksik vasitələrdən, o cümlədən sinonimlərdən istifadə şifahi nitqə bir növ yaradıcı xarakter verir. Natiqlər, müəllimlər və başqaları hərə öz bacarığı, nitq tutumu və lüğət ehtiyatının səviyyəsi dairəsində sinonimlər işlətməyə çalışırlar. Sinonimlər vasitəsilə yaranan rəngarənglik nitqi maraqlı edir, dinləyicilər belə danışıq tərzini rəğbətlə qarşılayırlar. Dilimizin leksikası si-nonimlik baxımından olduqca zəngindir: qoçaq, igid, cəsur, qorxmaz, qəhrəman; güc, qüvvə, taqət; el, vətən, diyar, yurd, oba, ocaq; keçid, aşırım; dünya, aləm, cahan, kainat; üz, sifət, bəniz, camal, surət; xoşbəxtlik, səadət; iftixar, qürur; söz, deyim; gələcək, istiqbal; ayrılıq, hicran; incə, zərif, nəfis, lətif; tək, tənha; od, atəş; səs, səda, avaz və s.
Nümunələrdən göründüyü kimi, sinonim cərgələri əmələ gətirən komponentlərin hər biri öz semantik dairəsinə görə digərlərindən fərqləndiyi üçün mənaca tam üst-üstə düşmür. Onların hər biri həmin cərgədəki əsas sözü müəyyən cəhətdən aydınlaşdırır, dəqiqləşdirir.
Nitqdə sinonimlərdən aşağıdakı məqsədlərlə istifadə olunur:
Sinonim vasitələrdən istifadə natiqlik sənətində xüsusi əhəmiyyət kəsb edir. Müşahidələr göstərir ki, kifayət qədər söz ehtiyatına malik olan, sözləri yerində işlətməyi bacaran şəxsin nitqi aydın, cazibədar və təsirli olur.
Dilin sinonimik imkanları, üslubi funksiyalarını yaxşı mənimsəyən natiq nəzərdə tutduğu fikri dinləyiciyə çatdırmaq üçün söz seçməkdə çətinlik çəkmir, zəngin, emosional və ekspressiv ifadə vasitələrindən bacarıqla istifadə edə bilir ki, bu da nitqin təsir gücünü artırır. Natiq öz danışığında (eləcə də yazısında) leksik sinonimlərlə yanaşı, sinonim frazeoloji vahidlərdən də istifadə etməyi bacarmalıdır. Məsələn: dili dolaşmaq — dili topuq vurmaq, gözə gəlmək — göz dəymək, evinə od vurmaq -külünü göyə sovurmaq, rəhmətə getmək — dünyasını dəyişmək, hörmətdən düşmək — nüfuzunu itirmək və s. sinonim frazeoloji vahidlər nitqin emosionallığını, təsir gücünü, ifadəliliyini artırır, onun xəlqiliyini təmin edir.
Leksik mənalarına görə bir-birinin əksi olan sözlərə anto-nimlər deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində təzahür edən leksik antonimlərdir. Məsələn: ağ-qara, dost-düşmən, gülmək-ağlamaq.
Antonimlər də leksik və qrammatik olmaqla 2 yerə bölünür. Leksik antonimlər əksmənalı köklərdən formalaşdığı halda, qrammatik antonimlər şəkilçilərin vasitəsilə yaranır, yaxud köməkçi nitq hissələrinin əksmənalılığı əsasında meydana çıxır. Beləliklə, şəkilçilərin də antonimliyi olur. Məsələn: -lı4, -sız4 şəkilçilərinin antonimliyi: dadlı-dadsız, duzlu-duzsuz və s.
Leksikologiya hər cür antonimliyi yox, leksik antonimliyi öyrənir.
Antonimlər də sinonimlər kimi eyni nitq hissəsinə aid olur.
Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və əşyaları qabarıq, obrazlı bir şəkildə təsvir etmək, qiymətləndirmək, nəzərə carpdırmaq məqsədilə də antonimlərdən istifadə olunur. Bədii təsvir vasitəsi kimi antonimlər nitqdə lakoniklik, konkretlik, ob-razlılıq yaradır. Antonimlərdən dilin bütün üslublarında istifadə olunsa da, onlar üslubi vasitə kimi bədii ədəbiyyatda, poeziyada daha geniş şəkildə işlədilir:
Mənyaşıdqardaşamqocayla, gənclə,
Sirlibiraləməmbütünaləmdə.
Nifrətməhəbbətlə, sevinckədərlə,
Baş-başauyuyurmənimsinəmdə.
Verilmiş nümunədə fərqləndirilmiş sözlər bir-biri ilə an-tonimlik təşkil edir.
Natiqlik təcrübəsində danışan bəhs etdiyi əşya və hadisələrin kəmiyyət, keyfiyyət, zaman və məkan məzmunlarının əks və ziddiyyətli cəhətlərini ifadə edərkən daha uyarlı və təsirli anto-nim sözlərdən istifadə etməyi bacarmalıdır. Bu məqsədlə anto-nimlər məntiqi vurğu ilə, nəzərə çarpacaq bir tərzdə tələffüz olunmalıdır.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə