Həmcins üzvlər eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərdir. Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Bütün cümlə üzvləri həmcins ola bilər: Sadəlik və təvazökarlıq insana hörmət gətirər.
Həmcins üzvlər bir-birindən vergüllə ayrılır. Həmcins üzvlər arasında və, ilə bağlayıcıları işləndikdə vergül qoyulmur.
Həmcins üzvlər bir-biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.
Yox, deyil sözləri də həmcins xəbər mövqeyində çıxış edir.
Bədii təkrirlər həmcins hesab edilmir.
Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvü ümumiləşdirici söz adlanır.
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra iki nöqtə qoyulur, ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire qoyulur:
Həmcins üzvlərdən əvvəldə işlənən ümumiləşdirici sözdən sonra yəni, məsələn sözləri işləndikdə ümumiləşdirici sözdən sonra vergül, həmin sözlərdən sonra isə iki nöqtə qoyulur.
Həmcins üzvlərdən sonra işlənən ümumiləşdirici sözlə həmcins üzvlər arasında bir sözlə tipli yekunlaşdırıcı sözlər işlənsə, həmcins üzvlərlə yekunlaşdırıcı söz arasında tire işarəsi, ümumiləşdirici sözdən əvvəl isə vergül qoyulur.
Müxtəlif şəxslərdə olan həmcins mübtədalardan biri:
Həmcins mübtədalar:
QEYD: Təyinlər iki cür — həmcins və qeyri-həmcins olurlar.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0